Həbsə atılmış sahibkarın ailəsi evindən çıxarılır - GİLEY
Tarix: 26-02-2018, 12:03 | Çap et
Yasamal rayon sakini Sevda Süleymanova naməlum şəxslərin hücumuna məruz qalıb. Bu iddia ilə “Cümhuriyət” qəzetinə müraciət edən şikayətçinin sözlərinə görə özünü Fövqəladə Hallar Nazirliyinin işçisi kimi təqdim edən şəxs əlbir olduğu yüksək vəzifəli şəxslərin sifarişi ilə gecə onun evinə basqın edib. Evə basqın edən şəxs mənzilin ona məxsus olduğunu iddia edərək, qadının evdən çıxmasını tələb edib. Qeyd edək ki, hazırda Sevda Süleymanovanın yaşadığı mənzil Ali Məhkəmənin qərarı ilə ona verilən qeyri-yaşayış sahəsidir.
Gecə evinə basqın edildi...
Şikayətçi deyib ki, evinə basqın edilən gün təqribən saat 12:14 radələrində evinin qapısı döyülüb. Kim olduğunu soruşub. Şəxs Fövqəladə Hallar Nazirliyinin işçisi olduğunu söyləyərək mənzilin qeyri-yaşayış sahəsi olduğuna görə yoxlanışa göndərildiyini deyib:
“Özünü Vüqar deyə təqdim etdi. Ondan sənəd tələb etdim. Sənədini bu dəfə gətirmədiyini və evdə videokameraların olub-olmadığını soruşdu. O an anladım ki, bu kimlərinsə göstərişi ilə gəlib. Mühafizəçi Səxavətlə əlaqə saxladım. Belə bir adamın bura gəlmədiyini və tanımadığını söylədi. Əslində neçə ildir ki, eyni oyun məhz mühafizəçilər tərəfindən başıma açılır. Şəxs getdi, amma nə biləydim ki, başıma 20 Yanvar kimi dəhşətli olay gətiriləcək. Gecə 1-ə 5-10 dəqiqə işləmiş pəncərələr şiddətlə, vəhşicəsinə çırpılmağa başladı. Sanki zəlzələ oldu. Yanımda qalan Lətifə xanımla qapını çırpan şəxsin kim olduğunu soruşsaq da cavab verən olmadı. Qapını açıb həyəti gözdən keçirdik. Heç kim yox idi.
Mühafizəçidən bu vəhşiliyi törədənin kimliyini soruşduq, xəbərsiz olduğunu dedi. Mənzilə girmək istəyəndə isə qapının içəridən bağlandığını gördüm. Fevral ayının soyuğunda, gecə paltarında küçədə köməksiz qalmışdıq. Xocalı faciəsində ermənilərin xalqımızın başına vəhşicəsinə, qəddarcasına gətirdikləri müsibəti başıma gətirmişdilər. Əmlakımı zəbt edib içəridə rahatcasına oturan şəxsdən isə səs-səmir çıxmırdı. 102 qaynar xəttinə məlumat versəm də, gələn olmadı”.
Şikayətçi əlavə edib ki, evinə daxil olan şəxs mənzilin ona məxsus olduğunu əsas gətirirdi: “102 qaynar xəttindən soraq gəlmədi. Tanış və qohumlardan bürünmək üçün geyim filan gətizdirdik. Ard-arda 102-yə zəng etdikdən sonra Çevik Polis Alayının əməkdaşları gəldi. İçəridəki ilə danışıqlar aparırdılar. Belə bəlli oldu ki, bu məsələdə hamısı əlbirdir. Orxan, Orxan deyərək ondan qapını və ya pəncərəni açmağı xahiş edirdilər. Orxan isə pəncərədən öz mənzilində oturduğunu söylədi. Bu arada evin sənədləri, əşyalarım, qızıl və pullarım mənzildə qaldığı üçün içəri girməyimə şərait yaradılmasını tələb etdim. Amma Çevik Alay Polisinin əməkdaşları buna məhəl qoymayaraq, əksinə, onlarla getməyim üçün mənə zor tətbiq etməyə başladılar. Halbuki mənzilimə zorla daxil olan şəxs də bizimlə birgə bölməyə getməliydi. Haqlı qaldığı yerdə haqsızı müdafiə edirdilər. Məcbur olub Respublika Baş Prokurorluğunun qaynar xətti, Yasamal rayon prokurorluğu ilə əlaqə yaratdım. Vəziyyətin nə yerdə olduğunu hüquq-mühafizə orqanlarına heç cür izah edə bilmirdim. Vəziyyətin belə olduğunu görüb intihara cəhd etdim. Amma bunun da qarşısı alındı”.
Qara avtomobilin sahibi kimdi?
Həmin vaxt Sevda Süleymanovanın gözünə yaxınlıqda dayanan 10 LO 900 GMC YUKON seriyalı qara rəngli maşın sataşıb. Qadının yadına düşüb ki, Ali Məhkəmənin qərarı ilə ona verilən evə köçdükdən sonra həmin avtomobillə və Yasamal rayon polis işçiləri ilə birgə gələn şəxslər evlə bağlı onu tez-tez incidirmişlər. Qadının iddiasına görə həmin avtomobilin sahibi vəzifə sahibi olduğu üçün gizlənir.
Hadisədən sonra Yasamal rayon prokuroru qadını qəbul edib və sənədləri gözdən keçirib. Prokuror şikayətçiyə onlara ərizə ilə müraciət etməyi tövsiyə edib. Həmçinin, qarşı tərəfə xəbər göndərib ki, Ali Məhkəmənin məlum qərarı ilə razı deyilsə, rəsmi şəkildə məhkəməyə müraciət etsin.
Şikayətçinin iddiasına görə əslində Orxanın soyadı Həsənov, atasının adı isə Natiqdir:
“Üzərinə həbs qoyulan mənzil Çingiz Hacızadəyə satılıb və çıxarış verilib. Halbuki Ali Məhkəmənin qərarı ilə mənzil mənə verilib. Bu adam muzdla öz yerinə Orxan Həsənovu mənzilimə göndərib və təzyiqlərlə evi ələ keçirməyə çalışır. Mən hüquq-mühafizə orqanlarına Ali Məhkəmənin qərarını, iyul 2017-ci ildən 1 saylı Bakı İnzibati məhkəməsinin geriyə dönüş Bakı ərazi idarəsinin rəisi Ş.Şahvəlovun geriyə dönüşə əsasən göndərdiyi, Nərimanov rayon məhkəmə qərarlarının icrası şöbəsinə, yəni Natiq Əzizova, Çingiz Hacızadəyə və Süleymanov Qüvvətəliyə göndərdiyi sənədi, eləcə də 2016-cı ildə yanvar və aprel ayında Yasamal rayon məhkəməsinin həmin qeyri- yaşayış sahəsinə qoyduğu həbs qərardadlarını təqdim etmişəm. Qərardadda qeyd olunur ki, məhkəmələr bitənə qədər həmin mənzilə həbs qoyulsun. Amma bu qərardadları pozaraq həmin qeyri-yaşayış sahələri addan-ada satılıb. Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbovun da sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı imzası təsdiqlənmiş sərəncamı da polisə təqdim etmişəm”.
Sevda Süleymanova deyib ki, evinin ələ keçirilməsi ssenarisində Yasin Cabbarov, Yasamal rayon polis idarəsinin İlyas adında əməkdaşı, binanın komendantı Natiq Rəfiyev, eləcə də hazırda mühafizəçi işləyən Səxavət də iştirakçıdırlar. Aidiyyatı orqanlara üzünü tutan qadın onlardan məsələnin ədalətli həllinə nail olması üçün səslənib və evinə basqın edən şəxslərin cəzalandırılmasını tələb edib. Xatırladaq ki, Sevda Süleymanovanın həyat yoldaşı Qüvvətəli Süleymanov ərinin keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21. 10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunub. Qadının iddiasına görə, sifarişin məqsədi yoldaşının “AFİNA” MMC və “OMAKS” MTK-ya qoyduğu təqribən 8 milyon manat pulunu və 6 mənzilini əlindən almaq olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
|