İRAN AZƏRBAYCANDA 20 İLDİR NƏ AXTARIR:
Tarix: 23-02-2012, 12:02 | Çap et
ƏMİN-AMANLIQ, YOXSA ANARXİYA?
Əvvəllər məscid və mədrəsələrdə daha çox görünən iranlılar, indi də elm və təhsilə üz tutublar
Son zamanlar İranın Azərbaycan Respublikasına qarşı yönəlmiş hədələrinin güclənməsi və buna adekvat olaraq Azərbaycan hakimiyyətinin atdığı addımların şübhəsiz köklü səbəbləri var. Hər halda Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra (1991) İran İslam Respublikasının bu türk dövlətinə, xüsusi maraq dairəsində olması heç kəsə sirr deyil. O da sirr deyil ki, farslar 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin varlığından hansı dərəcədə rahatsız olmuşdusa, eyni rahatsızlığı bəlkə bir qədər də çox, 20 ildir İran İslam Respublikası yaşayır. Halbuki, Azərbaycan hökuməti daim İranla yaxın qonşu kimi sivil münasibətlər qurmaq istəyini dəfələrlə bəyan edib.
Bəs, bütün bunlara baxmayaraq İranı bu qədər rahatsız edən nədir? Nədən İran istər açıq, istərsə gizli şəkildə bütün vasitələrlə müstəqil Azərbaycan Respubllikasını danmaq yolu tutur? Hələ, Azərbaycan Cümhuriyyətinin ilk aylarında onun müstəqilliyini tanımaq istəməyən, hətta bu türk dövlətinin adının dəyişməsi (məsələn, «Aran Cümhuriyyəti» kimi) təklifi ilə çıxış edən ovaxtkı İranın həmin iddialarını indi də molla-fars rejiminin bu və ya başqa formada irəli sürməkdə məqsədi nədir? Ən vacibi özünü islam dövləti elan edən, vətəndaşlarının az qala yarısı Azərbaycan türklərindən ibarət olan bir «respublika»nın bütün bunlara göz yumaraq, Azərbaycan Respublikasının ərazisini işğal edən, xalqına qarşı soyqırımı törədən Ermənistanla ən yaxın münasibətlər qurmağın kökündə nə dayana bilər?
Şübhəsiz, bu və bu kimi oxşar sualların yeganə bir cavabı var: Cənubi Azərbaycan türklərinin Şimali Azərbaycan türkləri ilə eyni soykökü, dili, mədəniyyəti, dini-fəlsəfi dünyagörüşü, tarixi keçmişi və s. paylaşması. Bir qədər də dəqiqləşdirsək, eyni milli mənəvi dəyərləri paylaşan vahid millətin bir yarısı müstəqil olduğu halda, digər yarısı isə ən təbii hüquqlardan (ana dilində təhsil almaqdan, milli kimliyini ifadədən, mədəniyyətini təbliğdən və s.) belə məhrumdur. Təbii ki, müstəqil olan hissə, ən təbii hüquqlardan məhrum olan üçün bir stimuldur. Bunu, bir əsr əvvəl olduğu kimi, indi də fars rejiminin ideoloqları yaxşı anlayırlar. Bu baxımdan molla-fars rejimi bütün vasitələrlə çalışır ki, Azərbaycan Respublikası güclü və layiq (dünyəvi) bir dövlət olmasın.
Bu yöndə molla-fars rejiminin ənənəvi əməllərindən biri, Azərbaycan Respublikası ərazisində təbliğat-təşviqat işləri aparmaqdır. Bu məsələ də isə onlar ən çox din-islam amilindən istifadə edirlər. İslamı əldə bayraq tutaraq cəmiyyətin müxtəlif təbəqələrinə təsir etmək niyyəti güdən, xüsusilə məscid və mədrəsələrdə irançılığı (paniranizmi) yayan molla-fars rejimi son illərdə Azərbaycan elm və təhsilinə də axın etməyə başlayıb. İlk baxışda burada qeyri-adi heç nə yoxdur. İranlılar da, digər əcnəbilər kimi Azərbaycanda təhsil alır, hətta elmi dərəcələr əldə edirlər. Ancaq bu əcnəbilərin xeyli bir qisminin Azərbaycan türkcəsində danışdığını və soykökcə Azərbaycan türkü olduğunu nəzərə alsaq, onlara «əcnəbi» demək də olmur. Bununla yanaşı, onları «əcnəbi» adlandırmaqda zorluq çəkdiyimiz, «soydaşmız» adlandırmaq da asan deyil. Çünki, Azərbaycan Respublikasına üz tutan iranlıların əksəriyyəti Azərbaycan türkcəsində danışsalar da, milli ruh baxımdan azərbaycanlıdan daha çox iranlı, yəni iranpərəstdirlər. Bu iranlılıq-iranpərəstlilik onların qanına-canına hopdurulmuşdur. Hər halda molla-fars rejimi yaxşı bilir ki, Azərbaycan Respublikasında təhsil və elmi dərəcə almaq üçün kimlərə icazə verir. Şübhəsiz, molla-fars rejimi damarlarından təmiz türk qanı axan, milli ruhun daşıyıcısı olan hər hansı bir Azərbaycan türkünə nəinki belə bir şərait yaradır, əksinə belə bir türk fədaisi ələ keçərsə, ona divan tutur. Daha doğrusu, artıq neçə on illərdir ki, tutur və tutmaqda da davam edir.
Əlbəttə, çar Rusiyası və SSRİ imperiyası dövründə müstəmləkə həyatını yaşamış biz Şimali Azərbaycan türkləri bunun nə demək olduğunu yaxşı anlayırıq. Biz Şimali Azərbaycan türkləri Cənubi Azərbaycan türklərindən bəlkə də çox assimilyasiya olmuş, əzab-əziyyət və işəncələrə məruz qalmışıq. Məhz bunun nəticəsidir ki, 20 ildir müstəqil olmağamıza baxmayaraq, əslində bizlərin arasında da hələ SSRİ-nin müstəmləkə ideologiyasını təsirindən qurtulmayanlar var. Bizlərin arasında da vaxtilə sovetpərəst-rusiyapərəstlər olub və bu gün də var. Sadəcə olaraq, burada qeyd etmək istədiyimiz ondan ibarətdir ki, SSRİ rejimi vaxtilə ruspərəst-sovetpərəst azərbaycanlılardan istifadə etdiyi kimi (bu gün də həmin azərbaycanlılar sıralarmızda var), bu gün molla-fars rejimi də öz çirkin niyyətlərini həyata keçirmək üçün iranpərəst azərbaycanlıları əllərində alətə çeviriblər. Bununla da, Cənubi Azərbaycan türklərinin, guya İrana bağlı olduğunu, islamın dirəyinin İran olmasını və s. təbliğ edirlər. Şübhəsiz, bütün bunlar molla-rejiminin uydurmalarından başqa bir şey deyildir.
Belə ki, Cənubi Azərbaycan türklərinin artıq ilbəil deyil, hətta günbəgün istiqlala doğru addımladığını nəinki bütün dünya, o cümlədən İranda da yaxşı anlayırlar. Bu baxımdan molla-rejimi 5-10 nəfər iranpərəst azərbaycanlını əlində oyuncağa çevirməklə nə Cənubi Azərbaycanda, nə də Şimali Azərbaycanda heç nəyə nail ola bilməyəcək. Artıq hamı yaxşı anlayır ki, molla-rejiminin Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, mətbuatının və s. içərisinə yeritmək istədiklərinin xeyli qismi nəyə xidmət edir. İlk baxışda elm və təhsil almaq təsiri bağışlayan bir çox iranlıların daxilinə nüfuz etdikcə görürük ki, birinci onların əksər qisminin istənilən səviyyədə elmi biliyi yoxdur, ikincisi sözdə və əməldə zahirən Azərbaycan Resupblikasının əleyhinə bir şey ifadə etməsələr də, ümumilikdə iranpərəst (paniranizm) dünyagörüşləri hər şeyi ortaya qoyur.
Bütün hallarda əksəriyyəti Cənubi Azərbaycandan olan iranlıların əvvəllər məscid və mədrəsələrdə daha çox göründükləri halda, son zamanlar Azərbaycan təhsilinin və elminin müxtəlif sahələrində peyda olması təsadüfi ola bilməz. İranlılar bəzi universitetlərdə (BDU və b.), AMEA-nın institutlarında dissertant kimi elmi işlər müdafiə edirlər və yaxud da etməyə hazırlaşırlar. Xüsusilə, AMEA-nın Tarix, Ədəbiyyat, Folklor, Fəlsəfə və başqa institutlarında onların sayı artıq onlarla, yüzlərlə deyə biləcəyimiz qədər artmağa başlayıb. Bundan çıxış etsək, belə hesab etmək olar ki, Azərbaycan təhsili və elmi İran təhsil və elmindən güclüdür. Ancaq təcrübə və praktika heç də bunu təsdiq etmir. Hər halda İranın elm və təhsil sahəsindəki uğurları göz qabağındadıdr. O zaman belə bir məsələ ortaya çıxır ki, iranlıları Azərbaycana cəlb edən ya təhsil və elmimizdəki problemlərdən çıxış edərək asan müdafiə etmək, ya da İranın maraqlarının təbliğidir. Yaxud da ki, elə hər ikisi iranlılar üçün əlverişlidir. Yəni iranlılar Azərbaycan təhsil və elmindəki boşluqlardan, nöqsanlardan və s. istifadə edərək həm müxtəlif dərəcələr alır, həm də İranın mənafeyini yeri gəldikcə təbliğ edirlər. Bunu anlamaq üçün, onların həm özləri, həm də dissertasiyaları, elmi məqalələri ilə yaxından tanış olmaq yetərlidir.
Bu məsələ ilə bağlı düşündürücü məsələlərdən biri odur ki, necə olur Azərbaycan Respublikasından İranın müxtəlif şəhərlərinə (Təbriz, Tehran, Qum və b.) təhsil almaq üçün gedənlərin əksəriyyəti, sonra Azərbaycana iranpərəst halda qayıtdıqları halda, bunun eynisini biz Azərbaycana gələn iranlılar üzərində edərək onları geriyə azərbaycanpərəst kimi göndərə bilmirik. Üstəlik, iranlılar burada nəinki azərbaycanpərəst olur, hətta azərbaycanlıları iranpərəst etməyə çalışırlar. Bu baxımdan Azərbaycan təhsili və elminə iranlı axını məsələsi son dərəcə ciddiyə alınmalıdır. Bu, iranlıların məscid və mədrəsələrdə apardığı təbliğatdan daha təhlükəlidir. Xüsusilə, sovet ideologiyası baxımından rus təhsil və elminin təsirindən tam qurtulmadığımız bir zamanda (bu gün də Azərbaycan təhsil və elmində sovet-rus amili qalmaqdadır), elm və təhsil sahəsində sıralarmızda iranlıların sayının da ilbəil artması, milli və müstəqil varlığımız üçün yaxşı heç nə vəd etmir.
Heç vaxt unutmamalıyıq ki, Şimali Azərbaycan sovet işğalı altında olduğu dövrdə SSRİ imperiyası və İranın fars-pəhləvi rejimi ideoloqları elm və təhsildə Azərbaycan türklərinin milli və müstəqil varlığını danmaq yolu tutmuş, onun soykökünü, dilini, mədəniyyətini və s. saxtalaşdırmağa çalışmışlar. Məqsəd isə bəlli idi: türklərin Azərbaycanın yerli milləti olmamasını sübut etmək. Bu gün də həmin xətti davam etdirən İranın Azərbaycan təhsil və elminə get-getə ayaq açması, bu və ya başqa formada antitürk ideyaların yenidən Azərbaycan türkünün şüuruna yeridilməsi deməkdir. Hər halda, İranın Azərbaycanın torpaqlarını işğal edən Ermənistan və Rusiya ilə yaxın münasibətlərinin fonunda başqa cür mühakimə yürütmək də mümkün deyildir.
Faiq Ələkbərov (Qəzənfəroğlu) AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Dünən, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Dünən, 15:39 |
|
|
|
|