“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                 

Suriya cəhənnəmindən çıxış: yeni hakimiyyət çevik qərar verməsə... - NƏ ETMƏLİ?
Tarix: 11-03-2025, 06:28 | Çap et
Suriya cəhənnəmindən çıxış: yeni hakimiyyət çevik qərar verməsə...
Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hums əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş Prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verir. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb. Məlumatlara görə martın 6-da başlayan toqquşmalar nəticəsində 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu toqquşmalar Suriyada Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.

Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın “Hizbullah” hərəkatını ittiham edib. Xarici medianın məlumatına görə, Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında “Hizbullah”ın dayandığını bəyan edib. Onun sözlərinə görə, “Hizbullah” və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda, Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb.

Suriya hökuməti asayişi bərpa etməkdə getdikcə daha çox çətinlik çəkir. Ölkənin şimal-qərbində və cənubda druz rayonlarında silahlı toqquşmalar artır. Hökumət qüvvələri ərazidə əməliyyat-axtarış tədbirlərinə start verib. Son günlərdə demək olar ki, silahlı hücumlar dayanmayıb.

Cənubda druz rayonlarında da toqquşmalar baş verir. Ötən gün Dəməşq ətrafında druzların yaşadığı Ceramana rayonunu girişində postda silahlılar Müdafiə Nazirliyinin iki əməkdaşını şəhərə buraxmayıb. Baş verən atışmada 1 hökumət məmuru öldürülüb, digəri isə yaralanıb. Əraziyə Suriya Müdafiə Nazirliyinin əlavə qüvvələri göndərilib.

Xarici KİV-in məlumatına görə, druz icması günahkarların cəzalanması üçün Dəməşqlə əməkdaşlıq edəcəyini bəyan edib. Lakin eyni zamanda, əraziyə hərbi qüvvələrin göndərilməsi gərginliyin daha da artmasına səbəb olub.

İsrail Baş nazir Benyamin Netanyahu deyib ki, onlar Suriya hakimiyyətinin druz icmasına qarşı zorakılığına sakit qalmayacaqlar. Məlumdur ki, İsrailin əsas hədəfi 700 mindən bir qədər çox druz icmasının Suriyada muxtariyyət əldə etməsi və bununla da faktiki olaraq Dəməşqlə İsrail arasında bufer zona yaranmasıdır.

Yeri gəlmişkən, Netanyahu kürdləri də dəstəkləyib. Ekspertlər hesab edirlər ki, İsrail üçün ümdə məsələ Suriyada qeyri-sabitliyin davam etməsi, nəticədə İsrailin Suriyada işğal etdiyi ərazilər əlində qalmasıdır. Analitiklər qeyd edirlər ki, burada Suriyanın yeni hakimiyyətinin də günahları var. Əhməd Şaara hakimiyyətinin radikal qərarları, digər etnik və dini qrupları nəzərə almaması, yaxud da daha çox özünə yaxın qruplarla işləməsi milli birlik üçün ciddi maneə olaraq alır. Suriyada birlik üçün daha bir maneə isə silahlı qüvvələrdə təmsil olunan radikal islamçı ideologiyaya mənsub şəxslərin etnik və dini azlıqlarla tez-tez münaqişəyə girməsi göstərilir.

Politoloqlar hesab edirlər ki, indi Suriyanın yeni hakimiyyəti ölkədə birlik və bütünlük yaratmaq üçün bütün etnik və dini-məzhəbi qruplara qucaq açmalı, milli barışıq istiqamətində əməli işlər görməlidir ki, hazırkı həssas mərhələni rahat şəkildə keçə bilsin. Əks təqdirdə mərkəzdən qaçma meyilləri daha da artacaq və daxildə birlik yaratmaq mümkün olmayacaq.

Baş verənlərə beynəlxalq reaksiyalara gəlincə, Türkiyəni hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib ki, Latakiya bölgəsində baş verənlər sabiq Prezident Bəşər Əsədin tərəfdarlarının ölkədə sabitliyi pozmaq cəhdidir. Çelik Ankaranın baş verənləri Suriyanın birliyinə yönələn terror aktı kimi dəyərləndirdiyini vurğulayıb, bunun dini-etnik qarşıdurma, hansısa dini-etnik qrup tərəfindən törədilməsi kimi təqdim edilməsini yolverilməz sayıb: “Hər hansı dini-etnik qrup terrorizmlə assosiasiya olunmamalıdır. Terrorçu terrorçudur, onun hər hansı mənsubiyyəti, dini yoxdur”.

ABŞ dövlət katibi Marko Rubio isə Suriya hakimiyyətini azlıqların nümayəndələrinə hücum edənləri məsuliyyətə cəlb etməyə çağırıb, onları “radikal islamçı terrorçular” və “əcnəbi cihadçılar” adlandırıb. Vaşinqton hesab edir ki, son günlər Suriyanın qərbində azlıqların nümayəndələri kütləvi şəkildə məhz onlar tərəfindən öldürülüb.

Ekspertlər qeyd edirlər ki, yeni hakimiyyət mütərəqqi və sakitləşdirici addımlar atmasa, çevik qərarlar qəbul etməsə, o zaman Suriyada toqquşmaların sayı daha da arta, bu isə ölkədə uzun illərdir davam edən qeyri-sabitliyin bundan sonrakı inkişafına zəmin yarada bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru