Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                 

Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə? - İNCƏLƏMƏ
Tarix: 6-11-2024, 17:46 | Çap et
Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə?
ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib olub. Tramp Demokratlar Partiyasından rəqibi Kamala Harrisi qabaqlayaraq növbəti ABŞ Prezidenti postuna sahib olub.

Bu gün Tramp dövlət başçısı postu uğrunda keçirilən seçkilərdə qələbə qazandığını elan edib. Respublikaçıların namizədi Florida ştatındakı Mar-a-Laqodakı malikanəsində özünü ABŞ-ın 47-ci Prezidenti adlandırıb.

“Bu, ölkəmizin indiyədək görmədiyi siyasi qələbədir”, - deyə Tramp bildirib.

Amerikanın yeni lideri tərəfdarları qarşısında çıxış edərək ölkədəki vəziyyəti düzəltmək niyyətində olduğunu, qanunsuz miqrasiya və dövlət borcu problemlərini həll edəcəyini, həmçinin vergiləri azaldacağını deyib.

Göstərdiyi dəstəyə görə amerikalılara təşəkkür edən Tramp həmçinin tərəfdarlarına, o cümlədən sahibkar İlon Maska, biznesmen Deyn Uayta və sonradan onun kampaniyasına qoşulan müstəqil namizəd Robert Kennediyə minnətdarlığını ifadə edib.

Tramp eyni zamanda, respublikaçıların Senatda çoxluğu təmin etdiyini və Nümayəndələr Palatasına da nəzarəti əllərində saxlayacağını iddia edib.

Trampın vitse-prezident postuna namizədi Cey Di Vens isə sabiq Prezidentin qələbəsinin “Amerika siyasəti tarixində ən heyrətamiz revanş” olduğunu vurğulayıb.

Artıq dünya ölkələrinin liderləri Trampa qələbə münasibətilə təbrik məktubları ünvanlamaqdadırlar.

ABŞ-dakı prezident seçkilərinin nəticələri ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Trampın qalibiyyəti sürpriz deyil:

- Çünki Demokratlar Partiyası seçki kampaniyasına tez başlamışdı ki, bu da Prezident Co Baydenin kobud səhvi idi. Bayden yenidən namizəd olacağını açıqlamışdı ki, yaşının çoxluğu və xəstəliyi amerikalılar arasında suallar yaratmışdı. Tramp Baydenlə debatında faktiki olaraq Baydeni geridə qoymuşdu ki, bu da respublikaçıların namizədinin şanslarının çox olduğunu göstərirdi. Eyni zamanda, Trampa qarşı sui-qəsd cəhdi onun reytinqini yüksəltmişdi. Ekspertlərin bir çoxu bu hadisədən sonra deyirdilər ki, Tramp çox rahatlıqla Baydeni məğlub edəcək. Daha sonra Baydenin ətrafındakı şəxslər ona başa saldılar ki, bu reytinqlə namizəd olsan, uduzacaqsan. Sanki Bayden məcburi şəkildə namizədlikdən geri çəkildi və demokratlar Kamala Harrisin namizədliyini irəli sürdülər. Harrisin namizədliyi geciksə də, qısa müddətdə reytinq toplaya bilmişdi. Bəzi sorğuların nəticəsinə əsasən, Trampı qabaqlayırdı. Debatda da Harris müəyyən qədər üstünlük qazanmışdı. Amma bu faiz çox az idi. Demək olar ki, Trampla Harrisin şansları bərabər idi. Bu mənada, Trampın seçkilərdə qalib gəlməsi gözlənilməz deyil.

- Məlumdur ki, seçkilərin nəticəsini “yelləncək” adlandırılan yeddi ştat müəyyənləşdirdi. Bu ştatlarda Trampın üstünlük qazanmasının səbəbi nədir?

- “Yelləncək” ştatlarda demokratların namizədinin qalib gəlmə şansının daha çox olduğu proqnozlaşdırılırdı. Amma həmin ştatlarda Trampı seçmək sürpriz sayıla bilər. İlk dəfə deyil ki, Amerika seçki tarixində belə hal baş verir. Yaxın keçmişə nəzər salsaq görərik ki, seçkilərlə bağlı proqnozlar bəzən alt-üst olub. Məsələn, 2000-ci ildə vitse-prezident Albert Qor ilə Corc Buş arasında seçki yarışında Qor daha çox səs qazanmışdı. Amma nəticədə Buş seçildi. Bu da ABŞ-da qarışıq seçki sistemi ilə bağlıdır. Bu ölkədə vətəndaş birbaşa seçim etmir, nümayəndələri seçirlər, həmin nümayəndələr də prezidenti seçir. Hər ştatda da rəqəmlər fəqrlidir: bir ştatda nümayəndə 20 nəfər ola bilər, başqa bir ştatda 40, digərində 4 nəfər ola bilər. Əvvəldən də məlum idi ki, qızğın mübarizə “yelləncək” ştatlarda gedəcək. Proqnozlar var idi ki, həmin ştatlarda Trampın şansları aşağıdır. Amma bu proqnozlar özünü doğrultmadı. Nəzərə almaq lazımdır ki, 2016-cı ildə də Tramp qələbəsi ilə proqnozları alt-üst etmişdi. Həmin vaxt mübahisəli ştatlarda demokratların namizədi Hillari Klinton üstün görünürdü. Amma Tramp həmin seçkidə də qalib gəlmişdi. Demək olar ki, keçirilən sorğular həqiqəti əks etdirmir. Görünür, “yelləncək” ştatlar Trampa üstünlük verdi. Burada əsas məqam demokratların bir neçə səhvidir. Həmin səhvlər seçkinin nəticələrinə təsirsiz ötüşmədi.

- Trampın ABŞ Prezidenti olması ilə dünya siyasətində nə dəyişəcək?

- ABŞ xarici siyasətində müəyyən dəyişikliklər proqnozlaşdırılır. Tramp seçki kampaniyası zamanı bildirirdi ki, müharibələri, xüsusilə, Rusiya-Ukrayna müharibəsini qısa müddətdə, hətta bir-iki sutkaya bitirəcək. Proqnozlar da buna əsasən verilir. Əlbəttə, Harris seçilsəydi, Ukrayna ilə bağlı Bayden adminstrasiyasının siyasəti davam edəcəkdi. Trampın isə dediyim kimi, vədləri var. Görək cənab bu vədləri yerinə yetirəcəkmi?! Əslində bütün dünya üçün maraqlıdır ki, Tramp bu müharibə ilə bağlı vədini hansı formada yerinə yetirəcək? Düzdür, Tramp xarizmatik siyasətçidir, sözünün kəsəri var. Amma unutmaq olmaz ki, Amerikada “dərin dövlət” var və prosesləri müəyyənləşdirən də məhz o institutdur. “Dərin dövlət” Trampa imkan verəcəkmi ki, Rusiya ilə sıx əlaqə qursun, Ukraynanı pis vəziyyətdə qoysun, Putinin qələbəsini tanısın? Tramp xarici ölkələrlə mübarizədən çox ölkə daxilindəki qüvvələrlə mübarizə aparmalı olacaq. Dövlət Departamenti var, Pentaqon var, Mərkəzi Kəşfiyyat İdarəsi var, beyin mərkəzləri var ki, bu qurumlarda çalışanların çoxu ABŞ-ın Ukraynaya dəstəyinin davam etdirilməsini istəyirlər, Rusiya ilə münasibətlərin sıxlaşmasının isə əleyhinədirlər. Hesab edirəm ki, qarşıda maraqlı proseslərin şahidi olacağıq.

- Trampın bizim bölgə ilə bağlı – Cənubi Qafqazla bağlı siyasəti nə vəd edir?

- Cənubi Qafqazın əsas ölkəsi Azərbaycandır və Azərbaycan da öz problemini həll edib, ərazilərini işğaldan qurtarıb, suverenliyini bərpa edib. Trampın əvvəlki prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələri yaxşı idi. Amma unutmayaq ki, ABŞ Prezidenti öz ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazda Azərbaycanla da əməkdaşlığı tələb edir. Söhbət enerji sahəsində, təhlükəsizlik sahəsindəki əməkdaşlıqlardan gedir. Bu sahədə son vaxtlar soyuqluq yaranmışdı, amma hər halda Vaşinqtonun Bakıya münasibəti Parisinki qədər deyildi. Trampın seçilməsi ilə soyuqluğun aradan qalxması gözlənilir. Azərbaycan da maraqlı olmalıdır ki, ABŞ-da arada olan müəyyən suallar aradan qalxsın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru