!["Hanı internet?!! Və ayağımın əziyi necə olacaq..." "Hanı internet?!! Və ayağımın əziyi necə olacaq..."](/uploads/posts/2022-01/thumbs/1641027592_0001.jpg)
DİA.AZ: - "Şikayətim Baktelecom"dandır". DİA.AZ bildirir ki, bu sözləri Əhməd Bəylərov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupunda giley edərkən qeyd edib.
!["Hanı internet?!! Və ayağımın əziyi necə olacaq..." "Hanı internet?!! Və ayağımın əziyi necə olacaq..."](/uploads/posts/2022-01/thumbs/1641027586_01.jpg)
Daha sonra narazı vətəndaş yazır: "Düz bir aydan çoxdur ki, gəlib optik internet çəkmək üçün dirək quyusu qazıblar darvazamızın ağzında. Hər dəfə uşaqlar quyuya düşməsin deyə ehtiyat edirdim...
Yeni ilə girəndə düz saat 00:00-da özüm o quyuya düşdüm. Atəşfəşanlığı seyr edərkən. Halbuki quyunu qazanda uzağı 10 günə çəkiləcək demişdilər.
Hanı internet??? Və ayağımın əziyi necə olacaq???"
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...