2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb .....                     Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb .....                     "Məşğulluq Agentliyi insanları ALDADIR..." .....                     Trampın əfvindən imtina olundu .....                     Günün fotosu: BU NƏDİ BELƏ... .....                     Burda vətəndaş qəbulu rəsmən problemdir .....                     Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                 

Respublika Xəstəxanasından rüşvət görüntüləri - XƏSTƏLƏR VƏ XƏSTƏ YAXINLARI NECƏ “SOYULUR”...
Tarix: 6-12-2024, 01:27 | Çap et
Respublika Xəstəxanasından rüşvət görüntüləri
Bu günlərdə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının, təmirə dayandığı üçün, müvəqqəti olaraq Bilgəhə köçürüldüyü haqda məlumat verildi. Əlbəttə, vətəndaşların daha çox müraciət etdiyi dövlət xəstəxanalarının yüksək səviyyədə təmir olunması arzuolunan haldır. Lakin təəssüflə qeyd etməliyik ki, dövlət büdcəsindən bu məqsədlə ayrılan təmir xərcləri bəzi hallarda vətəndaşların cibindən çıxarılır. Söhbət ondan gedir ki, bu kimi xəstəxanalar təmir olunduqdan sonra “daha yüksək” xidmət adı altında “xidmət haqqı” və rüşvətin qiyməti dəfələrlə artırılır.

Çox güman ki, haqqında bəhs etdiyimiz Respublika Kliniki Xəstəxanasında da təmirdən sonra analoji vəziyyətlə qarşılaşacağıq. Çünki bu xəstəxanada pasiyentlərin “soyulması” halları yeni deyil.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bugünlərdə yaxın qohumumun xəstəliyi ilə əlaqədar tez-tez Respublika Kliniki Xəstəxanasına getməli, demək olar ki, hər gün ona baş çəkməli oldum. Çox təəssüflə qeyd edirəm ki, bu xəstəxanaya getdiyim təxminən bir həftə ərzində demək olar, hər gün insanlara açıq-aşkar zülm edildiyinin canlı şahidiyəm. Belə ki, dövlət büdcəsindən maliyyələşən bu xəstəxanada istər müalicə, istər də əməliyyat olunan insanlar, eləcə də onların yaxınları açıq-aşkar “soyulur”, hər addımbaşı külli miqdarda rüşvət verməyə məcbur edilirlər.

Ən maraqlısı isə odur ki, bu xəstəxanada rüşvət vermədən nəinki xəstələrlə görüşmək mümkündür, hətta onlara ərzaq, geyim əşyaları belə, göndərmək pulludur. Xüsusilə də hansısa səbəbdən qeyri-görüş saatlarında xəstə yaxınına baş çəkməli olsan, səni onunla görüşdürmək bir yana, hətta ona gətirdiyin əşyaları, yeməyi belə, ünvanına çatdırmağa imkan vermirlər. Yaxud da həmin əşyalar vaxtında deyil, saatlar sonra xəstəyə çatdırılır. Yox, özün şəxsən aparıb vermək istəyirsənsə, mütləq ya mühafizəçiyə, ya da tibb bacısına 10 manat ödəniş etməlisən. Əgər vətəndaş öz xəstə yaxını ilə “növbədənkənar” görüşmək istəsə, bunun üçün mütləq əlavə 10 manat da ödəməlidir. Bu halda, ərzaq və digər əşyaların xəstəyə çatdırılması üçün də əlavə 5 manat tələb olunur.

Çox təəssüflə qeyd edirik ki, Respublika Kliniki Xəstəxanasında bu cür “rüşvəttoplama əməliyyatı” kimsədən çəkinmədən, hər kəsin gözü önündə, üstəlik də nəzarət kamerasının düz qarşısında aparılır. Hətta nağd pulu olmayan vətəndaşlar mühafizəçinin, yaxud tibb bacısının bank kartına köçürmə edə də bilirlər.

Əlbəttə, bu xərclər yalnız gün ərzində 1 dəfə daxil olmaq üçündür. Yəni gün ərzində ikinci dəfə içəri keçmək istəyərkən, daha 10 manat vermək məcburiyyətindəsən. Maddi imkanı, yaxud içəridə tanışı olmayanlar, heç bir halda öz yaxınları ilə görüşə bilməzlər.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, günün müəyyən vaxtlarında xəstələrlə görüş saatı müəyyən olunsa da, bu, formal xarakter daşıyır. Çünki, fakiktiki olaraq 10 manat ödəniş etmədən içəri keçmək heç bir halda mümkün olmur.

Təbii ki, daha böyük biabırçılıq içəridə baş verir. Burada hətta sığorta ilə əməliyyat olunan vətəndaşlar belə, həkimə, tibb bacılarına, sanitar xidmətin əməkdaşına gündəlik pul ödəmək məcburiyyətindədir. Əks halda nə həkim, nə də tibb bacısı vaxtı- vaxtında xidmət göstərmir, iynə-dərmanlar belə vaxtında verilmir.

Dediklərimizin sübutu üçün burada baş verən bir faktı da dəyərli oxucuların diqqətinə çatdıraq. Xəstə yaxınımıza baş çəkən zaman onunla qonşu palatada müalicə alan bir şəxsin gecələr qışqırdığı haqqında məlumat əldə etdim. Aydın oldu ki, biçaqlandığı üçün xəstəxanaya müraciət bu şəxs ağır psixoloji sarsıntı keçirdiyindən, orada hər gün səs-küy salırmış. Halbuki, bu kimi xəstələrə vaxtı-vaxtında ağrıkəsici vurulmalıdır. Lakin onunla birgə olan anasının həkimlərə, tibb bacılarına pul vermək imkanı olmadığından, övladına ağrıkəsici vurulmurmuş. Anası həkimdən oğluna ağrıkəsici vurulmasını xahiş etdikdə, “bizdə iynələr sayla verilir, başqasının iynəsini sənin oğluna vura bilmərəm”, - deyə imtina edilib. Sonradan qadın pul verdiyi üçün xəstəyə yardım olunub və iynə ilə sakitləşdirilib.

Onu da qeyd edək ki, baş həkim zaman-zaman xəstələrə gəlib baş çəkdiyi zaman onlara həkim və tibb bacılarına rüşvət verdikləri haqqında heç yerdə heç nə deməmələri ilə bağlı xahiş edirmiş. Bütün bunlar isə onu deməyə əsas verir ki, Respublika Kliniki Xəstəxanasında aşağıdan yuxarıya hər kəs burada mövcud olan “rüşvət pramidası”nın içərisindədir. Bu sxem elə qurulub ki, hətta icbari sığorta ilə xəstəxanaya müraciət edən pasiyentlər belə, gündəlik verəcəyi rüşvəti öncədən ayırıb kənara qoymalıdırlar. Əks halda heç bir tibbi xidmətdən söhbət gedə bilməz.

Göründüyü kimi, Respublika Kliniki Xəstəxanasının təmirə dayanması bir tərəfdən yaxşı hal olsa da, digər tərəfdən burada rüşvətin “taskı”sının qalxmayacağına kimsə zəmanət verə bilməz. Odur ki, vətəndaşlara layiqli tibbi xidmət göstərmək üçün bərbəzəkli xəstəxanalar tikmək əvəzinə, mövcüd olan potensialdan daha səmərəli faydalanmaq, ən əsası isə pasiyentlərə insan kimi yanaşmaq lazımdır. Bu olmayacağı təqdirdə, xəstəxanaların təmirinə, yenilərinin tikintisinə milyonlarla manat ayırmaq mənasızdır.

Hurriyyet.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru