“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                 

Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Tarix: 2-02-2025, 00:40 | Çap et
Tramp-Xamenei dialoqu alınacaqmı?
ABŞ Prezidenti Donlad Tramp hakimiyyətinin birinci dönəmində standart olmayan addımları ilə yadda qalmışdı. Belə addımlardan biri də onun Şimali Koreya lideri Kim Çen Inla görüşü sayılır.

Donald Tramp yenidən dövlət başçısı seçiləndən sonra ilk açıqlamalarından biri də Kim Çen Inla əlaqə saxlayacağı barədə olub. O, Şimali Koreya liderini tərifləməkdən də çəkinməyib: “Kim Çen In ağıllı adamdır”.

Xatırladaq ki, 2018-ci ilin iyununda Sinqapurda tarixdə ilk dəfə ABŞ-KXDR sammiti keçirilib və yekunda birgə sənəd qəbul edilib. Pxenyan bundan sonra Vaşinqtonun təhlükəsizlik zəmanəti müqabilində nüvəsizləşdirmə öhdəliyini götürüb. İkinci sammit 2019-cu ilin fevralında Hanoyda keçirilib. Tramp və Şimali Koreya lideri Kim Çen In bir neçə görüşdən sonra razılığa gələ bilməyiblər və ortaq sənəd imzalanmayıb. 2019-cu il iyunun 30-da Tramp və Kim Çen In arasında üçüncü görüş KXDR və Koreya Respublikası sərhədində hərbisizləşdirilmiş zonada baş tutub. 2019-cu il oktyabrın 5-də ABŞ və Şimali Koreya rəsmiləri İsveçdə işgüzar səviyyədə görüşüblər, ancaq danışıqlar nəticəsiz başa çatıb.

Bütün hallarda, bu görüş “soyuq müharibə” dövründən sonra mütərəqqi addım sayılırdı. Onda iki Koreyanın birləşməsi ehtimalı da artmışdı. Cənubi Koreyanın o vaxtkı Prezident Mun Çje İnin Şimala səfər edəcəyi belə güman edilirdi.

ABŞ ilə Rusiya liderləri arasında dörd ildir təmas yoxdur. Bu müddətdə keçmiş Prezident Cozef Baydenlə Rusiya lideri Vladimir Putin daha çox bir-birinin arxasınca danışmaqla yadda qalıb. Bu baxımdan, yenidən onunla görüşəcəyinə dair açıqlaması da Trampın atacağı standart olmayan addımlardan sayılır. Çünki Rusiyanın Ukraynada apardığı müharibənin indiki vəziyyətində belə bir addımın atılacağına dair anonsun verilməsi ABŞ-nin RF-dən üstünlüyünün göstəricisidir.

Tramp Putinə müraciətində “sövdələşməyə” və müharibəni dayandırmağa çağırıb. Onun sözlərinə görə, Rusiya bundan imtina edərsə, ABŞ RF-yə qarşı yeni rüsumlar və sanksiyalar tətbiq edəcək. Bununla belə, Tramp təklif etdiyi “sövdələşmənin” məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.

Bunu Trampın görüşqabağı anonsu da saymaq olar. Onun dediklərini belə də yozmaq olar: “Ya Rusiya müharibəni dayandırıb sövdələşməli, ya da tətbiq ediləcək yeni daha sərt sanksiyaları qarşılamağa hazır olmalıdır”. O, bu məsələdə Çini danışıqlara cəlb etmək niyyətindədir. Tramp prosesə rəsmi Pekini qoşmaqla RF-ÇXR cütlüyünü beynəlxalq ictimaiyyətə sanki təqdim edir.

Tramp Putinlə də, Kim Çen Inla da görüşmək istəyir, Çini prosesə qoşmağa çalışır. Maraqlıdır, o, İranın ali rəhbəri ilə də görüşə bilərmi?

ABŞ prezidentləri ilə ayətullah Seyid Əli Xamenei arasında əvvəllər məktublaşma olub. 2018-ci ilin iyununda isə Yaponiyanın məhrum Baş naziri Sindzo Abe danışıqlar haqqında Trampın məktubunu İranın ali rəhbərinə təqdim etmişdi. Onda Xamenei “amerikalıların dürüstlüyünə inanmadığını” söyləmişdi.

Tramp bildirmişdi ki, İslam Respublikasında hakimiyyəti dəyişmək niyyəti yoxdur.

İranın ali rəhbəri isə cavab olaraq deyib: “Trampın açıqlaması yalandır. O bunu edə bilsəydi, edərdi”.

Deməli, İran lideri ağlından keçəni dilinə gətirib. Belə çıxır ki, rəsmi Vaşinqton rejimi dəyişməyəcəyinə dair öhdəlik götürsə, Xamenei danışığa başlayar.

Bu günlərdə İranın ali rəhbərinin Xuzistan ətalətindəki nümayəndəsi Məhəmmədnəbi Musəvifərd deyib: "Amerika ilə danışıqlar ali rəhbərliyin imkanları daxilindədir. Biz onun işinə qarışmamalıyıq, əksinə, ali rəhbərin əmrlərinə tabe olmalıyıq”.

Onun sözlərinə görə, təcrübə sübut edib ki, ABŞ danışıqlarda heç vaxt bir addım belə geri çəkilməyəcək.

Prezident Məsud Pezeşkian İsraildən başqa istənilən dövlətlə danışıq aparmağa hazır olduqlarını vurğulayıb.

Başqa tərəfdən, Tehran hakimiyyəti nüvə proqramı üzrə yeni danışıqlar və müqavilənin imzalanmasını istəyir. Çünki hazırda İslam Respublikası ilə Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların növbəti mərhələsinə hazırlıq işləri görülür. İslam Respublikasının çağırışı ABŞ-yədir. Çünki mövcud, dondurulmuş Əhatəli Razılaşma Müqaviləsinin icrası Ştatların sanksiyalarına əsasən dayandırılıb. Bu baxımdan, Tehran əslində bununla ABŞ-ni danışığa dəvət edir.

Rəsmi Vaşinqton da İranla müharibə edənə, yaxud bu ölkədə rejimi dəyişənə oxşamır.

Məsələn, bu günlərdə ABŞ ilk dəfə olaraq İranı insan haqlarını pozduğuna görə tənqid etməyib. BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 48-ci Qlobal Dövri Tədqiqat iclasında ABŞ ilk dəfə olaraq İranda insan hüquqlarına dair vəziyyəti tənqid etməkdən vaz keçib.

Bildirilib ki, 2010-cu ildən Vaşinqton Tehrana İranda insan haqlarının pozulmasını tənqid edən tövsiyələr verib. Bu il isə belə bir məsləhət verməyib.

Bunu da Ştatların İrana özünəməxsus jesti saymaq olar.

Donald Trampın prezidentliyi yeni başlayıb. Qarşıda hələ dörd il var. O, İrana yönəlik gözlənilməz addımlar ata bilər.

Rusiyanı təkləməyin əsas yollarından biri Tehran-Moskva cütlüyünün qərbə qarşı birgə fəaliyyətinə mane olmaqdır. Tramp Rusiyanın Ukraynada apardığı müharibəni dayandırmaq üçün Çini prosesə qatmaq istəyir. Bu, Ukrayna məsələsində məsuliyyətin bölüşdürülməsi və Pekinin Rusiyaya hərbi texnika və avadanlıq göndərməsini əngəlləmək deməkdir. İranla münasibətlərin istiləşməsi İslam Respublikasının Rusiyanı müharibədə dəstəkləməsinin qarşısını almaq üçün atıla bilər. Beləliklə, Yaxın Şərqdə dəyişikliyin siyasi-coğrafi miqyası genişlənər. Çünki Tehran hakimiyyəti çətinə düşəndə silaha deyil, masa arxasına keçməyə üstünlük verəcək. Vəziyyətin gərginləşməsi, hərb ritorikasından daha çox ziyanı İran hakimiyyəti görə bilər. Bunu Bəşər Əsəd islahata deyil, qarşıdurmaya getməklə isbatlayıb. Ona görə Xameneinin hakimiyyətin dəyişdirlməyəcəyi ilə bağlı ABŞ-dən alacağı təminat, danışıqlar başlaması üçün stimul ola bilər.

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru