Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Tarix: 18-02-2025, 16:38 | Çap et
 Qusar rayonu, Suduroba kənd sakini Qonaqov Şahin Qasim oğlu, həyat yoldaşı Qonaqova Marina Aslan qızının süni mayalanma sonrası həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. Moderator.az xəbər verir ki, şikayətçinin verdiyi məlumata görə, həyat yoldaşı süni mayalanma yolu ilə hamilə qaldıqdan sonra həkim səhlənkarlığı və laqeyd münasibət səbəbindən ağır vəziyyətə düşüb.
İddiaçi bildirir ki, süni mayalanma Dr. Mehman Həmzəyev tərəfindən həyata keçirilib: “Hamiləliyin dördüncü ayından etibarən səhhətində problemlər yaranmağa başladı. Lakin həkim hər dəfə narahatçılığa baxmayaraq, heç bir problemin olmadığını bildirərək bizi sakitləşdirməyə çalışdı. Yoldaşımın səhhəti daha da pisləşdikdən sonra Qusar rayon xəstəxanasına müraciət etdik. Orada mənə bildirdilər ki, vəziyyəti kritikdir və klinikada yatmalıdır. Lakin Dr. Mehman Həmzəyev bu barədə məlumat aldıqda, heç bir tədbir görməyə ehtiyac olmadığını söylədi. Həkim sadəcə maye qəbul etməyi tövsiyə etdi. Yanvarın 10-da yoldaşımı Bakıya, Dr. Mehman Həmzəyevin yanına müayinəyə apardım. O, müayinədən sonra preeklampsiya diaqnozu qoydu və bildirdi ki, dövlət xəstəxanasından arayış alıb xəstəxanaya yerləşdirilməlidir. Biz kənd sakinləri olduğumuz üçün onun tövsiyəsinə əməl edərək geri döndük. Lakin Quba xəstəxanasında həkim bizə dedi ki, əgər əməliyyat aparılarsa, həm ana, həm də körpələr həyatını itirəcək. Bunu eşidib qorxudan xəstəxanadan ayrıldıq. Quba xəstəxanasında təcili tibbi yardım maşını belə tapılmadığı üçün biz öz imkanlarımızla Bakıya gəldik”. Şikayətçi əlavə edir ki, Bakıya gəldikdən sonar yoldaşının vəziyyəti daha da ağırlaşdığı üçün Dr. Mehman Həmzəyevə yenidən müraciət etdi: “O isə bizə 10,000 manatlıq əməliyyatın vacib olduğunu və məbləği tam ödəmədiyimiz halda əməliyyat aparmayacağını bildirdi. Halbuki, hamiləliyin əvvəlində bizə ehtiyat olaraq 4,000 manat saxlamağı məsləhət görmüşdü və vəziyyətin bu qədər ciddi ola biləcəyini deməmişdi. Əlimizdə cəmi 4,000 manat olduğuna görə, o, bizə heç bir güzəşt etməyəcəyini və hətta 50 manat az olsa belə, əməliyyatı icra etməyəcəyini dedi. Gecə saatlarında müxtəlif həkimlərə müraciət etsək də, heç kim bu vəziyyətdə yoldaşımı qəbul etmədi və həyati təhlükə ilə üz-üzə qaldı”. İddiaçı sözünə davam edərək bildirib ki, yoldaşının qanına zəhərlənmə keçdiyi üçün başqa həkim tərəfindən 32 həftəlik təcili əməliyyat olundu: “Həkim tərəfindən edilən müdaxilə nəticəsində uşaqlar dünyaya gəlsə də, yoldaşımın vəziyyəti get-gedə ağırlaşır. Müalicə prosesi boyunca maddi və mənəvi çətinliklərlə üzləşirik. Qusar xəstəxanasında ana öz məsuliyyətini qəbul etdiyinə dair sənədlərə imza atsa da, proseslər peşəkarcasına aparılmayıb. Xəstənin əvvəlcədən yalnız bir həkimə etibar etməsi, başqa seçim imkanlarının məhdudlaşdırılması və yanlış yönləndirilməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Əməliyyatdan sonra xəstəxanalarda göstərilən münasibət, lazımi müalicənin gecikdirilməsi və yüksək məbləğdə ödəniş tələbləri bizi çıxılmaz vəziyyətə salıb. 25.000 manat ödəniş edilsə də, ümumi borc 41.000 manata qədər artıb və daha 17.000 manat ödəməyə məcbur olmuşuq. Bu müddət ərzində Dr. Mehman Həmzəyevin göstərdiyi səhlənkar münasibət, insan həyatını təhlükəyə atması və yalnız maddi maraqları üstün tutması bizi dərin şəkildə məyus etdi. Bu səbəbdən, məsələ ilə bağlı rəsmi araşdırma aparılmasını, Dr. Mehman Həmzəyevin fəaliyyətinin yoxlanılmasını və bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməsini xahiş edirəm”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Bu gün, 23:26 |
|
|
|
• Uduzmuş liderdən “liderlik” dərsi
Bu gün, 23:24 |
|
|
|
• Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Bu gün, 23:22 |
|
|
|
• İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Bu gün, 19:02 |
|
|
|
• Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Bu gün, 19:00 |
|
|
|
• Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Bu gün, 18:58 |
|
|
|
• “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Bu gün, 18:03 |
|
|
|
• Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Bu gün, 18:01 |
|
|
|
• Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Bu gün, 18:00 |
|
|
|
• Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Bu gün, 17:54 |
|
|
|
• Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
• “Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Bu gün, 17:45 |
|
|
|
• Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Bu gün, 17:40 |
|
|
|
• Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Bu gün, 17:34 |
|
|
|
• "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Bu gün, 17:32 |
|
|
|
• Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Bu gün, 17:30 |
|
|
|
• Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Bu gün, 17:28 |
|
|
|
• Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Bu gün, 17:23 |
|
|
|
• İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Bu gün, 17:22 |
|
|
|
• Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Bu gün, 17:18 |
|
|
|
• Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Bu gün, 17:17 |
|
|
|
• İrəvan NƏ ETSİN? - AKTUAL
Bu gün, 17:15 |
|
|
|
• Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Bu gün, 17:10 |
|
|
|
• XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Bu gün, 17:07 |
|
|
|
• Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Bu gün, 17:02 |
|
|
|
• Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Bu gün, 16:58 |
|
|
|
• Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:24 |
|
|
|
• Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Bu gün, 16:22 |
|
|
|
• Naxçıvanda 8 şirkət birləşir
Bu gün, 16:18 |
|
|
|
• Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Bu gün, 16:16 |
|
|
|
• Aİ liderləri Ukraynaya səfər edəcək
Bu gün, 16:15 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Bu gün, 16:12 |
|
|
|
• Nübar Ərbil AzTV-dən getdi - FOTO
Bu gün, 16:09 |
|
|
|
• Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Bu gün, 16:03 |
|
|
|
• Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Bu gün, 15:52 |
|
|
|
• Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 15:43 |
|
|
|
• “Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 15:36 |
|
|
|
• SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Bu gün, 15:35 |
|
|
|
• Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Bu gün, 15:21 |
|
|
|
• Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Bu gün, 15:12 |
|
|
|
• Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Bu gün, 15:07 |
|
|
|
• "Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Bu gün, 15:06 |
|
|
|
• Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Bu gün, 14:00 |
|
|
|
• Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Bu gün, 13:58 |
|
|
|
• Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Bu gün, 13:10 |
|
|
|
• Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Bu gün, 13:06 |
|
|
|
• Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi – Universitet aydınlıq gətirdi
Bu gün, 13:04 |
|
|
|
• Dəniz piyada bölmələri ilə təlim keçirilib - VİDEO
Bu gün, 12:58 |
|
|
|
• "Bu, məni çox həyəcanlandırır" - VİDEO
Bu gün, 12:56 |
|
|
|
|