DAHA BİR BANKIN “QƏTLİNƏ” FƏRMAN VERİLİB
Tarix: 4-10-2012, 11:03 | Çap et
“DƏMİRBANK” İFLAS ƏRƏFƏSİNƏ NECƏ GƏTİRİLİB?
22 milyon nizamnamə kapitalı olan bankın hazırda 60 milyon manat ümidsiz krediti var; «Dəmirbank» «BakuElektroniks», «Optimal Elektroniks», «Texnoqrup», «Bermud Elektroniks» və «DNS Komputers» ticarət şəbəkələrinə vergidən yayınmaq üçün yardım edir; vergidən yayınma halları isə milyon manatlarla ölçülür;
«Dəmirbank»ı «Texnikabank»ın və «Royalbank»ın taleyi gözləyir. Bank rəhbərliyi daha çox çirkli pulları yumaqla məşğul olduğundan demək olar ki, artıq öz müştərilərinin pullarını havaya sovurublar. Bu barədə PİA.AZ-a «Dəmirbank»da çalışan və təbii ki, adının çəkilməsini istəməyən mənbə məlumat verib. Məlumatda bildirilir ki, 22 milyon nizamnamə kapitalı olan bankın hazırda 60 milyon manat ümidsiz krediti var və bu kreditlərin çox böyük bir hissəsi bank rəhbərliyi öz yaxın adamlarının adına verərək sadəcə mənimsənilib. Mənbənin sözlərinə görə bankdakı vəziyyətdən Mərkəzi Bankın demək olar ki, xəbəri yoxdur. Çünki «Dəmirbank»ın rəhbərliyi bankın göstəricilərini Mərkəzi Bankdan gizlədir və onlara saxta göstəricilər təqdim edir. Əgər Mərkəzi Bank «Dəmirbank»da yoxlamalara başlasa, o zaman bütün saxtakarlıqlar ortaya çıxacaq və bu zaman bankda böyük maliyyə fırıldaqlarının olduğu aşkarlanacaq «Dəmirbank»ın çirkli pulları yumasından bəhs edən mənbə qeyd edir ki, «Dəmirbank» rəhbərliyi bir sıra iri ticarət şəbəkələri ilə əlaqə yaradaraq dövlətdən külli miqdarda vergi gizlədilməsinə nail olur və bundan milyonlar qazanırlar. Metod isə çox sadədir. Belə ki, kredit mal satan ticarət şəbəkələri müştərilərini «Dəmirbank»a yönəldir. Bankdan kredit alan müştəri ticarət obyektində elədiyi alverin pulunu nağd olaraq ödəyir. Yəni pul «Dəmirbank»dan ticarət obyektinin hesabına köçürülmür. Bundan sonra isə müştəriyə mal mağazadan deyil, anbardan verilir və bu zaman NKA çeki vurulmur. Yəni faktiki olaraq ticarət obyekti malı satdığnı heç yerdə qeyd eləmir və bu yolla vergidən yayınır. «Dəmirbank» isə həm verdiyi kreditlərdən faiz qazanır, həm də bankın rəhbərliyi ticarət obyektlərindən faiz alır. Mənbə bildirir ki, bu yolla verilən kreditlər on milyonlarla manat həcmində olur və bank rəhbərliyi ticarət obyektlərinə vergidən yayınmaqda kömək etməklə hər il milyonlarla manat gəlir əldə edir. Mənbə bildirir ki, «Dəmirbank» bu əməliyyatları əsasən «BakuElektroniks», «Optimal Elektroniks», «Texnoqrup», «Bermud Elektroniks» və «DNS Komputers» ticarət şəbəkələri daxildir. Bildirilir ki, məhz «Dəmirbank»ın yardımı ilə bu Ticarət şəbəkələri milyonlarla manatı dövlət büdcəsindən gizlədir. Bu isə «Dəmirbank»ın birbaşa vergi ciynayətlərinin iştirakçısına çevirir. PİA.AZ-a məlumat verən mənbə bildirir ki, bankın rayon filiallarının işçiləri 150-200 manat maaş alır. Lakin Bank rəhbərliynin maaşı fantastikdir. Mənbə misal çəkərək göstərir ki, «Dəmirbank»ın İdarə Heyətinin sədri 18 000 manat maaş alır. 1-ci müavin 16500, digər iki müavin isə 15 000 manat maaş alır. Müqayisə üçün bildirək ki, Azərbaycan Respublikasının prezidenti 15 000 manat maaş alı rvə bu maaş Azərbaycanda ən yüksək maaş hesab olunur. Özəl sektorda kimin nə qədər maaş almasını həmin müəssisənin özü təyin etsə də, normalda rəhbərliyi 18 000 manat maaş alan müəsisənin orta əmək haqqı 3-4 min manat olmalıdır. Bu isə «Dəmirbank»da sosial ədalətsizliyin və çalışanların istismarı anlamına gəlir. Mənbə onu da bildirir ki, «Dəmirbank»da ədalətsizliyə və istismara azacıq etiraz edənlərə sadəcə qapını göstəirilər. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Dünən, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52 |
|
|
|
|