
Ukrayna ərazilərinin itirilməsi müqabilində atəşkəs sazişi imzalamağa hazır deyil.
"Report"un "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl britaniyalı jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, belə bir razılaşma gələcəkdə gərginliyə gətirib çıxara bilər.
Onun fikrincə, Ukraynanı dəstəkləyən və ya "vasitəçi" olmaq istəyən ölkələr başa düşürlər ki, əgər münaqişə Kiyevin doğru hesab etdiyi şəkildə bitməsə, "onda bu, sadəcə vaxt məsələsi olacaq ki, insanlar ədaləti bərpa etmək istəsinlər".