![Baba Rzayev qalmaqallı məmurla bacardı... Baba Rzayev qalmaqallı məmurla bacardı...](/uploads/posts/2018-05/thumbs/1526279650_888.png)
Qalmaqallı və haqqında həddən artıq şikayət daxil olan Neftçala Elektrik Şəbəkəsinin rəhbəri Vurğun Şirəliyev vəzifəsindən azad edilib.
Axar.az-ın əldə etdiyi məlumata görə, uzun illərdir Azərişıq ASC-nin Neftçala Elektrik Şəbəkəsinin rəisi vəzifəsini icra edən V.Şirəliyev vətəndaşların onunla bağlı ciddi şəkildə narazılığından sonra işdən çıxarılıb.
Qeyd edək ki, Vurğun Şirəliyev SOCAR-ın Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevin qardaşıdır.