Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                 

AVROPA, YOXSA AZƏRBAYCAN GƏNCLİYİ?
Tarix: 25-01-2012, 12:46 | Çap et
AVROPA, YOXSA AZƏRBAYCAN GƏNCLİYİ?

“HOLLANDİYA VƏTƏNDAŞLIĞINDAN BELƏ İMTİNA EDƏRƏM”

Bugünlərdə Avropa mətbuatı 16 yaşlı hollandiyalı qızcığaz Laura Dekkerdən yazırdı. Bu gözəl, zərif qız tarixdə yeni bir rekorda imza atdı, o, gəmisiylə təkbaşına çıxdığı 518 günlük dünya səyahətini uğurla tamamladı.

Amma Dekker səyahətə çıxmazdan əvvəl böyük problemlər yaşamışdı. Səyahətə çıxmaq təşəbbüsünün təhlükəli olmasına görə, Hollandiyanın gənclik və uşaq təhlükəsizliyi qurumları onu bir müddət nəzarət altında saxlamışdı. Ancaq Laura məhkəməyə müraciət etmiş, məhkəmə də ona səyahətə çıxmaq icazəsi vermişdi. Sonra Lauranın təhsil müfəttişləri ilə problemləri yarandı, onlar belə təhlükəli macəraçılıq əvəzinə, qızcığaza dərslərini oxumağı məsləhət görürdülər. Amma artıq bu zaman 16 yaşlı qızcığaz açıq dənizlərdə gəmisiylə üzürdü. Laura belə demişdi: “Arzumu gerçəkləşdirmək üçün, Hollandiya vətəndaşlığından belə imtina edərəm”.

O, sözlərinin yarısını tutdu da. Özü səyahətdə olduğu müddətdə təhsil müfəttişləri atasına problemlər yaratdığına görə, Laura Hollandiya bayrağını gəmisindən çıxarıb, əvəzinə Yeni Zellandiyanın bayrağını sancdı və bundan sonra Yeni Zellandiyaya köçərək, orada yaşayacağını dedi. Lauranın ata-anası isə ona görə narahatıydı, amma qızlarının arzusunun reallaşması üçün güzəştə getdilər və sonda sevinc gözyaşları içərisində onu Qəraibdəki Sint Maarten adasında qarşıladılar. Mətbuatda Laura haqqında xəbərlər bu cümləylə yekunlaşırdı…

Lauranın dünya səyahəti əslində bir insanın, 16 yaşlı qızcığazın azadlığının təntənəsidir. Laura arzusunu gerçəkləşdirdi. Azadlıq elə arzularını gerçəkləşdirməkdir. Vətən elə arzularını gerçəkləşdirdiyin yerdir. Arzularını – keyfiyyətli təhsil almaq arzunu, yaxşı karyera qurmaq arzunu, sözünü ifadə edə bilmək arzunu, etiraz etmək arzunu, səyahət edə bilmək arzunu reallaşdıra bilmədiyin vətəni sevə bilməzsən. “Vətəni dağına, daşına, bulaqlarına, sərt qayalarına, göy çəmənlərinə görə sevirəm”, – deyən adam ya ruhi xəstədir, ya gopa basır, ya da özünü aldadır.

Vətənini sevə bilmək üçün özünün və başqalarının arzularını reallaşdırmaq uğrunda, vətəninin azadlığı uğrunda çalışmalısan. Geri qalanı nağıldır, əfsanədir…

AZADLIQ OLMAYANDA

Bakıda, “Torqovı”da möhkəm gəyirməkləriylə fəxr edən, diqqət cəlb etmək üçün qışqıra-qışqıra bir-birləriylə qaçdı-tutdu oynayan zırpı-zırpı qaqaşlar var. Onlar azad olmadıqlarına görə belə gülünc vəziyyətə düşüblər. Ata-ana, milli mentalitet, yarıtmaz təhsil siyasəti onların azadlığını əlindən alıb və bu gənclər enerjilərini gəyirməklə, bir-biri ilə qaçdı-tutdu oynamaqla çıxarmaq məcburiyyətində qalıblar.

Ciddi rejimli evlərdə nəzarət altında saxlanılan, gələcəyin “bozbaş bişirmək üzrə mütəxəsisləri” olacaq qızlar isə daha bədbəxtdirlər…

Ən azad adamlar adətən incəsənət adamları olur. Çünki azad olmayan, qadağalarla yaşayan adam nəsə yarada, nəsə ortaya qoya bilməz, yaradıcılıq anlayışı bu tip insanlara yaddır.

Bəzən Rəssamlıq Akademeyasının tələbələrinin sərgilərinə gedirəm. Orada nə qədər desəniz zövqsüz, dar düşüncənin məhsulu olan rəsmlərlə qarşılaşa bilərsiniz. “Namaz qılan ağac”, “Dədə Qorqud”, “Muğam kvarteti”, “Qaval” kimi arxaik anlayışlar bu akademiyanın tələbələrinin sevimli mövzularıdır. Ümumiyyətlə, siz Rəssamlıq Akademiyasında nə qədər desəniz hacı, məşədi, kərbəlayi, molla ilə qarşılaşa bilərsiniz. Bu “təhsil ocağı”nın əksər müəllimləri və tələbələri dərslər zamanı “Cənnət, cəhənnəm”, “Lənətə gəlmiş yəhudilər”, “Kafirlik”, “Milli mentalitet”, “Başı aşağı qız” kimi mövzularda danışmağı çox sevirlər.

Rəssamlıq Akademiyasında oxuyan tanışım bir dəfə mənə demişdi ki, iquana heyvanının heykəlini düzəltdiyinə görə, müəllimi ona irad tutaraq deyib ki, belə heyvanların heykəllərini düzəltməsin, “milli heyvanlar”ın – dovşanın, ceyranın, cüyürün heykəllərini düzəltsin.

Gələcəyin “rəssamları”nın, “heykəltaraşları”nın, “incəsənət adamları”nın təhsil aldığı akademiya bugündədirsə, digər universitetlərdən ümumiyyətlə danışmağa dəyməz…

Azadlıq olmayan yer təhlükəli yerdir. Azərbaycanın əksər televiziya kanallarında, qəzetlərində, xəbər portallarındakı əsas xəbərlər kriminal xəbərlərdir. İnsanlar bir-birini boğmaqla, əzişdirməklə, bıçaqlamaqla, qanını qəltan etməklə məşğuldurlar. Çünki azad deyillər. Azadlıq sözünü eşidəndə gözlərinin qarşısına yalnız mini yubka, seks, homoseksuallıq kimi anlayışlar gələn dar dünyagörüşlü adamlar, “Tarqovıda” möhkəm gəyirməkləriylə fəxr edən gənclər sabah evlərimizə girib qulağımıza gəyirəcəklər. İntellektsiz, savadsız gənc hacılar, məşədilər, kərbəlayilər sabah evimizə girib, təriqət üstündə qanımızı qəltan edəcəklər. Çünki azadlıq olmayan yer təhlükəli yerdir. Çünki azadlıq olmayan yerdə hər şey mümkündür…

Cavid Ramazanov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Bu gün, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Bu gün, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Bu gün, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Bu gün, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Bu gün, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Bu gün, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru