Tanınmış filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Niyazi Mehdi reanimasiyadan palataya köçürülüb.
Bu barədə Pravda.az-a onun oğlu məlumat verib.
Oğlunun sözlərinə görə, N.Mehdinin vəziyyəti stabildir: "Həkimlər səy göstərirlər. Ümid edirik, problemlər aradan qalxacaq".