
Məlum olduğu kimi, təzminən 20 gün əvvəl Muxtar Bahadur oğlu Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edildi. “DİA-AZ” xatırladır ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncamə imzaladı.
Onu da qeyd edək ki, M. Babayev 2018-ci ildən həmin vəzifədə idi. Və digər sərəncamla Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olundu.
Amma vurğulayaq ki, az qala 3-cü həftədir... sözügedən nazir postu boş qalıb.
Bui isə müxtəlif şaiyələrə rəvac verməkdədir.
İddia olunur ki, ETSN-nin ümumiyyətlə naziurlik kimi ləğvi və dövlət qurumlarından birinə birləşdirilməsi gözlənilir. Burada daha çox Dövlət Gömrük Komitəsinin adı hallanır.
Bu barədə "DİA-AZ"a danışan mənbə iddia edir ki, bu barədə qərar veriləcək? "NAzirliyin ləğv ediləcəyi və yaxud da ayrıca qurum kimi qalacağı bu həftə bilinəcək. Amma əsas təəssürat odur ki, ETSN ləğv ediləcək..."