“SOYQIRIMLA BAĞLI SƏKKİZ STATUS HAZIRLANIB”
Tarix: 16-02-2012, 18:41 | Çap et
QHT-LƏRİN XOCALI AKSİYASI DAVAM EDİR
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, QHT Əməkdaşlıq Alyansı və Milli QHT Forumunun təşkilatçılığı, Qadın QHT Forumu, millət vəkilləri və digər koalisiyaların iştirakı ilə Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı QHT və mətbuat nümayəndələri üçün keçirilən tədbiri Alyansın əlaqələndiricisi Rufiz Qonaqov açaraq, tədbirin keçirilməsi zərurəti, bununla bağlı müvafiq İşçi Qrupunun gördüyü işlər haqqında məlumat verdi. Rufiz Qonaqov bildirdi ki, bu məsələ Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü və təklifi kimi digər QHT koalisiyaları ilə də birgə müzakirə edilmiş, bu faciənin gerçəkliklərinin dünyaya çatdırılması üçün xüsusi tədbirlər planı hazırlanmışdır.
Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, Şura Qarabağ faciəsinin dünyaya çatdırılmasını hər zaman prioritet hesab edib. Ötən illərdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ciddi və əhəmiyyətli layihələr Şura tərəfindən dəstəklənib. Bu il də bu sıradan olan tədbirlər davam etdiriləcək. Fərasət Qurbanov daha sonra bildirib ki, QHT-lər bununla bağlı güclərini birləşdirməli və dünya ictimaiyyətinə geniş məlumat çatdırılmasında yeni metodlardan yararlanmalıdır. Dövlət Dəstəyi Şurasının, şəxsən Şuranın sədri, millət vəkili Azay Quliyevin mövqeyi budur ki, bu məsələlrdə QHT-lərə bütün köməkliklər göstərilsin, onlara dəstək verilsin. Eyni zamanda, Fərasət Qurbanov Azərbaycan həqiqətlərinin və Xocalı Soyqırımının dünyaya çatdırılmasında H.Əliyev Fondunun və onun rəhbəri, UNESCO və İSESCO-nun xoşməraml səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etdi. O bildirdi ki, H.Əliyev Fondu bu istiqamətdə xeyli işlər görmüş və Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırmışdır. Sonra Alyansın Şura üzvü Razi Nurullayev ötən müddət ərzində görülən işlərlə bağlı geniş məlumat verdi. Razi Nurullayev bildirdi ki, gerçəkləşdirilən internet aksiyada bir sıra nəticələrə nail olunub. Belə ki, Xocalı faciəsini əks etdirən poster Facebook və Tvitter şəbəkəsində 10 minlərlə istifadəçi profil şəklini tövsiyyə edilən posterlə əvəz edib. Hesablamalarımıza görə, aksiya nəticəsində 100,000-dən çox istifadəçi bu aksiyanı görüb və bu və ya digər şəkildə onu dəstəkləyib. İşlər təkcə bununla bitməyib. Soyqırımla bağlı səkkiz status hazırlanıb və paylaşılıb. Proses il ərzində davam etdiriləcək.
Milli QHT Forumunu prezidenti Rauf Zeyni çıxış edərək bildirdi ki, Forum indiyə kimi bu istiqamətdə bir neçə layihə həyata keçirib. Tədbirlərimiz istər ölkə daxilində, istərsə də xarici dövlətlərdə keçirilib, bundan sonra da davam etdiriləcək. O, bildirib ki, Forum da bu məsələdə QHT-lərə imkanları çərçivəsində dəstək verməyə hazırdır. Daha sonra Alyansın Şura üzvü Rəfail Becanov çıxış edərək bildirdi ki, bu gerçəkliklərin dünyaya çatdırılması həm də ona görə önəmlidir ki, məhz Xocalının işğalından sonra Ermənistan və onun havadarları Qarabağın simvolu Şuşanı, alınmaz qala sayılan Ağdamı işğal etdi. Çünki ermənilər bilirdi ki, Xocalı Şuşaya dayaq, Ağdama sipərdir. Biz Xocalı faciəsini dünyaya çatdırmaqla, Qarabağın azad olunmasında diplomatiyamızın bu günkü qələbələrinin davamını sürətləndirəcəyik. Aksiyanın keçirilməsi üzrə işçi qrupun rəhbəri, Alyansın Şura üzvü Xanoğlan Əhmədov dedi ki, “Ermənilərin 20 il əvvəl Xocalıda törətdiklərini yalnız 1940-cı illərdə faşistlərin törətdikələri cinayətlərlə müqayisə etmək olar. Xocalı qətliamını törədənlər hərbi cinayətkar adlandırılmalı, cinayətkarlar Beynəlxalq Hərbi Tribunal tərəfindən cəzalandırılmalıdırlar”. Digər çıxışçılar da QHT-lərin bu kimi tədbirlərinin kampaniya deyil, silsilə xarakterli olmasını bildiriblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Dünən, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Dünən, 15:39 |
|
|
|
|