
"Göyçay rayonu bərbad günə düşüb. Mərkəzi bir- iki küçəni üzdən təmizləyib gözdən pərdə assalarda, əksər küçələri isə zibil və pis qoxu bürüyüb..." Bu barədə"DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Kanalizasiya lyuklarının qapağı olmadığına görə açıq vəziyyətdə qalıb, səkilər və asfalt örtüyü dağılıb yararsız vəziyətə düşüb, gecə küçələrdə işıqlandırma yoxdur, küçə itləri insanlara hücum edir.Küçələrin çoxunda qutular olmadığı üçün, zibili yerə, ağacların dibinə tökürlər.
Zibil vaxtlı-vaxtında təmizlənmədiyi üçün günlərlə, hətta həftələrlə qalıb dəhşətli antisanitar vəziyyət yaradır. Buna görə Göyçayı zibil iyi bürüyüb, hər yer antisanitar vəziyyətdədir. Küçələrin çoxunda işıqlandırma olmadığı üün gecələr zülmət qaranlıq olur. Küçə itləri insanlara hücum edib təhlükə yaradır.
İcra başçısı Natiq Ağayev məzuniyətdə olduğu üçün onu müavini Kərim Seyidov əvəz edir. Kərim Seyidov uzun müddət Göyçayda müxtəlif vəzifələrdə işləsədə bacarığı olmayan, işə yaramayan bir adamdır. Natiq Ağayev icra başçısı təyin olunandan sonra Kərim Seyidovu Şəhadət kənd icra nümayəndəsi vəzifəsindən, icra başçısının birinci müavini vəzifəsinə gətirsə də, özünü doğrultmadı.

Göyçay daima öz xüsusi yaraşığı və təmizliyi ilə yaddaşlarda qalsa da, indi bunlardan heç bir əsər-əlamət yoxdur.
Göyçaya öz maraqlarını dövlət qanunlarından üstün tutan yaramaz kadrlar yox, işləyib can yandıran şəxslərin vəzifəyə gətirilməsi lazımdır..."
"DİA-AZ" olaraq aidiyyatı üzrə fotodəlilləri təqdim edirik:













