“Musiqiçilər mənə deyir ki, sənətimizi ucuzlaşdırırsan, alçaldırsan” .....                     "Azərşəkər", "Ticarət limanı", "Azgranata", "Astaraçay" və Azərbaycan təhsili... - .....                     Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir .....                     Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? .....                     Efirlərimiz məişət mövzularının meydanına çevrilib .....                     Millət vəkili Məşhur Məmmədovun şirkəti bu xəstəxanaya 119 min manatlıq mal satdı .....                     "Onun əsl anası ilə maraqlanıram ki, kimdir..." .....                     Sərdar Cəlaloğludan Bəhram Bağırzadəyə ağır ittiham .....                     Məryəm Ələkbərli dünyasını dəyişdi .....                     Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? .....                     Putinin 18 il əvvəl müharibəni başladan mesajı: .....                     Paşinyan Bərzani ilə görüşdü .....                     Şirvanda 138 milyon manatlıq zavodun .....                     “Putin-Tramp görüşünü keçirməyə hazırıq” .....                     Ceyms Vens hər şeyi .....                     Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb .....                     Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər .....                     Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib .....                     Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır .....                     “Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” .....                     Qurultayda Özələ səs verənlər pul alıb? .....                     Bələdiyyə sədrləri nə vaxt seçiləcək? .....                     “Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” .....                     30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" .....                     ABŞ Konqresində Azərbaycan müzakirələri .....                     Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə .....                     Ağır avtoqəza törətmiş məmur övladları .....                     Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb .....                     AZƏRİQAZ-da ibtidai icma quruluşudur? .....                     Trampın hədəfindəki əsas ölkə hansıdır? .....                     Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... .....                     “Rusiya buna görə inciyirsə, getsin su içsin...” .....                     "Kağız üzərində hər şey gözəl görünür..." .....                     İraqın bu şəhərində türk dili rəsmi dil oldu .....                     Azərbaycanda Ramazan .....                     Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir .....                     Paşinyanın istefası prosesinə başlayırlar .....                     Amerikalılar Orta Asiyadan qovulur? .....                     Bakının qoşulduğu dəhliz bloklana bilər? .....                     Seçkilərdə qalib gəldi, bir gün sonra öldü .....                 

Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Tarix: 5-02-2025, 00:05 | Çap et
Sürpriz səfər:  Bakı və Tehran üçüncü oyunçulara mesaj verir?
Ötən həftənin sonunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tehrana göslənilməz və görüşlərlə zəngin olan səfəri baş tutub.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri İranın paytaxtında ilk olaraq Azərbaycanın yeni səfirlik binasını ziyarət edib. Daha sonra o, İran Prezidentinin müşaviri Mehdi Sanai ilə görüş keçirib. Bu görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsinin vacibliyi vurğulanıb.

İranın IRNA agentliyinin məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi Bakı ilə Tehran arasında bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını bəyan edib. Hacıyev qeyd edib ki, Azərbaycan İranla siyasi, iqtisadi və mədəni əlaqələri məhdudiyyətlər olmadan, mehriban qonşuluq prinsipi əsasında və qarşılıqlı faydalılıq çərçivəsində inkişaf etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin əsas məqamı qarşılıqlı etimadın möhkəmləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan tərəfindən İrana heç bir təhlükə olmayacaq.

Öz növbəsində, İran Prezidentinin müşaviri bildirib ki, Azərbaycan İran üçün sadəcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları qohum və dost xalqlardır. Onun fikrincə, iki ölkə arasındakı münasibətlər sırf diplomatik formatdan kənara çıxmalı və digər dövlət və özəl sektorlara da yayılmalıdır.

“İnsanlar arasında əlaqələrin dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq və hər hansı bir gərginlikdən yayınmaqdır”, - deyə Sanai vurğulayıb.

O, əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi olduqca azdır.

“Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafına və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. Hər iki ölkənin maraqlarına uyğun iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və mühüm platformalar mövcuddur”, - Mehdi Sanai bildirib.

Bundan sonra Hacıyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə danışıqlar aparıb. Bu barədə o, özünün “X” sosial media platformasındakı səhifəsində yazıb:

“Tehrana səfər çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Bakıda aparılan müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi apardıq və Şimal-Cənub nəqliyyat dəhlizinin vacibliyini xüsusi vurğuladıq”, - deyə H. Hacıyev qeyd edib.

Azərbaycan səfirliyinin Tehrandakı mətbuat xidməti xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi daha sonra İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüş keçirib. Görüşdə elmi-tədqiqat mərkəzləri və iki ölkənin ictimai-siyasi fikir sahibləri arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Bundan sonra isə daha yüksək səviyyəli görüş baş tutub. Mehr agentliyinin məlumatına görə, Hacıyev İranın xarici işlər naziri Abbas Araqçi ilə danışıqlar aparıb.

Sonda İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisini qəbul edib. Bu barədə İranın Azərbaycan Respublikasındakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat dərc edilib.

H. Hacıyev İran Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə dəvətini çatdırıb. İran Prezidenti salam və dəvət üçün təşəkkür edib və Azərbaycan liderinə öz səmimi salamlarını çatdırmağı xahiş edib.

Bütün bunlar hansı anlama gəlir? Məlumdur ki, bu səfər İranın dəvəti ilə baş tutub. Bəlkə İran qərara gəlib ki, Azərbaycanla münasibətləri mümkün qədər sürətli şəkildə bərpa etmək lazımdır? Amma niyə və nə üçün? Bəlkə, Azərbaycanla gərginliyin davam etməsinin İsrail və ABŞ ilə münasibətlərin daha da pisləşəcəyinə səbəb olacağından qorxurlar?

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Ekspertin fikrincə, Azərbaycan və İran arasındakı münasibətləri ümumi geosiyasi kontekstdən kənarda nəzərdən keçirmək mümkün deyil. “Hazırda geosiyasi kontekst belədir ki, həm qlobal, həm də regional siyasət səviyyəsində münasibətlər sistemində transformasiya, yenidən formatlaşdırma prosesi gedir.

Təbii ki, belə şəraitdə, Azərbaycan İran üçün, İran isə Azərbaycan üçün xüsusi maraq kəsb edir. Buna görə də tərəflər əməkdaşlığa və qarşılıqlı əlaqələrə məhkumdurlar. Burada iki yol var – ya qarşıdurma və potensial münaqişə ssenarisinə çıxış, ya da regional təhlükəsizlik platformasının formalaşdırılması üçün ümumi həll yollarının tapılması. Görünən odur ki, tərəflər ikinci variantı seçirlər.

Biz bilirik ki, son aylarda İran və Rusiya arasında siyasi səviyyədə xüsusi intensiv dialoq aparılırdı. Bu dialoq iki ölkə arasında strateji əməkdaşlıq sazişinin imzalanması ilə nəticələndi. Bu sənəd regional siyasətə ciddi təsir göstərir. Çünki Moskva ilə Tehran arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivinin aktivləşməsi regional dinamikaya da təsir edəcək. Sənədə əsasən, hər iki tərəf, xüsusilə də regional səviyyədə, xarici çağırış və təhdidlərin neytrallaşdırılmasına dair razılığa gəliblər.

Sənəddə açıq şəkildə qeyd olunur ki, Tehran və Moskva üçüncü ölkələrin (xüsusilə Qərb dövlətlərinin) Cənubi Qafqazın regional dinamikasına müdaxilə cəhdlərinin qarşısını almalıdırlar. Bu məsələdə onların maraqları müəyyən dərəcədə Bakının maraqları ilə üst-üstə düşür. Çünki Azərbaycan da bölgədə xarici oyunçuların mövcudluğunun güclənməsinə və onların regional oyunçulara şərtlər diktə etməyə çalışmasına qarşı çıxır. Bu aspektdə, məhz Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və İran, Rusiya və Türkiyə tərəfindən dəstəklənən “3+3” platforması çoxşaxəli əməkdaşlıq üçün yaxşı zəmin yaradır. Yəni həm Tehran, həm də Bakı xarici oyunçuların regional proseslərə təsir etməsinin əleyhinədir. Onlar elə bir davamlı təhlükəsizlik sistemi yaratmaq istəyirlər ki, burada hər bir oyunçu digərinin maraqlarını nəzərə alsın və siyasətini bu maraqların toqquşmasının qarşısını alacaq şəkildə qursun”, - deyə analitik bildirib.

Onun sözlərinə görə, Bakı və Tehran arasında təbii kəsişmə nöqtələri var. “Bu nöqtələr ondan ibarətdir ki, tərəflər özlərinin regional və beynəlxalq arenada dayanıqlığını artırmağa imkan verən regional layihələrin həyata keçirilməsində maraqlıdırlar. Xüsusilə, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi həm Bakı, həm də Tehran üçün xüsusi əhəmiyyət kəsb edir. Hər iki tərəf bu layihənin inkişaf etdirilməsinə maraq göstərir.

Lakin burada real problemlər mövcuddur – xüsusilə İran tərəfindən verilən bəyanatlara baxmayaraq, “Şimal-Cənub” dəhlizi çərçivəsində konkret layihələrin icrası ləngiyir. Bu, Azərbaycanı narahat edir və Bakı İrana artıq sözlərdən əmələ keçməyin vaxtı çatdığını anlatmağa çalışır. Xüsusilə, Rəşt–Astara dəmir yolunun sürətlə inşası məsələsində. Bununla yanaşı, avtomobil daşımaları sahəsində tərəflər son illərdə sabit artım qeydə alıblar ki, bu da ümumilikdə layihənin perspektivliyini göstərir.

Bundan əlavə, İranın “Araz dəhlizi” adlandırdığı Zəngəzur dəhlizinin İran ərazisindən keçən hissəsinin həyata keçirilməsi ilə bağlı məsələlər də diqqət mərkəzindədir. Burada da müəyyən irəliləyişlər müşahidə olunur.

Azərbaycan tərəfi həmçinin, ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və paralel dəmir yolu layihələrinin sürətlə həyata keçirilməsində maraqlıdır.

Bundan başqa, tərəflər digər oyunçuların konfliktli gündəminin bir hissəsi olmamaq istədiklərini açıq şəkildə nümayiş etdirirlər. Burada da çox vacib məqam ondan ibarətdir ki, Bakı və Tehran əsasən qarşılıqlı maraqlara əsaslanan və üçüncü tərəflərin maraqları ilə deyil, öz daxili maraqları ilə uyğunlaşan ikitərəfli gündəm formalaşdırmağa çalışırlar.

Azərbaycanın öz müttəfiqləri və tərəfdaşları var, İranın da öz tərəfdaşları mövcuddur və regionda bu tərəfdaşların maraqları hər zaman üst-üstə düşmür. Buna görə də burada ən vacib məqam ondan ibarətdir ki, tərəflər dialoq qurarkən, öz yaxın tərəfdaşlarının maraqları ilə deyil, birbaşa öz milli maraqları ilə hərəkət edirlər. Bu, elə bir münasibət formasıdır ki, üçüncü ölkələrə qarşı hər hansı bir addım atmağı nəzərdə tutmur”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian Qərb ölkələri ilə dialoq aparmaq istəyini heç vaxt gizlətməyib. “Azərbaycanla münasibətlər də müəyyən dərəcədə bu kontekstə daxil olur, çünki o, xarici siyasət strategiyasını elə formalaşdırmağa çalışır ki, iqtisadi maraqlarını Qərblə aktiv dialoq vasitəsilə təmin etsin. Burada söhbət Qərbin Azərbaycanda dominant mövqeyə sahib olmasından deyil, Azərbaycanla Qərb ölkələri arasında qarşılıqlı maraqların nəzərə alınmasından gedir.

Bu konfiqurasiyada İran da Azərbaycanın imkanlarından istifadə etmək istəyərdi. Çox güman ki, əsasən nəqliyyat və tranzit imkanlarından. İran üçün Qara dənizdəki Gürcüstan limanlarına ən optimal çıxış məhz Azərbaycandan keçir, oradan isə artıq Avropa ölkələrinə yol açılır. Tehran Avropa İttifaqı ilə dialoqu aktivləşdirdiyi halda, Azərbaycan tranzit marşrut kimi bu strategiyada mühüm tərəfdaş olacaq.

Azərbaycan üçün isə İran mərkəzi nəqliyyat qovşağı rolunu oynayır və ölkəni Pakistan, eləcə də Azərbaycanla son illərdə münasibətləri aktiv inkişaf edən Fars körfəzi ölkələri ilə birləşdirən bir mərkəz kimi çıxış edir.

Beləliklə, ümumilikdə demək olar ki, geosiyasi logistika ikitərəfli münasibətlərin inkişaf vektorunu müəyyən edəcək və müəyyən etməlidir. Əlbəttə ki, əgər İranın hansısa yeni rəhbərliyi bu siyasəti yenidən nəzərdən keçirməyə çalışmasa”, - deyə İlqar Vəlizadə fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Musiqiçilər mənə deyir ki, sənətimizi ucuzlaşdırırsan, alçaldırsan” - yağ qabından gitara düzəldən Natiq
Bu gün, 02:29
"Azərşəkər", "Ticarət limanı", "Azgranata", "Astaraçay" və Azərbaycan təhsili... - - Sabiq deputat Emin Əmrullayevin təyinatları haqda elə faktları açıqladı ki...
Bu gün, 02:25
Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:17
Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? - AKTUAL
Bu gün, 02:14
Efirlərimiz məişət mövzularının meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 01:02
Millət vəkili Məşhur Məmmədovun şirkəti bu xəstəxanaya 119 min manatlıq mal satdı - TƏFƏRRÜAT
Bu gün, 00:57
"Onun əsl anası ilə maraqlanıram ki, kimdir..."
Bu gün, 00:50
Sərdar Cəlaloğludan Bəhram Bağırzadəyə ağır ittiham - "Rusiyanın təsir agentidir"
Bu gün, 00:47
Məryəm Ələkbərli dünyasını dəyişdi
Bu gün, 00:44
Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? - AKTUAL
Dünən, 18:07
Putinin 18 il əvvəl müharibəni başladan mesajı: - Eyni məkanda təkrarlandı
Dünən, 18:03
Paşinyan Bərzani ilə görüşdü
Dünən, 18:02
Şirvanda 138 milyon manatlıq zavodun - 22 MİLYON MANATDAN ÇOX VERGİ BORCU VAR
Dünən, 17:31
“Putin-Tramp görüşünü keçirməyə hazırıq” – Səudiyyə Ərəbistanı
Dünən, 17:29
Ceyms Vens hər şeyi İZAH ETDİ
Dünən, 17:22
Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb - RƏY
Dünən, 14:00
Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər – Bakı həlledici addıma gedir?
Dünən, 13:58
Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib
Dünən, 13:35
Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır - FOTO
Dünən, 13:02
“Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA
Dünən, 13:00
Qurultayda Özələ səs verənlər pul alıb? - CHP-də ŞOK
Dünən, 12:58
Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA
Dünən, 12:30
“Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” - “Hraparak”
Dünən, 12:13
30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" - ŞOK OLAY
Dünən, 12:06
ABŞ Konqresində Azərbaycan müzakirələri - Bakıdan reaksiya
Dünən, 12:00
Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə REAKSİYA
Dünən, 11:55
Ağır avtoqəza törətmiş məmur övladları – ADLAR
Dünən, 11:52
Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb - DİQQƏT!
Dünən, 11:42
AZƏRİQAZ-da ibtidai icma quruluşudur? - "Yorucu və riskli əməliyyatdır..."
Dünən, 11:41
Trampın hədəfindəki əsas ölkə hansıdır? - İNCƏLƏMƏ
Dünən, 11:32
Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... - Elçin Alıoğlu yazır...
Dünən, 11:29
“Rusiya buna görə inciyirsə, getsin su içsin...” - ŞƏRH
Dünən, 11:17
"Kağız üzərində hər şey gözəl görünür..." - Camaat naziri TOPA TUTDU
Dünən, 11:13
İraqın bu şəhərində türk dili rəsmi dil oldu
Dünən, 11:09
Azərbaycanda Ramazan nə vaxt BAŞLAYIR?
Dünən, 11:06
Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir - Fuad Abbasov
Dünən, 11:03
Paşinyanın istefası prosesinə başlayırlar - “Yenidən baş nazir olmağa qoymayacağıq”
Dünən, 11:01
Amerikalılar Orta Asiyadan qovulur? – 33 ildən sonra…
Dünən, 10:59
Bakının qoşulduğu dəhliz bloklana bilər? - AKTUAL
Dünən, 10:09
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü - FOTO
Dünən, 10:04
Kremlin Güney Qafqaz xiffəti - Satanovskidən inanılmaz sözlər...
Dünən, 10:01
"Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" - ÇAĞIRIŞ
Dünən, 09:53
“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb - TƏFƏRRÜAT
Dünən, 09:47
Rektorun istefa səbəbi MƏLUM OLDU
Dünən, 09:33
İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır - "Nazirliyə deyin"
Dünən, 09:29
Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı - Simonyan əslində o mesajı verir ki...
Dünən, 09:26
Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub
Dünən, 09:24
Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… - Ekstrasens
Dünən, 09:23
Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? - ARAŞDIRMA
Dünən, 09:21
İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib? - İLGİNC...
Dünən, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru