![İlham Əliyev YAP-ın namizədi oldu İlham Əliyev YAP-ın namizədi oldu](/uploads/posts/2018-02/thumbs/1518072695_0001.jpg)
Hazırda Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının qurultayında İlham Əliyev namizədliyi irəli sürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə "İrəli" sədri Mirhəsən Seyidov sosial şəbəkədə məlumat verib: "Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci ilin aprelində keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respiblikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb".
Qeyd edək ki, qurultayda YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələr iştirak edib.
***
Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb.
APA-nın məlumatına görə, bu barədə YAP-ın bu gün keçirilən VI qurultayında qərar qəbul edilib.
Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin olunub.