ELŞAD ABDULLAYEVİN BİABIRÇI SONLUĞU
Tarix: 12-01-2012, 11:44 | Çap et
SABİQ ABU REKTORUNUN DOKTORLUQ İŞİ LƏĞV EDİLDİ
Beləliklə, 2009-cu ildə heç bir əsas olmadan "Təzadlar"ın bir əməkdaşına 1 il müddətinə islah işləri cəzası kəsdirən, qəzetin baş redaktorunu isə 1 il müddətinə azadlıqdan məhrum etdirən(prezident İlham Əliyevin müdaxiləsindən sonra baş redaktor bir gün sonra məhkəmə qərarı ilə həbsdən azad edilmişdi) Elşad Abdullayev əməlinə görə ədalətli cəzalandırıldı.
Rusiya Təhsil Nazirliyindən məktub Baş redaktorun ad günündə redaksiyaya daxil oldu
Maraqlıdır ki, bu qərar dünən- ABU rektorunun ədalətsiz şikayəti əsasında 1 il müddətinə azadlıqdan məhrum edilmiş, sonradan cənab Prezident İlham Əliyevin müdaxiləsindən sonra məhkəmə qərarı ilə azad olunmuş Asif Mərzilinin ad günündə redaksiyaya daxil oldu. Bu təsadüf idimi, yoxsa Allahın Qarabağ-Vətən dərdini içinə çəkən və Azərbaycana yayan bu qəzetin əməkdaşlarına diqqəti idi?
Deyə bilmərik. Amma faktdır ki, dünən 9 yanvar tarixində-Baş redaktorun ad günündə həmin tarixi məktub-cavab redaksiyaya daxil oldu. Tanrımıza min şükür! çünki bu, ədalətsizlik üzərində tarixi bir uğur idi.
***
Beləliklə, bir daha "Təzadlar"ın 29 dekabr 2011-ci il tarixli sayındakı məqalədən bəzi xatırlatmaları təkrar təqdim edirik. Asif Mərzili deyir:
- Məsələ ondadır ki, keçmiş ABU rektoru Elşad Abdullayevin "elmlər doktoru" elmi dərəcəsinin ləğvi siyasi sifariş deyil və "Azadlıq" qəzetindəki məlumata xırda bir düzəliş etmək lazımdır. Ondan başlayım ki, ABU rektoru E.Abdullayev əsassız surətdə məni və müstəqil jurnalist Z.Məmmədovanı xüsusi ittiham qaydasında məhkəməyə verəndə belə, onun doktorluq işinin plagiat olması barədə şifahi məlumata malik idim. Lakin mən bu barədə həmin dövrdə susmalı oldum. çünki mənə E.Abdullayevin inadkar, bəzi məsələlərdə subyektiv düşüncəsini yeritməyə və özünü haqlı çıxarmağa səy göstərən kimi demişdilər. Mən də baş qoşmaq istəmədim, həm də əlimizdə kokret sübut olmadığından məsələni ictimailəşdirmək istəməmişdik. Doğrudur, həmin dövrdə Prezident yanında AAK-na sorğu verib bəzi suallara aydınlıq gətirə bilərdik. Yenə də "arı pətəyinə çöp uzatmaq" istəmədim. Beləliklə, E.Abdullayevin şikayəti əsasında Yasamal rayon Məhkəməsinin hakimi Tahir İsmayılov 2009-cu ilin aprelin 7-də barəmdə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edilməsi haqqında qanunsuz hökm çıxarmaqla məni məhkəmə zalından həbs etdirdi. Lakin ölkə Prezidenti İ.Əliyevin jurnalist olaraq həbsimə reksiyası çox sərt oldu və mən 2 gün sonra həbsdən azad olundum. Bilirsiniz ki, bundan sonra hakimlər cəzalandırıldı, ABU yoxlanıldı, Təhsil Nazirliyinin qərarı ilə ABU-nun lisenziyası dayandırıldı və s. Mən həbs olunandan sonra isə artıq əlimdə əsas var idi ki, redaksiyaya daxil olan məlumatlar barədə aidiyyəti qurumlara sorğu verib jurnalist araşdırması aparaq. Belə də etdik. Redaksiya 21.09.2010-cu il tarixli, T-210-10, T-211-10 və T-212-10 saylı iki məktubla həm PA-nın hümanitar şöbəsinin müdiri F.Abdullazadəyə, həm Prezident yanında AAK-nın sədri A.Mehdiyevə, həm də təhsil naziri M.Mərdanova ünvanlı üç sorğu və müvafiq sənədləri, həmçinin E.Abdullayevin doktorluq işinin surətini, onun köçürdüyü mənbələri-elmi ədəbiyyatları göndərdik. Bu o dövr idi ki, artıq əlimizdə AAK-ın bir ciddi sənədi də var idi. Amma biz həmin sənədi üzə çıxarmaq istəmədən, məsələni bir daha dərindən öyrənmək istəyirdik...
"Azərbaycan Ali Attestasiya Komissiyası hələ 2001-ci ildə E.Abdullayevin doktorluq işinin plagiat olduğunu bilirdi..."
- Həmin sənəd nədən ibarət idi?
- Həmin sənəd-məktub BDU rektoru A.Məhərrəmovun AAK-a yazdığı məxfi məktubu barədə idi. A.Məhərrəmov AAK sədrinə müraciət edərək xahiş edirdi ki, E.Abdullayevin Moskvada müdafiə etdiyi doktorluq işi təkrar attestasiyadan keçirilsin. Lakin 2001-ci ilin mayın 02-də Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar və Ictimai Elmlər Şöbəsinin rəisi M.M.Mirzəliyevanın BDU-nun rektoru Abel Məhərrəmova ünvanladığı 02.05. 2001-ci il tarixli cavab məktubunda yazırdı ki, Elşad Abdullayevin müdafiə elədiyi doktorluq işi plagiatdır. Lazım olsa bu məktubu olduğu kimi dərc edə bilərik...M.Mirzəliyeva A.Məhərrəmova yazdığı rəsmi məktubda bildirirdi ki, Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 27 aprel 2001-ci il tarixli 15 saylı qərarı ilə E.Abdullayevin həmin doktorluq işinin təkrar attestasiyadan keçirilməsi qeyri-mümkün hesab edilib və s. Bundan sonra isə məktubda qeyd olunduğu kimi, həmin sənədlər və doktorluq işi geri-A.Məhərrəmova qaytarılır. Beləliklə, Azərbaycan Ali Attestasiya Komissiyasında hələ 2001-ci ildə E.Abdullayevin doktorluq işinin plagiat olduğunu bilirdilər. Lakin təsirli tədbir görülmürdü. Ən maraqlısı budur ki, E.Abdullayev hansı yollarlasa AAK-ın hüquq sektorunun rəhbəri olur və bundan sonra hər şey tərsinə çönür. Bununla da Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın sədrinin, elmi katibinin imzaları ilə AAK-ın 09 iyul 2003-cü il tarixli(protokol?-11) qərarı ilə E.Abdullayevə hüquq elmləri doktoru alimlik dərəcəsi verilir. Həmin sənədin surətini də təqdim edirik. Bundan əlavə, yenə də həmin AAK-ın 26 yanvar 2007-ci il tarixli (protokol?-02-K) saylı qərarı ilə E.Abdullayevə konstitusiya kafedrası üzrə professor elmi adı verilir. Yenə də həmin sənədi AAK-ın həmin sədri və həmin elmi katibi imzalayır və möhürləyir.
- Bəs rəsmi sorğularınıza hansı cavablar verildi?
- Yalnız TN-dən cavab gəldi. TN-nin Aparat rəhbəri İ.Pirməmmədovun redaksiyaya göndərdiyi 20.10.2010-cu il tarixli, 48-16-7013-16 saylı cavab məktubunda yazılırdı:
""Təzadlar" qəzeti redaksiyasına!
Hörmətli cənab baş redaktor!
Hüquq elmləri doktoru Elşad Abdullayevin doktorluq işində köçürmələr haqqında qəzetinizdə yazılan məqalələrlə və 21.09.2010-cu il tarixli, T-212-10 saylı məktubunuza əlavə edilən sənədlərlə tanış olub Sizə aşağıdakıları bildiririk: Elmi dərəcələrin verilməsi ilə əlaqədar şikayətlərə baxılma qaydası qanunvericiliyə və AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə"sinə uyğun olaraq AAK tərəfindən müəyyən edilir. Həmin əsasnamənin 56-cı bəndinə görə "Alimlik dərəcələrinin və elmi adların verilməsinin əsaslığı haqqında məsələyə bu barədə müvafiq qərar qəbul olunduğu tarixdən on il keçdikdən sonra baxılmır"".
Amma nə AAK-dan, nə də PA-nın şöbə müdiri F.Abdullazadədən bizə heç bir cavab gəlmədi. Yəni, susdular. Amma biz məsələni daha dərinə kimi araşdırmaqda israrlı olduq. çünki əlimizdə çox mühüm araşdırma sənədləri var idi.
Hətta biz redaksiya olaraq inzibati hüquq üzrə ekspertlə müqavilə bağladıq və o, bütün sənədləri elmi baxımdan araşdırdı. Bununla da E.Abdullayevin doktorluq işini köçürdüyü elmi mənbələr aşkara çıxarıldı. Məlum olurdu ki, E.Abdullayev doktorluq işini Rusiya Federasiyasının hüquq üzrə professoru olan Y.A.Tixomirovun "İnzibati hüquq və proseslər kursu", Moskva-1998, bir də A.N.Kozırinin "Xarici ölkələrin inzibati hüququ"("Spark" nəşr.
Moskva-1996) kitablarından köçürüb. Köçürülmə 90 faiz təşkil edirdi. Bir tərəfdə E.Abdullayevin doktorluq işi, digər tərəfdə isə həmin kitabların müqayisəli təhlili redaksiyadadır və o vaxt aidiyyəti qurumların birinə də göndərmişdik. Onu da qeyd edim ki, "Azərbaycan" qəzeti hələ ötən ay bizim adını çəkmək istəmədiyim bir dövlət qurumuna göndərdiyimiz həmin sənədlərdən istifadə edərək bu yaxınlarda E.Abdullayevlə bağlı bir məqalə dərc etmişdi.
Məqalədə yazılırdı. Sitat: "...E.Abdullayevin 1997-ci və 1998-ci illərdə "Qanun" nəşriyyatında tədris vəsaiti kimi çap olunmuş "Müqayisəli inzibati hüquq ("Fransanın inzibati hüququ)" və dərslik kimi buraxılmış "Müqayisəli inzibati hüquq. II hissə" kitabları əsl plagiat, yəni elmi oğurluq nümunəsi sayıla bilər. Maraqlıdır ki, bu dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 sentyabr 1998-ci il tarixli əmri ilə 612 nömrəli qriflə, Azərbaycan Beynəlxalq Universitetinin 2 iyul 1998-ci il tarixli 6 saylı qərarı ilə çap edilmişdir... Elşad Abdullayevin hər iki əsərinin köçürmə olduğunu sübut etmək üçün çox uzağa getmək lazım gəlmir. Bunun üçün Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Y.A.Tixomirovun 1998-ci ildə nəşr olunmuş "Kurs administrativnoqo prava i proüessa" adlı kitabına və hüquq elmləri doktoru professor A.N.Kozırinin ümumi redaktəsi ilə hazırlanmış və 1996-cı ildə Moskvanın "SPARK" nəşriyyatı tərəfindən çap edilmiş "Administrativnoe pravo zarubejnıx stran" dərsliyinə nəzər salmaq kifayətdir".
- Bəs sonuncu qalmaqallı məsələ nədir?
