Nazir oğlunun “Push 30”la bağlantısı - İLGİNC FAKTLAR
Tarix: 4-09-2023, 08:53 | Çap et
 Ötən həftə araşdırmaçı Həbib Müntəzirin “Hakim oğlunun idman-fitnes biznesi” adlı araşdırması Meydan TV-də yayımlandıqdan sonra Vəkillər Kollegiyasından iradlar səsləndirilməyə başlandı. Səbəb araşdırmada bu qurumun adının keçməsidir. Araşdırmada siyasi sifarişli hökmlərdə imzası olan hakim Faiq Qasımovun oğlu Adil Qasımova məxsus biznesdən söz açılır.
Adil Qasımov Azərbaycanın idman və fitnes sektorunda böyük payçılardan biri olan “Push30”un şəriklərindən biridir. Araşdırmada Vəkillər Kollegiyasının da bu şirkətlə əməkdaşlıq etdiyi qeyd olunur. Yazı dərc olunduqdan sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşlarından biri ilə əlaqə saxlayıb iradlarını bildirsə də, fikirlərinin ictimailəşməsini istəmədi. Ancaq bundan sonra bəzi vəkillər sosial şəbəkələrdə Meydan TV-ni tənqid etməyə başladı. Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Anar Qasımlı ilə Ruslan Mustafazadə isə Meydan TV-yə etiraz məktubu göndərib. Peşəkar jurnalistin hüquqi bilikləri necə olmalıdır kimi məsləhətvari girişdən sonra vəkillər yazırlar: “Hər fürsətdə Vəkillər Kollegiyasına qarşı qarayaxma kampaniyası aparan sözdə müstəqil medianın qeyri-peşəkar mövqeyi təəssüf doğurmaya bilməz. İnternetdə kiçik axtarış aparmaq kifayət idi ki, daha obyektiv yazı yazılsın”. Daha sonra təsdiqləyirlər ki, həqiqətən də Vəkillər Kollegiyası ilə “Push30” şirkəti arasında müqavilə bağlanıb və bu, qurumun rəsmi saytında da qeyd olunub. Vəkillər yazır ki, belə bir müqavilənin bağlanması üçün idmançı vəkillərimizdən biri təşəbbüskar olub, yazılı şəkildə Kollegiyaya müraciət edib. Çünki həmin şirkətlə müqavilə bağlandıqda vəkillər bir sıra üstünlüklər əldə edirlər: “Buraya idman mərkəzlərindən ay ərzində limitsiz istifadə (Limitsiz giriş); Müxtəlif idman mərkəzlərindən istifadə (Ay ərzində fərqli məkanlardan istifadə); Müxtəlif idman növləri (fitness, üzgüçülük, pilates, yoga, aerobika və s.) məşğul olmaq imkanı; Mobil tətbiqdə (Push30 tətbiqi) yerləşən faydalı video dərslər və məqalələrdən istifadə etmə imkanı; İdman qidalanma mağazaları, idman geyimləri mağazaları, gözəllik mərkəzlərini əhatə edən tərəfdaş məkanlarda endirimlər və s. aiddir. Müqavilə əslində Vəkillər Kollegiyasının üzvləri üçün güzəştlərin tətbiq edilməsi haqqında razılaşmadır”. Könüllü seçim etdiklərini, tək-tük vəkilin bu şirkətin xidmətindən yararlandığını deyən vəkillər ad çəkməsələr də, araşdırmada Vəkillər Kollegiyasının şirkətlə əməkdaşlığını tənqid edən hüquqşünas Xalid Bağırovun fikirlərindən qəzəbləndiklərini göstəriblər: “Öz-özünə ritorik suallar verib, onları cavabsız saxlamaq kollegiyaya qara yaxmaq, onun günü-gündən artan nüfuzuna xələl gətirmək, görülən işlərə kölgə salmaq cəhdindən başqa heç nə deyil. Məzmununu, predmetini, şərtlərini bilmədiyin müqavilə haqqında fikir bildirmək, onu şərh etmək nə vaxtdan müstəqillik və obyektivlik hesab olunur?”
“Məgər Vəkillər Kollegiyası hansısa məhsul alır, pul ödəyir ki, tender keçirsin? Məgər Vəkillər Kollegiyası dövlət qurumudur ki, tender keçirsin? Hansı qanunda yazılıb ki, Vəkillər Kollegiyası tender keçirməlidir? Yazı hazırlanmazdan qabaq “Dövlət satınalmaları haqqında” qanunu açıb oxumaq olmazdımı? Hər kəsə bəllidir ki, Vəkillər Kollegiyası qeyri-dövlət təşkilatıdır, onun büdcəsi üzvlərinin ödədiyi üzvlük haqları hesabına formalaşır. Kollegiya öz vəsaitini hara və necə xərcləməsi barədə yalnız üzvləri qarşısında hesabat verir. Bu, onun müstəqilliyinin təminatlarından ən önəmlisidir”, – Anar Qasımlı ilə Ruslan Mustafazadə yazıb. Meydan TV vəkillərin iradına hüquqşünas Xalid Bağırovdan münasibət öyrənməyə çalışın. Ancaq hüquqşünas iradlara cavab vermək istəməyib.
Meydan TV “Push30” şirkətinin şərikləri ilə bağlı əlavə məlumatlar da əldə edib. Araşdırma zamanı müəyyənləşdirib ki, Adil Qasımovun şəriklərindən biri xarici işlər naziri Ceyhun Bayramovun 27 yaşlı oğlu Rəhim Bayramlıdır. Rəhim Bayramlı müxtəlif sahələrdə yeni şirkətlərin qurulmasına fokuslanan, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nəzdində 2021-ci ildə yaradılmış “Sabah.lab” MMC-nin icraçı direktorudur. Adil Qasımov isə həmin MMC-nin əməliyyatlar üzrə baş direktordur. “Push30”un digər təsisçisi Rahul D’Mello isə “SABAH.lab”ın İdarə Heyətinin üzvüdür. Bir müddət öncə “Abzasmedia” nazir Ceyhun Bayramovun ailə sərvətini araşdırıb. //azinforum.az//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Dünən, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50 |
|
|
|
|