"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                 

SABİQ REKTORUN İŞİ DÜYÜNƏ DÜŞÜB
Tarix: 10-12-2011, 12:18 | Çap et
SABİQ REKTORUN İŞİ DÜYÜNƏ DÜŞÜB

"YIĞILAN 633 MİN MANAT PULA NƏ AD VERİRSİNİZ?"

Bakı Apellyasiya Məhkəməsində Moskva Açıq Universiteti Bakı filialının rəhbərliyinin, o cümlədən sabiq rektor Muğan Salahovun və Ramazan Hüseynovun verdiyi apellyasiya şikayətinə baxıldı. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında maraqlı məqamlar yaşandı. Hakim M.Hüseynov Ramazan Hüseynovdan soruşdu:

- Sizin universitet təsərrüfat hesablıdır. Məndə sübut olunmamış epizodlar var... Bu qalmaqallı işdə 70 epizod var. Siz 01 oktyabr 2000-ci ildə səlahiyyətdən sui-istifadə etməklə, vətəndaşlardan təhsil haqqı adı ilə pul yığmısınız. Buna necə aydınlıq gətirə bilərsiniz?

Ramazan Hüseynov:

- Mən universitet rəhbərliyinin birbaşa göstərişi ilə təhsil haqqı adı ilə vətəndaşlardan pul almışam. Kənarda xeyli zərərçəkən insanlar var ki, onların pulu hələ də ödənilməyib. Onlar müəyyən səbəbdən bizdən öz pullarını istəyirlər.

Hakim:

- Elə haqlı olaraq əl çəkmirlər.

R.Hüseynov:

- Loğman Tibb Mərkəzinin keçmiş direktoru Rəmziyyə xanım pul verməyə hazırdır. Mən yığdığım pulları Rəmziyyə xanıma vermişəm. Gəlin halallıq edək. Camaatın pullarını qaytaraq.

Hakim:

- Bəs yığılan 633 min manata nə ad qoyursunuz? Bu pulları özünüz yığıb, özünüz də xərcləyirdiniz? Yoxsa Moskvaya ödəmək üçün yığırdınız? Sizin o pulu xərcləməyə icazəniz vardımı?

Muğan Salahov:

- Bizə icazə verilmişdi ki, yığılan pullardan müəllimlərə, digər işlərə xərcləməyə icazə var.

Hakim:

- Bu nizamnamədə öz əksini tapmışdımı ki, siz o pulları xərcləmək səlahiyyətindəsiniz? Tələbədən yığılan pullar fonda keçirilib, xərclənməli idi axı...

Muğan Salahov:

- Biz aldığımız pulla bağlı hesabat verirdik.

Hakim:

- Filial təsərrüfathesablı idisə, tələbələrdən yığılan pulun 633 min manatı 4 illik xərc edirdi...

Muğan Salahov:

- Müəllimlərə verilən əmək haqqını tələbələrdən yığılan pullardan verirdik.

Hakim:

- Sizin 4 il müddətində yığdığınız pul 633 min manatmı təşkil edirdi? Lisenziyanız 2007-ci il mayın 19-da ləğv edilib, amma siz buna məhəl qoymamısınız...

***

Qeyd edim ki, ortada mənimsəmə, pulların yığılmasında iştirak və s. vardır. Dələduzluq faktları universitetdə oxumayan tələbələrə aiddirmi? Məqsəd cinayət yolu ilə yığılan pulları leqallaşdırmaq olub. Lisenziyası olmayan universitetdə pul yığılıb. Nəhayət, hakim hər iki tərəfə ümumi məxrəcə gəlmək üçün vaxt verərək məhkəmənin növbəti iclasını 2011-ci ilin dekabrın 21-nə, saat 11-00-a təyin etdi.

Onu da deyim ki, zalda hələ də dindirilməyən və rəsmi qaydada şikayət verib iddia etməyən xeyli sayda şikayətçi var idi. Onlar Rafiq Salahovun qurbanlarından idi. Rafiq Salahov (Muğan Salahovun qardaşı oğlu) şikayətçilərdən yaxa qurtarmaq üçün məhkəməyə gəlməyə cürət etmirdi. Əvəzində atası və qohumları iştirak edirdilər.

Məhkəmənin həyətində isə oğlunun adının şikayətçilər tərəfindən hallandığını eşitdikdə özündən çıxan R.Salahovun atası üç barmağının həndəsi füqurunu şikayətçilərə tuşladı və "Siz bunu görərsiniz" deyərək yaşına yaraşmayan hərəkət etdi.

Maraqlıdır ki, M.Salahov vətəndaşlardan aldatma yolu ilə alınan pullara təhsil haqqı donu geyindirməkdədir və bu səbəbdən də cinayət işi üzrə 61 nəfər zərərçəkmişin tələbləri, demək olar ki, havada qalıb. Azərbaycan Res. CM-nin 178-ci (dələduzluq), 179 (mənimsəmə və ismraf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) maddələri ilə ittiham edilən Muğan Salahova Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə vur-tut 1il şərti iş vermişdir. Hansı ki, bu günlərdə bir jurnalist 1000 manat rüşvət aldığına görə ona 4 il iş kəsiblər! Gör onda bu hesabla Muğan Salahova 633 min manata görə neçə yüz il iş kəsilməlidir...

***

Maraqlı burasındadır ki, bu boyda həngamənin qabağında Muğan Salahov hələ bir apellyasiya şikayəti verərək bəraət istəyir. Məhkəmədən sonra isə hay-küy salan zərərçəkənlər pulunu istədikdə Muğan Salahov onlara "Mən sizi tanımıram" deməklə onları lap hövsələdən çıxarırdı. Bu da Azərbaycan məhkəməsinin reallıqları. Hətta Muğan Salahova bəraət verilsə belə, heç kim təəccüblənməsin. Hal-hazırda isə bu iş üzrə həm də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işi yekunlaşmaqdadır.

Dünən məlumat aldıq ki, 70 yaşlı Muğan Salahov Memarlıq və İnşaat Universitetində işləyir. Rafiq Salahov isə İdarəetmə və Texnologiya Kollecində çalışır. Hətta kollecə direktor keçmək də istəyir.

Zümrüd Məmmədli










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru