Vətəndaşlar 65 yaşda pensiyaya çıxır, 6 il sürünür, 71 yaşda isə ölür... - Bu, AZƏRBAYCAN REALLIĞIDIR...
Tarix: 21-12-2021, 10:54 | Çap et
![Vətəndaşlar 65 yaşda pensiyaya çıxır, 6 il sürünür, 71 yaşda isə ölür... Vətəndaşlar 65 yaşda pensiyaya çıxır, 6 il sürünür, 71 yaşda isə ölür...](/uploads/posts/2021-12/thumbs/1640069629_0001.jpg) Azərbaycan vətəndaşları arasında ölüm statistikasında artım var. Belə ki, 2020-ci ildə ölkə üzrə ölənlərin sayı əvvəlki ilə nisbətən 25 min nəfər çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 55 min 916 vətəndaş, ötən il isə 75 min 647 vətəndaş dünyasını dəyişib. Cinslər arasında da ölüm sayında ciddi fərqlər var. Belə ki, 2020-ci ildə şəhər yerlərində dünyasını dəyişən qadınların sayı 18 min 451, kişilərin sayı isə bundan daha çox, 23 min 598 olub. Kənd yerlərdində də baş verən ölüm hallarında cinslər arası fərq nəzərə çarpır. Belə ki, ötən il ərzində kənd yerlərində yaşayan qadınlar arasında ölənlər 15 min 115, kişilər isə 18 min 483 olub. Komitənin məlumatına görə, Azərbaycanda cinslər arası fərqlə yanaşı, yaşlara görə də ölüm sayında fərqlər var. Ən çox ölüm halının qeydə alındığı yaş kateqoriyalarından biri də 45-64 yaşdır. Ümumilikdə ötən il bu yaşlar üzrə 19 min 968 ölüm halı qeydə alınıb. Ötən il ərzində təkcə 45-49 yaşlı şəxslər arasında 2 315 ölüm halı qeydə alınıb. 65-84 yaş arası ölənlərin sayı isə 33 min 464 olub. Bu isə həm də ölkə üzrə təqaüd alanların sayının azalması deməkdir. DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında insanların ömür yaşının qısalması və bunun fonunda pensiya yaşının azaldılmasının vacibliyindən danışıb, bildirib ki, hazırkı təqaüd sistemi təşviqedici deyil: "Ötən il həm müharibə, həm də pandemiya vəziyyətinin olması da ölüm hallarının artmasına təsir etmişdi. Hökumət pandemiya şəraitində ölüm hallarının sayının az olduğunu deyirdi. Lakin qeydiyyatdan kənar ölüm halları kifayət qədər çoxdur. Lakin məsələyə daha geniş aspektdən yanaşsaq, deyə bilərik ki, Azərbaycanda başqa ölkələrlə müqayisədə orta ömür müddəti kifayət qədər aşağıdır. Kanada, Almaniya, Yaponiya kimi ölkələrdə orta ömür 87-89 il, Azərbaycanda isə 71 ildir. Bundan sonrakı 40 ildə də belə olacaq. Bu gün doğulanlar üçün gözlənilən ömür təxminən 76 ildir. Məsələyə bu apsektdən yanaşsaq, təqaüd sisteminin təşviqedici olmadığını deyə bilərik. Pensiya alan vətəndaşların sayının azalması prosesi gedir. Bu bir tərəfdən ölüm hallarının artmasından qaynaqlanırsa, digər tərəfdən də pensiya sisteminin əlçatanlığının azaldılması ilə bağlı qəbul edilən qərarlardan irəli gəlir. Nəticədə 1 milyon 320 milyon təqaüdçü vətəndaşın sayı son 3 ildə azalaraq 1 milyon 300 minə düşüb. Sosial apsektdən qiymətləndirsək, bu əhalinin gəlirlərinə mənfi təsir edən amildir".
Ekspert bildirir ki, infrastruktur dəyişməli, qanunların işləkliyi təmin olunmalıdır, insanların gündəlik həyat tərzində qarşılaşdıqları problemlər aradan qaldırılmalıdır: "İnsanlar üçün stressiz, rəvan həyat tərzi yaradılmalıdır. Qida təhlükəsizliyi ilə bağlı daha keyfiyyətli proqramlar icra olunmalıdır. Ərzaq sisteminin təchizatında nəzarət güclənməlidir. Hökumətin gördüyü əsas iş odur ki, görülən tədbirlərdən insanlara probem yaranmasın. Ekoloji təmizliklə bağlı tədbirlər görülməlidir, yaşıl enerji təşviq olunmalıdır. Əhalinin 50 faizi Bakıda yaşayır və paytaxtın kifayət qədər çirklənmiş havası var. Bütün bunlar da orta ömür yaşını azaldan səbəblərdəndir".
Pensiya ilə bağlı danışan R.Həsənov deyir ki, pensiya yaşı azaldılamlıdır: "Çünki bizdə vətəndaşın faktiki olaraq orta ömür yaş ilə pensiya yaşı arasındakı fərq cəmi 6 ildir. İnsanlar 65 yaşda pensiyaya çıxır, 71 yaşda isə ölür. Dünyada isə ortalama olaraq bu fərq ən azı 14 ildir. Dünyadakı bu göstəriciyə çatmaq mümkün olmasa da, ən azı pensiya yaşını 5 il azaltmaq mümkün olar. Buna ehtiyac var. Yaponlar pensiyaya çıxır və 22 il bu pensiya ilə yüksək şəraitdə gəzir, yaşayır. Bizdə isə vətəndaş pensiyaya çıxır və 6 il sürünür. Bizim pensiya sistemimiz təşviqedici deyil. Pensiya sistemi tamamilə ləğv edilib, yenidənə qurulmalıdır". Sosioloq Üzeyir Şəfiyev isə Sputnik Azərbaycan-a açıqlamasında ümumlikdə ölümlərə təsir edən amillərdən danışıb, bildirib ki, ölüm statistikasında artıma səbəb amillərdən biri də intihar hallarıdır. O qeyd edir ki, bundan başqa, aqressiv davranışlar nəticəsində baş verən qətl hadisələrinin də bura təsiri var: "İnsan ömrünə təsir edən psixoloji, sosial, ekoloji amillər də var. Bundan başqa, mövcud pandemiya şəraiti özü də müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu zaman digər xəstəliklər də üzə çıxır".
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|