Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                 

“Yelo Bank”, əslində QANUNLARIMIZA TÜPÜRÜR... - CƏZASI OLMALIDIR!
Tarix: 19-02-2025, 12:59 | Çap et
“Yelo Bank”, əslində QANUNLARIMIZA TÜPÜRÜR...
Aylardır "Yelo Bank" Mərkəzi Bankın açıqladığı hesabatda müştərilərin ən çox şikayət etdiyi bank statusunu qoruyub saxlayır. Kommersiya qurumu siyahıda daim ilk üçlükdə yer alaraq “qırmızı zonaya” düşür.

"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, aktivləri azalan, depozit portfeli kiçilən bankdan əsasən kredit götürən müştərilər şikayət edir.

Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 13,8%-dən, maksimum 34,7%-ə qədər kredit təklif edən bank az qala 1 milyard manata yaxin borc verib. Bunun 42 milyon 178 min manatı dollarladır. “Yelo Bank”ın açıqladığı son rüblük hesabata nəzər salsaq aydın olur ki, müştərilərə verilən kreditlərdən əldə olunan faiz gəlirləri 134,5 milyon manata çatıb. Bank təkcə kreditlər üzrə faiz gəlirlərindən deyil, girovların satışından da qazanır. Hətta kommersiya qurumu bəzən bağlanan kredit borcunu yeniləyərək, illər əvvəl ipotek edilən əmlaka da iddia edir.

Məsələn, “Yelo Bank” 2008-ci ildə manatla verdiyi krediti müştərisindən dollarla tələb edir. Borcalanın dediyinə görə, 33 540 manat kredit rəsmiləşdirilərkən o zaman hüquqi statusu "Nikoyl Bank" olan qurum öz təklifi ilə formal ipoteka rəsmiləşdirib. Müştəri faizlər də daxil olmaqla, banka ümumilikdə 58 355 manat qaytarıb. Və borcunu bağlayıb. Maraqlıdır ki, kredit müqaviləsi manatla olsa da, sonradan bank yeni cədvəl tərtib edərək müştəridən 40 min dollar tələb edib.

Borcalan iddia edir ki, bankın tərtib etdiyi ödəniş tapşırığı manatla idi. Pul ona milli valyutada təqdim olunmuşdu.

“Halbuki, ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə dəyişibsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib”.

Qeyd edək ki, "Yelo Bank" müştərinin evinin əlindən alınması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank "dirəniş" göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub.

Hətta hakim apellyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəldib".

Yeri gəlmişkən, sabah saat 12:40-da Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə müştərinin apellyasiya şikayətinə baxılacaq.

Apellyasiya məhkəməsi mərhələsində yenə "Yelo Bankın" vəsatəti əsasında iş Auditorlar Palatasına göndərilib.

Auditor Palatasının keçirdiyi ekspertiza və verdiyi auditor rəyi kreditin bank tərəfindən manatla verildiyini və artıqlaması ilə ödənildiyini təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl "Nikoil Bank” kimi fəaliyyət göstərən "Yelo Bank”ın adı bu günə qədər bir çox qalmaqallarda hallanıb. Bankın talan olunması hələ 2005-ci ildən başlayıb. "Nikoil” İKB-a sədrlik edən Vasiliy Xamaza adıçəkilən bankın 20 milyon manatını mənimsəməkdə ittiham olunub. 2017-ci ilin yarısına kimi banka sədrlik etmiş Xamaza Azərbaycanı tərk etsə də, 2018-ci ilin sentyabrında Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

2020-ci ilə qədər bankın idarə heyətinin sədri olan Nikoloz Şurqaianın rəhbərliyi dövründə isə nə təsdiqlənən yeni inkişaf strategiyası, nə də rebrending qurumu zərərdən xilas edə bilib. Əksinə, bankın yığılmış zərəri 320 milyon 241 min manata çatıb. 2019-cu ildə bu rəqəm 276 milyon 556 min manat idi. Müşahidə Şurası Şurqaianı yola salaraq, “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənovu “Yelo Bank”a yeni rəhbər təyin edib. Bununla belə, 2021-ci ildə bankın yığılmış zərəri 311 milyon 777 min manat, 2022-ci ildə 306 milyon 155 min manat, 2023-cü ildə 292 milyon 138 min manat təşkil edib. Göründüyü kimi, bankın zərəri 2020-ci ilin əvvəlindəki səviyyədən hələ də yüksəkdir. Həmin ilin yanvarın 1-i tarixinə “Yelo Bank”ın zərəri 276 milyon 556 min manat idi.

Bankın ötən il üzrə maliyyə göstəriciləri ilə bağlı müstəqil auditorun rəyi hazır olmadığından, hələlik ancaq rüblük hesabatlar əsasında 2024-cü maliyyə ilinin necə keçdiyini söyləmək mümkündür. Beləliklə, ötən il bankın aktivləri 2024-cü ilin əvvəlindəki 1 milyard 566 milyon 452,89 min manatdan ilin sonuna 1 milyard 279 milyon 637,84 min manata düşüb.

“Yelo Bank”ın öhdəlikləri isə 1 milyard 467 milyon 384,41 min manatdan 1 milyard 135 milyon 645,42 min manata qədər azalıb.

Xüsusi azalma əmanətlərin həcmində qeydə alınıb. Bankdakı depozitlər 1 milyard 292 milyon manatdan 928 milyon 774,35 min manata düşüb. Bu portfeldə ən çox kiçilmə hüquqi şəxslərin əmanətlərində baş verib. Şirkətlər son bir ildə yarım milyard manatdan çox vəsaiti bankdan geri çəkiblər. Nəticədə, hüquqi şəxslərin bankdakı 720 milyon 595,32 min manat əmanəti 197 milyon 822,07 min manata qədər azalıb.

Bankın nağd pul vəsaitləri də əriyib. 2023-cü ilin sonundakı 687 milyon 293,65 min manatdan 229 milyon 962,93 min manata düşüb.

Hesabat dövründə “Yelo Bank" gəlirlərini əsasən müştərilərə verilən kreditlərdən əldə edib. Kredit portfeli 22% artımla 935 milyon manata çatıb. Verilən kreditlərdən 134,5 milyon manat faiz gəlir götürülüb.

Paralel olaraq, bankın müştərilərə verdiyi pulları geri qaytarmaqda da problemləri artıb. İl üzrə verilən kreditlərin 13 milyon 236,63 min manatının gecikdirilmə müddəti 1 ildən çoxdur. Ümumilikdə, vaxtı keçmiş kreditlərin həcmi 28 milyon 621,96 min manat təşkil edib. 2024-cü ilin əvvəlində bu rəqəm 24 milyon 531 min manat olub. Vaxtı keçmiş kreditlərin portfeldə payı isə 3%-ə yüksəlib.

Ekspertlər bildirir ki, vaxtı ilə "Nikoyl Bank" kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib. Amma əməlləri, müştərilərinə qarşı soyğunçu münasibəti dəyişməyib.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Teleqraf-a bildirib ki, bank kredit müqaviləsini bir valyutada bağlamalıdır:

“Əgər iki müqavilə varsa, bu zaman məhkəmə milli valyutada olan müqaviləni rəhbər tutmalıdır. Çünki bu Mülki Məcəllədən irəli gələn bir prinsipdir. Əgər hər hansı bir ziddiyət və ya şübhə varsa, bu istehlakçının xeyrinə həll olunmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Bu gün, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Bu gün, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Bu gün, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Bu gün, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru