KÖÇƏRYANIN YAXIN QOHUMU AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏDƏ
Tarix: 17-09-2012, 12:02 | Çap et
HƏRBİ SİRLƏRİMİZ DÜŞMƏNİN OVCUNDA
Bir müddət əvvəl ölkənin strateji nöqtələrindən birinə ermənilərlə yaxın münasibətdə olan və davamlı olaraq ermənilərlə əlaqə saxlayan şəxsin rəhbərlik etdiyi iddiaları ilə bağlı məlumat dərc etmişdik. Söhbət Azərbaycaının əsas ötürücü dəmiryolu stansiyalarından biri olan Daşburun stansiyasından və həmin stansiyaya rəhbərlik edən Vaqif Cavadovdan gedirdi.
Pia.az-a bu barədə daxil olan məlumatda bildirilirdi ki, Vaqif Cavadov davamlı olaraq Rusiyanın Krasondar şəhərinə gedir və orada erməni əsilli dayısı ilə görüşür.
Redaksiyamıza daxil olan yeni məlumatda isə Vaqif Cavadovun erməni qohumları ilə bağlı ətraflı məlumat verilir. Qeyd edək ki, iki həftə ərzində apardığımız araşdırmalar həmin iddiaları təsdiq etdi. Vaqif Cavadov özü isə iddiaları təsdiq etmədi və bildirdi ki, bütün bu məlumatlar həqiqəti əks etdirmir.
Məlumatlı mənbələr isə tamamilə bunun əksini iddia edirlər. Bizim Vaqif Cavadovu yaxından tanıyan bir neçə şəxslə apardığımız söhbətlər zamanı, həmsöhbətlərimiz qətiyyətlə iddia etdilər ki, Vaqif Cavadovun hazırda Qarabağda yaşayan xalasının adı Arsakdı. Xalasının oğlu Borik isə Qarabağ erməni ordusunun zabitidir. Borikin bir oğlu Qarik də həmçinin Qarabağ erməni ordusunun zabitidir. Borikin Qarabağ müharibəsi illərində Azərbaycan kəndlərində həyata keçirilən bir çox əməliyyatlarda iştirak etdiyi bildirilir.
Qeyd edək ki, hərbi cinayətkar olan Borikin familyasını dəqiqləşdirə bilmədik. Lakin bu iddia olunur ki, Borik və Vaqif Cavadov Ermənistanın keçmiş prezidenti, Qarabağda minlərlə türkün qatili olan Robert Köçəryanın qohumudurlar.
Həmsöhbətlərimiz bildirir ki, Vaqif Cavadov 1980-ci illərdən başlayaraq Robert Köçəryaının «Miatsum» təşkilatı ilə əlaqəli çalışıb. Vaqif Cavadovun xalası olğlu Borik isə Beyləqanda «Miatsum» təşkilatının kassiri olub və Beyləqanda yaşayan ermənilərdən «Miatsum» təşkilatı üçün pul toplayıb.
Onu da qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Xankəndində doğulsa da, uzun illər Beyləqanın el arasında «Sedmoy» adlandırılan «7-ci Oba» kəndində yaşayıb. Köçəryan «Miatsum» təşkilatını da elə Beyləqanda yaradıb.
Həmsöhbətlərimiz bildirirlər ki, Köçəryanla Vaqif Savadov arasında qohumluq bağları var və bunu Beyləqanda bir çoxları bilir.
Bildirilir ki, Daşburun stansiyasının rəisinin dayıları da kifayət qədər Azərbaycana qarşı cinayət törətmiş insanlardır. Onları yaxından tanıyan həmsöhbətimizin sözlərinə görə, hazırda Krosnadarda yaşayan Jorik adlı dayısı uzun illər boyu «ASALA» terror təşkilatının üzvü olub.
Jorik 1986-cı ilə qədər Beyləqanın «7-ci Oba» kəndində yaşayıb. 1986-cı ildə isə Krosnadara köçüb. Bildirilir ki, hazırda Vaqif Cavadov ayda ən azından bir dəfə Krosnadara gedir və orada dayısı ilə görüşür. Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyinin cəbhə bölgəsinə gedən bütün eşlanları Beyləqanın Daşburun stansiyasından keçir. Həmin eşelonlar barədə isə stansiyanın rəisi Vaqif Cavadovun birbaşa məlumatı olur.
Ona görə də ehtimal etmək olar ki, Vaqif Cavadovun ayda bir dəfədən az olmayaraq Kronadara gedib, «ASALA» terror təşkilatının üzvü olan dayısı Joiklə görüşməsi, məhz Daşburundan keçən hərbi eşalonlarla bağlı ola bilər.
O da bildirilir ki, Jorik hazırda Krosnadarda böyük biznes sahibidir və onun iqtisadi gücü daha çox erməni terrorizminə xidmət edir. Həmsöhbətimiz bildirdi ki, Daşburun stansiyasının rəisi sonuncu dəfə bir neçə həftə bundan əvvəl Krasondarda olub və ehtimal edilir ki, orada erməni dayısı ilə görüşüb.
Vaqif Cavadovun başqa bir dayısı isə Almaniyada yaşayır. Vartan adlı bir dayısı isə hazırda Qarabağda yaşayır. Bildirilir ki, Vaqif Cavadovun bütün dayıları 1990-cı ilə qədər Beyləqanın «7-ci Oba» kəndində yaşayıblar.
Bizim araşdırmamız zamanı bəlli oldu ki, Daşburun stansiyasının rəisi Vaqif Cavadovun ilginc taixçəsini Azərbaycan Dəmir Yolu İdarəsinin rəhbərliyi bilir. Eyni zamanda başqa dövlət orqanlarının da, bu barədə məlumatı var. Ancaq dəfələrlə Vaqif Cavadovun Daşburun stansiyasının rəisi vəzifəsindən alınması ilə bağlı məsələ qaldırılsa da, hansısa “sehrli əl” Vaqif Cavadovun toxunulmazlığını təmin edib.
PİA.AZ-ın apardığı araşdırma zamanı isə bəlli olub ki, Vaqif Cavadovu Azərbaycan Dəmir Yolu İdarəsində müdafiə edən “sehrli əllər”dən biri idarənin rəis müavini Əlirza Süleymanovdur. Məhz Əlirza Süleymanovun göstərdiyi dəstək nəticəsində bu gün ölkənin strateji əhəmiyyətli dəmir yolu stansiyalarından birinə torpaqlarımızın 20%-ni işğal edən düşmən erməni tərəfi ilə sıx əlaqələri olan biri rəhbərlik edir.
Mənbə bildirir ki, Vaqif Cavadov tez-tez Bakıya gələrək Əlirza Süleymanovla görüşür və ona daima «görüm-baxım» edir. Onun sözlərinə görə, Ə.Süleymanov nəqliyyat naziri Ziya Məmmədovun ən etibarlı adamı kimi tanınır və müəssisədə dövlət əmlakının talan edilməsində müstəsna rolu var.
Qeyd edək ki, Daşburun stansiyasının rəisi Qarabağ müharibəsində 724 saylı Beyləqan özünü müdafiə batalyonun komandir müavini olub. Həmin illər erməni qohumları ilə əlaqələr yaradan Vaqif Cavadov əsasən meyit alveri ilə məşğul olub. Yəni şəhidlərimizin ailələrindən pul alıb və ermənilərdən aldığı şəhid nəşlərini şəhidlərin doğmalarına satıb.
Həmçinin bildirdirilir ki, Vaqif Cavadovun ikili vətəndaşlığı var. O həm Azərbaycan, həm də Rusiya pasportlarını daşıyır. Rusiya pasportuna əsasən Cavadov Rostovda qeydiyyatdadır. Lakin işin maraqlı tərəfi odur ki, Vaqif Cavadov Azərbaycanda iki şəxsiyyət vəsiqəsi daşıyır. Həmin şəxsiyyət vəsiqələrinddən birinə görə o, Beyləqanda, digər şəxsiyyət vəsiqəsinə görə isə Gədəbəydə qeydiyyatdadır. Hətta Gədəbəydə ona torpaq sahəsi belə ayrılıb.
Yazıda adı keçən şəxsləri mövqeyini dərc etməyə hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|