- Bəli, biz həmin dövrdə, daha doğrusu, 12 oktyabr 2010-cu ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi elm və texnika sahəsinə nəzarət Federal Xidmətinin rəisi M.P.Kirpiçnikovun adına redaksiyadan rəsmi məktub və müvafiq sənədləri göndərdik. Məktubda məsələnin E.Abdullayevin doktorluq işinin müdafiə edildiyi qurumda-Rusiya Təhsil Nazirliyində və AAK-da müzakirə olunmasını xahiş etdik. 23 dekabr 2010-cu ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi elm və texnika sahəsinə nəzarət Federal Xidmətinin elm və elmi-pedoqoji işçilərin attestasiyasının İdarə Edilməsi Baş İdarəsinin rəisi İ.İ.Aristerin imzası ilə (01-59-113-08-12 saylı məktub) məktub aldıq. Həmin məktubda qeyd edilirdi ki, redaksiyadan göndərilmiş sənədlərlə və E.Abdullayevin doktorluq işi ilə bağlı Nazirlikdə xüsusi işçi qurup yaradılmışdır və artıq işə başlanılmışdır. Və məktubda vurğulanırdı ki, nəticəsi barədə bizə məlumat veriləcək... ötən müddətdə bu iş üzrə təhkim olunmuş nümayəndəmiz Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin adı çəkilən Federal Xidmətin sektor müdiri tərəfindən dəvət edilərək üç dəfə Moskvaya ezam edilib. Birinci dəfə müvafiq sənədlər istənilib, ikinci dəfə isə işçi qrupun iclası təyin edilib, lakin qarşı tərəfin-E.Abdullayevin özü və ya nümayəndəsi gəlmədiyindən iclasın birtərəfli keçirilməsi məqsədəmüvafiq sayılmayıb... Amma şifahi olaraq nümayəndəmizə bildirilib ki, işçi qurup doktorluq işinin plagiat olmasını artıq təsdiqləyib və müvafiq qərar qəbul olunacaq.
Nəhayət, ötən həftə nümayəndəmizə təkrar dəvət gəldi və o, Moskvaya ezam olundu. Beləliklə, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyində yaradılmış işçi qrupun iclası keçirilib. Dekabrın 22-də keçirilən iclasda E.Abdullayevin doktorluq işində opponenti olmuş professor A.P.Şergin iştirak edib. İclas olduqca qalmaqallı keçib. Araşdırma qrupunun hüquq elmləri doktorları və professorlardan ibarət 7 üzvü A.Şerginin E.Abdullayevi müdafiə edən arqumentlərini əsassız sayaraq doktorluq işinin plagiat olması barədə qərar qəbul edilməsini tələb ediblər. Bununla da işçi qrupun rəyi əsasında E.Abdullayevin doktorluq işinin ləğv olunması barədə qərar qəbul edilib. Hətta Şergin nümayəndəmizin iclasda iştirakına etiraz edərək mətbuat nümayəndəsi olaraq onun iclasdan çıxarılmasına nail olmağa çalışıb, lakin bu baş tutmayıb. Bundan sonra isə nümayəndəmizə komissiya adından minnətdarlıq edilib ki, bu jurnalist araşdırması ilə nazirlik üçün yeni bir təhqiqat materialına mövzu verilibdir. Və bildiriblər ki, bu istiqamətində Rusiya ərazisində böyük bir dəstənin elmi adların verilməsindəki cinayətkar fəaliyyətinin izinə düşüblər. Hansı ki, həmin gün nümayəndəmiz iştirak edən iclasın ardınca komissiyanın Rusiya Təhsil Nazirliyində ikinci iclası da keçirilib, həmin iclasa nümayəndəmiz buraxılmayıb, bildiriblər ki, bu iclasda məhz həmin kriminal dəstənin işi müzakirə ediləcək... Məncə, bununla da "Təzadlar" Azərbaycan media tarixində daha bir ciddi araşdırması ilə dəsti-xəttini sübut etdi.
***
Bax belə. Buna son demək olarmı? Bizcə yox. çünki ABU-nun şikəst etdiyi nə qədər əlidiplomlu gənc indi həmin diplomların əlində qalıb.
“Təzadlar” Qəzeti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
|