
Pakistanın müxtəlif şəhərlərinin hava limanlarından azı 150 uçuş reysi ləğv edilib.
Teleqraf “Geo TV”yə istinadən xəbər verir ki, Hindistan ilə münaqişə Pakistanda uçuş reyslərinin cədvəlinə ciddi təsir göstərməyə davam edir.
Yerli aviasiya mənbələrinin məlumatına görə, onlarla digər uçuş reysi qeyri-müəyyən vəziyyətdədir.
Məlumata əsasən, təhlükəsizlik səbəbindən Kəraçi hava limanından 45, Lahordan 38 uçuş, İslamabaddan 40, Multandan 10, Pişəvərdən isə 11 uçuş ləğv edilib.