Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                 

QARDAŞININ QATİLİNİ MƏHKƏMƏ...
Tarix: 15-10-2012, 09:23 | Çap et
QARDAŞININ QATİLİNİ MƏHKƏMƏ...
...QONŞUSUNU İSƏ ƏHƏD ƏLİYEV CƏZALANDIRIB

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Əhəd Əliyev cavab verib. Təqsirləndirilən şəxs həmyerlisi Zöhrab Allahverdiyevi qətlə yetirməkdə təqsirləndirilib. Məhkəmə yolu ilə müəyyən edilib ki, Ə.Əliyev uzun illər bundan əvvəl həmyerlilərinə qoşularaq Rusiyaya üz tutub. Xeyli müddət Sankt-Peterburqda yaşayıb və ilk vaxtlar alverlə məşğul olub. Bir qədər sonra Əhədin işləri tədricən qaydasına düşüb. Bu hal 2000-ci ilin əvvəllərinə qədər davam edib və həmin vaxt Əhəd narkotik vasitələrin alverinə görə həbs edilib. 2006-cı ildə həbsxana həyatını başa vurandan sonra Salyana qayıdıb. Ancaq doğulduğu rayonda çox az azadlıqda yaşaya bilib. Əhədin növbəti dəfə məhkum olunmasına səbəb isə qətlə yetirilmiş qardaşı Niyaməddinin qisasını alması olub.

Belə ki, 2009-cu ilin fevral ayında Niyaməddinin qətlə yetirilməsi xəbəri yayılanda Əhəd qohumlarıyla birlikdə hadisə yerinə yollanır. Qan gölməçəsində olan 22 yaşlı qardaşının meyiti qarşısında and içir ki, tezliklə onun qatillərini tapıb bu qanın qisasını alacaq. Hadisə ilə əlaqədar Niyaməddinlə şərikli çayxana işlədən Eldar Səfərov şübhəli şəxs qismində həbs edilib. Lakin hadisədən bir müddət sonra Əhəd qardaşının qətlində Eldardan yox, qonşuluqlarında yaşayan Zöhrab adlı gəncdən şübhələnir. Buna görə də sonuncu ilə haqq-hesab çəkməyi qərara alır. Bu arada Əhəd təsadüfən eşidir ki, Zöhrab özünə iş axtarır. Zöhrabgilə gələrək ona Bakıda iş tapdığını bildirir. Əhədin planından xəbərsiz olan Zöhrab sentyabrın 26-da ona qoşularaq Bakıya gəlir.

«Sənin başın xarabdır, qardaşını öldürən çoxdan tutulub»

Məhkəmədə ifadə verən təqsirləndirilən Ə.Əliyev bildirib ki, Zöhrabı Bakıya gətirməmişdən əvvəl Bakıya gələrək Biləcəridə ev kirayələyib. Zöhrabla Bakıya gələndə də yolda ona təklif edib ki, bir müddət kirayələdiyi evdə onunla birgə qala bilər. İşi düzələndən sonra isə Zöhrab özünə ev tutub oraya köçə biləcək. Zöhrab da buna görə Əhədə təşəkkürünü bildirib. Danışdıqları kimi də olub. Zöhrab Bakıda Əhədin kirayələdiyi evdə onunla birlikdə qalıb. Bir neçə gün belə keçib. Sonra Zöhrab maraqlanıb ki, tikintidəki iş nə yerdə qalıb. Əhəd isə bildirib ki, darıxmasın hər şey düzələcək. Əslində isə Əhəd ondan hansı yolla qisas almaq barədə fikirləşirmiş.

Oktyabrın 9-da isə onlar yenə də birlikdə evdən çıxıb və şəhərə gələrək xeyli gəzib dolaşıblar. Əhəd onu aldadıb ki, tikintidə iş söz verən adamla görüşməlidirlər. Onlar axşama qədər birlikdə şəhərdə gəzib-dolaşırlar. Onlar həmin gün axşam saat 20 radələrində 8-ci mikrorayon ərazisindəki kafelərdən birinə gəliblər. Şam edərkən birlikdə araq da içiblər. Onlar iki saata yaxın kafedə yeyib-içəndən sonra hesabı ödəyib küçəyə çıxıblar. Kafedən çıxanda artıq hava qaralıb və yağış yağırmış. Kafedən bir qədər aralandıqdan sonra Əhəd birbaşa mətləbə keçib. O, sakitcə Zöhrabdan soruşur ki, "Zöhrab, kişi kimi düzünü de, qardaşımı niyə öldürdün?". Əhədin qəfil sualından Zöhrab karıxır: «Qəfil sualımdan Zöhrab karıxdı, dedi ki, başa düşmədim, nə dedin? Mən sualımı bir də təkrarladım. Zöhrab dedi ki, "sənin başın xarabdır, qardaşını öldürən çoxdan tutulub, bu gün - sabah da məhkəməsi olacaq". Mən ondan bir daha soruşdum ki, qardaşımı niyə öldürmüsən? Sənə borcu var idi? Nəyi bölüşdürə bilmədiniz ki? Zöhrab yenə and-aman elədi ki, "Niyaməddini mən öldürməmişəm, bunu arvadlar özlərindən uydurub yas məclisində danışıblar. Anam da eşitmişdi, gəlib evdə mənə dedi ki, arvadlar danışır ki, guya Niyaməddini Zöhrab öldürüb. Ancaq sən buna inanma».

«Səhərisi gün polislər evimizə gəlib məni həbs etdilər»

Artıq hövsələsi daralan Əhəd düşündüyü planı reallaşdırmaq istəyir: «Başa düşdüm ki, onsuz da Zöhrab boynuna almayacaq. Cibimdən bıçağı çıxarıb sinəsinə bir dəfə zərbə vurdum. Zöhrab sinəsini tutub yerə yıxıldı. Mən oradan uzaqlaşdım. Gecəylə yol maşınına minib Salyana qayıtdım. Evdəkilərə heç nə demədim. Səhərisi gün polislər evimizə gəlib məni həbs etdilər. Polis şöbəsində bildim ki, Zöhrab keçinib».

Məhkəmədə zərərçəkmiş qismində Zöhrab Allahverdiyevin atası Qurban Allahverdiyev dindirilib. O ifadəsində göstərib ki, Əhəd Əliyevlə qonşudurlar. Oğlu Zöhrab Əhədin qardaşı Niyaməddinlə dostluq edib. Niyammədinin ölümü Zöhraba da pis təsir edib. Qətldən bir gün sonra Eldar Səfərov həbs edilib. Bir müddət sonra Əhəd Zöhraba Bakıda iş tapdığını bildirib. Onlar sentyabr ayının sonunda birlikdə Bakıya yola düşüblər. Lakin bir neçə gün sonra məlum olub ki, Əhəd Zöhrabı Bakıda qətlə yetirib.

Onu da bildirək ki, Niyaməddinin ölümündə təqsirləndirilən Eldar Səfərovun da məhkəməsi keçirilib və Eldar Səfərov qətl törətdiyini etiraf edib. Səbəb kimi isə onu göstərib ki, Niyaməddinlə şərik çayxana işlədirlərmiş və son vaxtlar Niyaməddinin şərikli qazandıqları pulları mənimsədiyini başa düşüb. Bir neçə dəfə Niyaməddinə xəbərdarlıq etsə də faydası olmayıb. Bu səpgidə aralarında mübahisə baş verib və Niyaməddin Eldarın valideynlərinin ünvanına söyüşlər söyüb. Bundan qəzəblənən Eldar da Niyaməddini qətlə yetirib. Beləliklə də, Zöhrab Allahverdiyev törətmədiyi cinayətin qurbanına çevrilib.

Məhkəmənin hökmü ilə Əhəd Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru