KORRUPSİYA EHTİMALI VAR
Tarix: 26-01-2012, 13:21 | Çap et
QHT-LƏRİN ŞƏBƏKƏSİ NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT ETDİ
“Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Açıq-Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi kommunal xidmət sektorunda müasir təcrübənin tətbiqi, istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılmasına, bu sektorda korrupsiya hallarının azalması, şəffaflığın artırılmasına yardım göstərilməsidir.
Layihə çərçivəsində elektrik enerjisi, təbii qaz, sudan istifadə ilə bağlı problemlərlə üzləşən vətəndaşlara Pulsuz Hüquqi Yardım Xidməti təşkil olunub. Xidmətdən istifadə etmək üçün vətəndaşlar “Qaynar xəttə” (4925726) zəng edə, yaxud [email protected] ünvanına elektron məktub yaza, yaxud www.istehlakci.az saytına daxil olaraq “Online müraciət” bölməsi vasitəsilə müraciət edə bilərlər
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, “Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.”
“Konstitusiya” Araşdırmalar Fondu və Şəbəkəyə daxil olan telefon zəngləri, şikayət ərizələri, layihə çərçivəsində fəaliyyət göstərən Pulsuz Hüquqi Yardım Xidmətinə edilən müraciətlərə əsasən aparılan araşdırmalar göstərir ki, istehlakçıların müqavilə bağlanması sahəsində çox ciddi problemlər qalmaqdadır. Müqavilə bağlanmış istehlakçıların sayı ümumi istehlakçıların sayı ilə müqayisədə hər üç xidmət üzrə olduqca azdır. Müqavilədə vəfat etmiş, əvvəlki mənzil mülkiyyətçisinin əvəzinə kənar şəxslərin imza etdiyi və digər qanunazidd hallar mövcuddur. Tərəfimizdən bu problemin dəfələrlə qaldırılmasına və təchizatçı qurumlara müraciətlərə, aparılan müzakirələrə baxmayaraq onlar istehlakçılarla hal-hazırda qüvvədə olan müqavilələrin bağlanması məsələsinə məsuliyyətlə yanaşmırlar. Bu isə öz növbəsində istehlakçı hüquqlarının pozulmasına, təchizatçı qurumların sui-istifadə hallarına yol verməsi ilə nəticələnir.
Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə yeni “Qazdan İstifadə qaydaları” təsdiqlənib. Şəbəkə tərəfindən layihə çərçivəsində təklif olunmuş əlavə və dəyişikliklərin 85,7%-i yeni “Qazdan istifadə Qaydaları”nda (gələcəkdə “Qaydalar”) öz əksini tapmış, 68,6%-i müqavilə şərtlərinə daxil edilmişdir. Əvvəlki, “Qaydalar” həcm etibarı ilə indikindən 5 dəfə az idi və reallığı əks etdirmirdi. Yeni “Qaydalar” istehlakçı hüquqlarının daha etibarlı müdafiəsinə və pozulmuş hüquqların bərpasına daha geniş imkanlar verir. Yeni “Qaydalar”ın 2.5-ci bəndində “Tərəflərin hüquq bərabərliyini təmin edən müqavilə bağlanmasının məcburiliyi” təsbit edilib.
Hər üç xidmət üzrə təchizatçı qurumların İstehlakçılarla hal-hazırda qüvvədə olan müqavilələrin bağlanması sahəsində mövcud problemlərə diqqət yetirilməsi, onların aradan qaldırılmasına yardım göstərilməsi məqsədilə Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Nazirlər Kabinetinə müraciət edib. Bu barədə şəbəkədən məlumat verilib.
Eyni zamanda Fond və Şəbəkə İstehlakçılarla hal-hazırda qüvvədə olan müqavilələrin bağlanması sahəsində müşahidə olunan problemlərə aydınlıq gətirilməsi üçün təchizatçı qurumlara informasiya sorğusu verib.
İstehlakçılarla müqavilələrin bağlanması sahəsində problemlər bu yaxınlarda bütün maraqlı tərəflərin iştirakı ilə keçiriləcək dəyirmi masada və hazırlancaq televiziya verilişində də müzakirə ediləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan müharibə hazırlıqlarını sürətləndirir – Sərhəddə gərginlik artdı
Bu gün, 06:20 |
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50 |
|
|
|
|