İlqar Rəhimov Sahil Babayevi necə RAM ETDİ... - İTTİHAM
Tarix: 4-07-2018, 11:11 | Çap et
Sahil Babayev Səlim Müslümovun dədəsinə rəhmət oxutdurur. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verənlər bunu deməyə əsas verir. Çünki Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən korrupsiya və maxinasiyalara hələ də hakim ola bilməyib və bu gedişlə heç vaxt da hakim ola bilməyəcək.
Belə ki, adıçəkilən nazirlikdə Füzuli Ələkbərov və Səlim Müslümovun tam izolyasiya etdirdikləri müavin İlqar Rəhimov istədiyini edir. Bununla bağlı mediada kifayət qədər faktlar dərc olunub. Faktlarda bildirilir ki, əgər Səlim Müslümovun vaxtında rayon şöbələrinə müdiri 100-150 minə qoyulurdusa, indi qiymətin 300 minə çatdığı bildirilir.
İmişli DSMF-sində yaşananlar da deyilənlərə əyani sübutdur. AzToday.az xəbər verir ki, internet saytlarında İmişli DSMF-si ilə bağlı dərc olunan faktlardan sonra sədr İntiqam Əliyev 500 min “tərləyib”.
İndisə mediada dərc olunan faktlara keçək:
1. İntiqam Nizam oğlu Əliyev İmişlidə DSMF-yə müdir təyin olunan kimi rayon arxivi ilə əlbir olaraq, kolxozların arxiv kitablarını dəyişdiriblər. Bütün kolxozlar barədə az məlumatlı olsaq da, Muradxanlı kəndinin sabiq S.Vurğun adına kolxozun 1987-1993-cü illərin arxiv kitabları ləğv olunub, əvəzində 7 il üçün broşüraya bənzər bir “arxiv” yaradılıb və həmin “arxiv”də əksini tapan əməkhaqqı və adam-günləri dəyişilərək saxta əmək haqqı yazılmışdır: xətt və ruçka fərqi uzaqdan bilinir, ekspertizaya ehtiyac belə yoxdur!
Bu “kitab”da elə adlara rast gəlinir ki, həmin adamlar Muradxanlı kəndinin və S.Vurğun adına kolxozun harada yerləşməsini belə bilmirlər və çoxu da həmin kəndin sakini deyil!
Cəfərli, Sarıxanlı, Qızılkənd, Xoşçobanlı kəndlərinin və ümumiyyətlə, bütün kolxozların və kooperativlərin arxiv sənədlərinə baxış keçirilsə, düzəlişlər və saxtakarlıqlar uzaqdan göz deşər!
İmişli Kommunal-Təsərrüfat Kontorunun arxiv kitabı demək olar ki, yoxdur! 1994-cü ilin əmr kitabı bir neçə cırıq vərəqdən ibarətdir, amma adamlar arxiv kitabına düzəlişlər etməklə başqa yerdə əmək haqqı yazdırmaqla sığorta şəhadətnaməsi tələbini guya ki, ödəmiş olublar. Konkret adlar bir, iki, üç deyil, ona görə də beşinin adını yazıb, on beşinin adını yazmamaqla seç-ayır etmirik!
Ancaq… vəfat etmiş Muradxanlı sakinlərinin adını yazırıq. Belə ki… 2014-cü ilin yanvarında Fonddan İmişli rayon şöbəsinə vəfat etmiş pensiyaçıların pensiyalarını diri kimi ödəniş edilməsi barədə 20-25 nəfərlik siyahı daxiş olmuşdur və bu ödənişlərdən ölü yiyələrinin xəbəri olmayıb. Həmin siyahını gizlədən İntiqam Əliyevin də, əlaqədar şəxslərin və cavabdehlərin də nəzərinə çatdırırıq ikicəsinin adını: Muradxanlı sakinləri Rübabə Əsgər qızı Səmədova, Camal Əli oğlu Rəhimov.
2. Ört-basdır edilən yeyinti faktlarından da bircəciyini yazırıq: başqa əraziyə köçmüş pensiyaçıların pensiyaları həm köçdüyü əraziyə göndərilir, həm də sənədlərinin surəti saxlanılaraq İmişli şöbəsindən mənimsənilir. Beləliklə, 2015-ci ildə İmişli rayonunun Əliqulular kəndindən Beyləqan rayonuna köçmüş Qarabağ əlili Fazil Xasməmməd oğlu Əliyevin tədaüdünün iki yerdən alınması faktı Fond tərəfindən aşkar olunmuş, alınan pulun maliyyə sektorunun müdiri Ələddin İsmayılovla İntiqam Əliyev arasında bölüşdürüldüyü təsdiqini tapmışdır! Amma nə olsun ki? Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə İdarəsinin təftişçiləri bu faktı “görə” bilməmişlər!
3. Gəlirlər sektorunda DSMF-yə borcu olan idarə, müəssisə və təşkilatların bank hesablarına inkassa qoyulsa da, fonda bir manat belə ödəmədən həmin inkassanın götürülməsi halları da göz önündədir! Nəticədə dövlət büdcəsinə vurulan ziyan hər ay təkrarlanır və kütləvi xarakter alıb: büdcəsi kəsirdə qalan Azərbaycan dövləti, cibləri dolan isə İntiqam Əliyevdir!
4. Faktın dəhşətlisi isə budur ki, İntiqam Əliyev həm rayon məhkəməsinin, həm də apellyasiya məhkəməsinin qərarını ləğv etdirmək gücündə, qüdrətindədir! Bu rayonda Azərbaycan Respublikasının deyil, məhz İntiqam Əliyevin qaydaları ilə pensiyaya çıxmaq olur: İntiqam Əliyevin bu “mərhəməti”nin-qanunun qiyməti isə 4-5 min manat civarındadır – idarənin özündə Rəsul adlı bir nəfər seyid öz cəddinə arxalanıb bütün bu tip məsələləri həll edir!
Elementar bir fakt: Apellyasiya məhkəməsinin qərarı ilə əmək stajı ləğv olunmuş vətəndaşa İntiqam Əliyev pensiya kəsir! Bax bu lotuluğu dünyanın heç harasında keç kim etməyib! O boyda qərarı harda və necə gizlədib, bir özü bilir, bir də allah. Adamlardan bircəsinin adını yazırıq, qalanlarını da korrupsiya idarəsi zəhmət çəkib kompüterdə məlumat bankından tapsın! Artıq “avtoqəza” ilə rəhmətə göndərildiyi güman edilən Vəlyev Uğuz Əflan oğlunun timsalında cinayət təqibinə başlamaq olar!
5. Bu bənddəki korrupsiyaya görə isə korrupsionerliyinə görə İntiqam Əliyevə “5” də vermək olar – istər il olsun, istər bilik və bacarıq dəyəri! Belə ki, İntiqam Əliyevin qanunlarına görə, İmişlidə 2012-2014-cü illərdəki saxta əmək haqları hesabına hər il 100 nəfərin sosial pensiyası ƏSMM-dən alınıb DSMF-də əmək pensiyası kimi hesablanır ki, bu fərqi də Korrupsiya İdarəsində hesablaya bilən olsa, Dövlət büdcəsinə dəyən ziyanın neçə milyon olduğu dəqiq bilinər! Və… sosialdan əmək pensiyasına transfer edilənlərin əksəriyyətinin kötük sənədləri yoxdur!
6. DSMF-nin İmişli rayon şöbəsində “doplata” deyilən bir termin var. Pensiyaçıların plastik kartlarını “işbazlar” seyid Rəsulun vasitəsiylə alıb, kolxozların son hesablaşma kitabları saxlanılan arxivində düzəlişlər edərək, onların hesabına guya əvvəlki illərin alınmamış fərq məbləğlərini yazaraq hər ay 50 min manatdan çox pulu bir dəfəyə çıxarırlar. Halbuki vətəndaşların bu pullardan xəbəri yoxdur! Əgər korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə idarəsinin marağında olarsa, rayon şöbəsinin kompüter sisteminə girib bunu çox asanlıqla əldə edə bilər! Ən azından “doplata” yazılmış minə qədər ada rast gəlmək olar. Təkcə 2013-cü ilin mart ayında 80 min manat mənimsənilmişdir! O boyda siyahıdan cəmi 33 nəfərin adı əlimizdə var. Maraqlı olanı budur ki, həmin pullar hissə-hissə ödənilməlidir, amma birdəfəyə köçürülür, eyni gündə də eyni saatda DSMF-nin işçilərinin yaxın adamları tərəfindən eyni bankomatdan çıxarılır, plastik kartlar isə sahibinə qaytarılır. Faktiki olaraq isə, vətəndaşın həmin mənimsənilən fərq məbləğindən xəbəri olmur!
7. Ən faciəlisi də odur ki, İntiqam Əliyev tabeçiliyində olan işçiləri nəinki cinayətə təhrik, hətta məcbur edir, alınmayanda külqabını üstlərinə atır, tapança çəkir, işdən çıxarır! İntiqam Əliyevin irimiqyaslı maxinasiyalarına görə isə cəzanı… 50-150 manata görə mirzəlik edənlər çəkir! Çünki İntiqam Əliyevi respublika Baş prokurorluğunun general rütbəsindəki idarə rəisi himayə edir!
8. Bundan sonra da bir 7 punkt İntiqam Əliyevin İmişlidəki iqtisadi-maliyyə cinayətkarlığını təsbit edən “qəhrəmanlıq”larından yazmaq olardı, amma özümüz də fərqinə vardıq ki, day bəsdir: əgər bu ölkədə rüşvətlə, korrupsiya ilə mübarizə aparmaq istəsə korrupsiyalaşmış koruppsiyaya və rüşvətxorluğa qarşı mübarizə idarəsi, kifayət qədər əsas var! Ancaq bir orası da var ki, Səlim Müslümovun bu bir nömrəli kadrı İntiqam Əliyevin əlindən İmişlini almaq Sahil Babayevin gücü xaricindədi, onun əməlləri barədə məlumatlı olsa da, haqqında cinayət təqibini başlatmağa cəsarəti çatmaz. Kim bilməsə də, Sahil Babayev dəqiq bilir ki, İntiqam Əliyev kimə sığınır!
İndi bildinizmi, əzizlərim, niyə İmişlinin prokuroru, məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi İntiqam Əliyevin havasına oynayır, onun qanunlarına əməl edir?
Sahil Babayevin diqqətinə İlqar Rəhimovun kreativ iş üsullarından bircəciyini çatdırırıq ki, qoy özü də inansın ki, bildiklərimiz həqiqətdi: deməli, adamlar cənab prezidentin kadr islahatları apardığına inanıb gəlirlər DSMF-na ki, əyrilikləri, oğurluqları çatdırsınlar rəhbərliyə, guya ki, Sahil Babayev cavandı, kreativdi, islahatçıdı, nə bilim daha nədi, bütün maxinasiyaları qoyurlar ovuc içinə – bu maxinasiya faktları da əli havada qalan Sahil Babayevin əvəzinə “düşür” İlqar Rəhimovun ovcuna! İki gündən bir DSMF-də qışqırıq səsləri ucalır. Bilirsiniz kimlərin qışqırığı? O kimlərin ki, etdikləri maxinasiyaları haqda bir az əvvəl məlumat alıblar! DSMF-də əfvin dəyəri 500 mindən az deyil!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaşanan maxinasiyalarla bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqdayıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
|