AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda yazılanlar məlumun elanıdır. Təyyarə kənar müdaxilə nəticəsində qəzaya uğrayıb, “quş sürüsü” və “”kislorod balonunun partlaması” təsdiqini tapmayıb. Rusiya saytlarına baxdım, hesabat barədə məlumat yaysalar da, mətnin içərisi barədə detallı yazmayıblar, yenə diqqəti qəzanın baş vermə səbəbindən yayındırmağa çalışırlar. Bunlar hesabatda yazılanları belə fərqli şəkildə izah edirlər. Belə olan halda Rusiyadan kompensasiya və cinayətkarların cəzalandırılmasını gözləməyə dəyməz.