Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. AZƏRTAC xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Sərhədin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhədi, 22,4 km isə dəniz sərhədidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir.
Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub. Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir. Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan xüsusi xidmət orqanları, eyni zamanda hüquq-mühafizə orqanları dini radikal qruplara qarşı mübarizəni davam etdirir: “Məlumdur ki, dini radikal qruplaşmalar həm daxildə müəyyən havadarlara malikdirlər, həm də xaricdən maliyyələşirlar. Bu qruplar dövlət və dövlətçilik əleyhinə müəyyən addımlar atmaqda davam edirlər. Bunun qarşısını almaq üçün xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları keçirdikləri son əməliyyat nəticəsində beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan, dini ekstremist, eyni zamanda radikal olan üzvlərin hazırladıqları terror təxribat əməllərini müəyyən ediblər, qanunazidd fəaliyyətin qarşısını alıblar: "DTX və DİN-in keçirdikləri peşəkar əməliyyat nəticəsində onların bəziləri zərərsizləşdirilib, qalanları isə saxlanılıb, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barələrində cinayət işi başlanılıb. Terror qruplaşmasının içində “Meşə qardaşları” terror təşkilatının üzvləri də olub. O da məlum olub ki, vaxtilə “Meşə qardaşları” terror qruplaşmasının fəaliyyətində iştirak edən bəzi şəxslər Azərbaycanın şimal rayonlarında özlərinə bəzi tərəfdaşlar da cəlb edərək bu istiqamətdə addımar atıblar. Onlar terror aktları hazırlayırdılar. Eyni zamanda bir sıra kəndlərdə meşə massivində sığınacaqlar yaradıb, orada partlayıcı maddələr, silah-sursat və sair döyüş ləvazimatları təchiz etmişdilər ki, gələcəkdə bundan istifadə etsinlər. Keçirilmiş mühüm əməliyyat nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə - cinayətkar birlik yaratmaq, odlu silah və silah qismində istifadə edilən digər predmetlərdən istifadə etməklə dini fanatizm zəminində terrorçuluğa hazırlıq maddələri ilə təqsirli biliniblər, məsuliyyətə cəlb ediliblər. Bu proses davam etdiriləcək. Müxtəlif vaxtlarda Suriyada, İraqda, digər dövlətlərdə müəyyən hazırlıqlar keçmiş, sonradan müxtəlif yollarla Azərbaycana gəlib burada dövlətçiliyə qarşı bu cür əməllər planlaşdıran şəxslərə qarşı ciddi addımlar atılacaq.
Ali Baş Komandanın tapşırığına uyğun olaraq dövlətin xüsusi xidmət və hüquq-mühafizə orqanları bu istiqamətdə mübarizəni daha da genişləndiriblər. Hər bir məsələ dövlət qurumlarının nəzarətindədir və bundan sonra da radikal qruplaşmalara qarşı bu cür əməliyyatların şahidi olacağıq".
Sabiq deputat Vahid Əhmədov hesab edir ki, Qusarda beynəlxalq terror təşkilatları ilə əlaqəli olan dini-ekstremist qruplaşmanın müəyyən edilərək zərərsizləşdirilməsi Azərbaycan dövləti adına böyük uğur, böyük müvəffəqiyyətdir: “Hər şeydən öncə qeyd edək ki, baş verənlər Azərbaycan və Qafqaz uğrunda qlobal güclərin apardığı amansız mübarizənin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni status-kvonu dəyişməkdə, Azərbaycanın sürətli yüksəlişinin qarşısını almaqda maraqlı olan beynəlxalq güclər var. Onlar müxtəlif terror təşkilatlarının vasitəsilə Azərbaycanda daxili vəziyyəti gərginləşdirmək, cəmiyyətdə xof yaratmaq, bununla da öz məqsədlərinə çatmaq, öz istəklərini diktə etmək istəyirlər. Qusarda zərərsizləşdirilən dini-ekstremist qruplaşmanın beynəlxalq terror təşkilatları ilə əlaqəsi də bundan xəbər verir.
Terror şəbəkəsinin DTX və DİN tərəfindən müəyyən edilərək çevik şəkildə zərərsizləşdirilməsi dövlətimizin ayıq-sayıqlığının, əlaqədar dövlət qurumlarının peşəkarlığının göstəricisidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın xüsusi xidmət orqanları öz vəzifəsinin öhdəsindən layiqincə gəlir və təhlükəsizliklə bağlı hər cür təhdidi vaxtında ortadan qaldırmağı bacarır. Biz buna görə DTX əməkdşalarına təşəkkür edir, minnətdarlığımızı bildiririk".
Maraqlıdır, bu əməliyat-axtarış tədbirlərinin indi keçirilməsinin nə kimi əhəmiyyəti var?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu bildirdi ki, Qusarda və Azərbaycanın digər şimal rayonlarında terrorçu qruplaşmanın zərərsizləşdirilməsi hər azərbaycanlının təhlükəsizliyi baxımından çox mühüm əhəmiyyət kəsb edir: "Hər bir vətəndaşımızın təhlükəsizliyi də nəticə etibarilə Azərbaycan dövlətinin təhlükəsizliyidir. Ona görə bu əməliyyatı həyata keçirən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və digər qurumların bu fəaliyyəti yüksək səviyyədə qiymətləndirilməlidir: “Nəticə etibarilə əgər nəzarətdən kənar hər hansı bir terror hadisəsi baş verərdisə, bu, digər çoxsaylı terror qruplaşmalarını da terror aktı həyata keçirməyə motivasiya edə bilər. Ona görə də bizim müvafiq qurumların, xüsusilə də DTX-nın məlumatları əldə etməsi, terror baş vermədən öncə terrorçuları zərərsizləşdirməyi bacarması ayrıca qeyd olunmalı hadisədir. Bu gün Azərbaycanın əldə etdiyi tarixi zəfər bir çox ölkələr tərəfindən qəbul edilə bilmir. Ona görə də ən müxtəlif istiqamətlərdən ən müxtəlif prioritetlər üzrə Azərbaycanda terror törətməklə Azərbaycan dövlətini etibarsızlaşdırmağa çalışırlar. Azərbaycan dövlətini vətəndaşlarının gözündən salmağa çalışırlar. Və bu, sadəcə, bir hadisə ilə yekunlaşmayacaq. Bu təhdid daim olacaq. Bu baxımdan mən düşünürəm ki, vaxtında atılan addım, əməliyyat şəraitinin düzgün qiymətləndirilməsi, terrorla bağlı informasiyanın əldə edilməsi üçün informatorların hazırlanması və onların prosesə cəlb olunması mürəkkəb bir sxematik plandır və bu planın həyata keçirilməsi Azərbaycan dövlətinin, hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin olunması baxımındam fövqəladə əhəmiyyətli bir hadisədir”.
musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
|