
“Belə bir informasiya yayılır ki, Ermənistanda hakimiyyəti seçki yolu ilə dəyişmək mümkün deyil. Başqa sözlə desək, küçə etirazları, kamikadzelərin köməyilə hakimiyyəti dəyişməyə çağırış edilir”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan öz “Facebook” hesabında paylaşım edib.
“Növbəti axmaq tezis isə odur ki, yalnız itirməyə heç nəyi olmayan insanlar küçə etirazları təşkil etməklə hakimiyyətin dəyişilməsinə nail ola bilər.
Bu tezisi kim və hansı məqsədlə yayır (onu düşünmədən təkrarlayanları da nəzərdə tuturam) – ayrı bir mövzudur, lakin onların bu kimi mövzularının əsas səbəbi hakimiyyətə seçki yolu ilə gələ bilməməkdir.
Yaxşı, tutaq ki, hakimiyyəti dəyişdirməyə nail oldular, əlbəttə ki, bu dəfə köhnənin yerinə arxasında “resursları” olan biri gələcək. Başqa sözlə desək, bu, sadəcə olaraq bir mənasız avantüristin digəri ilə əvəzlənməsidir. Ermənistanda siyasi proseslərin reallaşdırılmasına çalışmaq əhəmiyyətsizdir.
Fədailərdən nizam-intizamlı, döyüşə hazır ordu yaratmaq mümkün olmadığı kimi, küçə kamikadzelərindən də sabit nəzarət sistemi yaratmaq mümkün deyil.
Nə qədər ki, Ermənistanda siyasi proseslərin təsiri ilə qanuni hakimiyyət dəyişikliyi baş verməyəcək, bizim heç bir gələcəyimiz olmayacaq.
Əgər məlum olsa ki, erməni xalqı həqiqətən də hakimiyyəti qanuni seçki yolu ilə dəyişdirmək iqtidarında deyil, mən ölkəni tərk edəcək sonuncu immiqrantdan Zvarnots hava limanında işıqları söndürməyi xahiş edirəm”, – Danielyan qeyd edib.