HAKİMİYYƏT “EUROVİSİON” ƏRƏFƏSİ SIRA GENİŞLƏNDİRİR
Tarix: 9-03-2012, 18:15 | Çap et
“AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN SAYI ARTIR”
“Eurovision” müsabiqəsi ərəfəsində insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması ilə bağlı ümidlərə və çağırışlara baxmayaraq, vəziyyət daha da pisləşib. Bu fikri Turana müsahibəsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib.
Hakimiyyət jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına və müxalifətçilərə qarşı repressiyaları daha da gücləndirib və bunun nəticəsində siyasi məhbusların sayı artıb.
Son bir ay ərzində yalnız bir “vicdan məhbusu” – 2 aprel 2011-ci il mitinqi ilə əlaqədar həbs edilmiş Elşən Həsənov şərti olaraq vaxtından əvvəl həbsdən azad edilib.
Lakin bu müddət ərzində İslam Partiyasının sədr müavini Arif Qəniyev, islamazeri.az saytının redaktoru Ramin Bayramov və Naxçıvanlı hüquq müdafiəçisi Zeynal Bağırzadə müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.
Ötən ilin noyabrında “Xural” qəzetinin regional müxbiri Aydın Canıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, istintaq altında olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və İran televiziyasının müxbiri Anar Bayramlı, habelə hüquq müdafiəçisi Tahel Xasməmmədov (Kürdəmir-Ucar-Göyçay rayonları) potensial siyasi məhbusdur.
“Adı çəkilən jurnalistlər və hüquq müdafiəçisinin saxlanılması və onlar barəsində istintaq qanunvericiliyin və prosessual normaların pozulması ilə həyata keçirilir ki, bu da onları potensial siyasi məhbus hesab etməyə imkan verir”, deyə Yunus bildirib.
Yunus digər siyasi məhbusları aşağıdakı qruplar üzrə təsnif edib:
12 nəfər – “Beynəlxalq Amnistiya” tərəfindən vicdan məhbusu kimi tanınmış 2 aprel 2011-ci il mitinqində iştiraka görə həbs edilənlər,
Daha üç nəfər – müxalifət fəalı Ruslan Bəşirli, bloger Bəxtiyar Hacıyev və hüquq müdafiəçisi Vidadi İsgəndərov.
10 nəfər “Səid Dadaşbəylinin qrupu”nun üzvləri, əksəriyyəti 2007-ci ildə saxta ittihamlarla həbs edilmiş dindarlar.
Yunus siyasi məhbuslar siyahısına qanun və prosessual normaların pozulması ilə həbs edilmiş Fərhad və Rafiq Əliyev qardaşlarını, habelə Əli İnsanov (keçmiş səhiyyə naziri) və Nemət Pənahovu da (Milli Dövlətçilik Partiyasının lideri) daxil edib.
Daha 8 nəfər İslam Partiyasının üzvləri və din xadimləridir.
İki siyasi məhbus –2003-2004-cü illərdə yenə də prosessual normaların pozulması ilə həbs edilmiş “Qarabağ partizanları” siyahısından Məmməd Məmmədov və Rövşən Bədəlovdur.
19 nəfər əsasən 90-ci illərin ortalarında həbs edilmiş Qarabağ müharibəsi veteranlarıdır. Onlardan 12-si ömürlük həbs cəzası çəkir.
Yunus bu cəzanın 1998-ci ildə parlamentin qərarı ilə ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsindən sonra müəyyən edildiyinə diqqət çəkib.
Cinayət qanununa əsasən, cəzanı yalnız məhkəmə müəyyən edə bilər. Bu qanun 2000-ci ilə qədər ölüm cəzasına məhkum edilmiş bütün məhbuslara şamil edilib. Bu zaman fərdilik prinsipi pozulub, deyə Yunus qeyd edib.
Qanun keçmişə şamil olunmadığı üçün ölüm cəzası ləğv edildikdən sonra həmin cəza növünə məhkum edilənlərə o dövr üçün alternativ maksimum cəza - 15 il azadlıqdan məhrumetmə cəzası verilməli idi.
Yunus bu şəxslərin artıq 20 ilə yaxın cəza çəkdiklərinə və Qarabağ müharibəsinin iştirakçıları olmasına diqqət çəkərək, onların azad edilməsinin ədalətli olacağını qeyd edib. “Həm də onlar hamısı saxta ittihamlarla həbs edilib”.
20 il ərzində Azərbaycanda müntəzəm olaraq bir qrup insanlar dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunublar. Amma 1990-cı illərin ortalarında bu, hərbiçilər (“OMON”, “generalların” işi) idisə, sonradan mülki şəxslər – dindarlar, gənc fəallar bunda ittiham olundu. Həm də bu “dövlət çevrilişi cəhdləri” 3-5 il dövriliklə ifşa olunur (2000, 2005, 2007, 2011-ci illər).
Yunusun fikrincə, bəzən məhbuslar cəfəng ittihamlarla həbs olunur, məsələn, “Səidin qrupu”nun üzvləri hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə uzunmüddətli həbs cəzalarına məhkum ediblər.
Yunus 7 ildir həbsdə olan gənc fəal Ruslan Bəşirlinin işini də dövlət çevrilişi cəhdində saxta ittihama nümunə olaraq göstərib.
Beləliklə, SDİ-nin məlumatına görə, Azərbaycanda siyasi məhbusların ümumi sayı 62 nəfər təşkil edir.
Yunus həmçinin fevralda Nardaranda və digər yerlərdə həbs edilmiş 20-yə qədər dindarın da hakimiyyəti ələ keçirmək cəhdində ittiham olunacağından ehtiyatlanır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|