`AZƏR GOLD` adına SƏRVƏTLƏRİMİZ NECƏ XIRID EDİLİR... - İLGİNC FAKTLAR...
Tarix: 6-11-2024, 10:31 | Çap et
 Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyard 509 milyon 184 min dollar olan 19 min 904,34 kiloqram qızıl gətirilib. Açıqlanan rəsmi məlumatlara istinadən aparılmış hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalı 361 dəfə artıb. Qeyd edək ki, bu ilin ilk 8 ayında ölkəyə gətirilən qızılın bir qramının orta gömrük dəyəri 75,8 dollar (129 manat) olub. Azərbaycana qızıl əsasən aşağıdakı ölkələrdən gətirilib: Avstraliya – 11 854,14 kq (bir qramın orta gömrük dəyəri 76,4 dollar); ABŞ – 3 978,71 kq (75,5 dollar); Kanada – 2 023,23 kq (74,4 dollar); İsveçrə – 1 977,76 kq (76,2 dollar).
"DİA-AZ" qeyd edir ki, məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, qızıl idxalının kəskin artmasına əsas səbəb Dövlət Neft Fondunun qızıla investisiya etməsidir: “Bu ilin ilk 9 ayının yekununa olan rəsmi məlumatda göstərilir ki, Neft Fondunun qızıl ehtiyatları bu il 127 tona çatıb. Bu il ərzində Fondun 25 tondan çox qızıl aldığı bildirilir. Qızılın alış qiyməti dünya bazarlarındakı orta satış qiymətinə yaxın olub. Hazırda qızılın 1 qramı dünya bazarında 88 dollara satılsa da, ilin əvvəlində 66 dollara olub”.
İqtisadçı bildirir ki, Azərbaycanın qızıl idxalında problem olmasa da, qızılın ixracı ilə bağlı ciddi problemləri var: “Məlumdur ki, Azərbaycanın ixracında qızıl əsas yerlərdən birini tutur. Qeyri-neft məhsullarının ixracında qızıl hər zaman ilk sıralarda qərarlaşır. Məsələn, bu ilin ilk 8 ayında xaricə satılan məhsullar arasında qızıl pambıq və pomidordan sonra 3-cü sırada olub. Lakin təəssüf ki, Azərbaycan qızılı xarici ölkələrə emal olunmamış şəkildə – xam qızıl formasında satır. Amma xaricdən alınan qızılın hamısı emal olunmuş olur. Aydın məsələdir ki, xam qızılla emal olunmuş qızılın qiyməti arasında fərq olacaq. Məsələn, bu ilin ilk 8 ayı ərzində Azərbaycan İsveçrəyə 96 milyon dollar dəyərində 2,8 ton emal olunmamış qızıl ixrac edib. Emal olunmamış qızlın bir qramı İsveçrəyə 36 dollardan satılıb. Eyni dövrdə İsveçrədən aldığımız təxminən 2 ton emal olunan qızılın bir qramına isə 76 dollar ödəmişik. Göründüyü kimi, qızılın ölkə daxilində emal olunmaması səbəbindən 8 ay ərzində təkcə İsveçrəyə 50-60 milyon dollar vəsait gedib. Bunun qarşısını almağın yolu isə odur ki, Azərbaycan xam qızılın ixracını dayandırmalı və qızıl ölkə daxilində emal olunmalıdır”.
"DİA-AZ" qeyd edir ki, əslində yuxarıda açıqlanan məqam çox ciddi mahiyyət daşısa da, ilgili ünvanlar məsələni ört-basdır etməyə çalışır. Buna rəğmən biz "DİA-AZ" olaraq müəyyən araşdırma aparmaq qərarına gəldik.
Yuxarıda da qeyd olundu ki, biz Azərbaycan dövləti olaraq qızılı xaricə 36 dollara satıb, 76 dollara geri alırıq... Yəni qızılın emal prosesini özümüp həyata keçirmədiyimizdən ciddi pul itkisinə - SƏRVƏT İTKİSİNƏ yol veririk. Apardığımız araşdırmalardan aydın olur ki, əslində burada itirən təkcə Azərbaycan dövlətidir. Amma yetərincə məmurlar, işbazlarımız var ki, bütün bu prosesdən külli miqdarda qazanc əldə edirlər və buna görə də onlar hansısa emal prosesində maraqlı deyillər və onları Azərbaycan dövlətini itirdikləri heç ilgiləndirmir.
KİMDİR ONLAR?
Məlumdur ki, Azərbaycan ərazisində "AzerGold” QSC qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Yəni bizdə bu sahə "AzerGold” QSC-nin RƏSMİ İNHİSARINA VERİLİB.
Bu qurumun başında isə Zakir İbrahimov adlı birisi dayanır. Bu o şəxsdir ki, adı dəfələrlə müxtəlif qanunsuzluqlarda, saxta tender hoqqabazlıqlarında hallanıb. İş o həddədir ki, Zakir İbrahimov hətta büdcə pullarını öz oğlu - Zaur İbrahimin adına olan şirkətlər hesabına mənimsəməkdən belə çəkinmir.
İndi isə biz ölkədə qızıl alqı-satqısı prosesi zamanı itirdiyimiz milyonları düşünürük. Amma bu məsələdə dövlət olaraq gec qalmışıq. Artıq dövlətin adından bu pulları mənimsəyənlər var...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
|