ƏVƏZ ZEYNALLINI NİYƏ TUTUBLAR?
Tarix: 31-10-2011, 21:01 | Çap et
REDAKTORUN EVİNDƏ KÜLÇƏ AXTARIŞI
Millət vəkili Gülər Əhmədovanın şikayəti ilə jurnalistə qarşı külli miqdarda rüşvət tələb etmək maddəsi üzrə cinayət işi başlanıb.
«Bizim evimizdə axtarış aparıblar. Evdə xəstə atam yatır. Bu adam anlaqsız sayılır, onu iflic vurub. Ondan tələb ediblər ki, pul verin, külçə qızıl verin, iri karatlı brilyant və bir də avtomat silah. Baş redaktorun evində avtomat silah hardan ola bilər ki?» Bunu deyən Məlahət Zeynallıdır. Oktyabrın 28-də korrupsiyada ittiham olunaraq, haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilən «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı. Onların evində axtarışı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları aparıblar. «Xural»ın redaksiyasında, redaktorun evində və avtomobilində olduğu kimi. Artıq vəkil bununla bağlı apelyasiya şikayəti verib. REDAKTORUN EVİNDƏ TAPILAN DƏFTƏRÇƏDƏ NƏLƏR YAZILIBMIŞ Məlahət Zeynallı deyir ki, axtarış aparanlar evdən onun dəftərçəsini götürüblər. Həmin dəftərçədə o, evlərinin tikintisi ilə bağlı qeyd aparırmış: «Yəni nə qədər daş istifadə olunub və s. Hər adamda sərfiyyatlarla bağlı belə dəftərçə olub. Həmin qeydləri sevincək götürüblər ki, gəlir-çıxar qeyd olunub. Mən bir daha bəyan edirəm ki, bu, siyasi məsələdir. Maraqlanın ki, Əvəz Zeynallını son aylarda kimlər məhkəməyə verib, cərimə etdirib. Bircə o siyahıya baxmaq kifayətdir ki, nəticəsini görəsən...» Yada salaq ki, «Xural» qəzetinin əmlakı oktyabrın 19-da müsadirə olunub. Buna səbəb Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı qaldırdığı iddia olub. Az sonra isə redaktora Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 maddələri ilə iş qaldırılıb, o, böyük həcmdə rüşvət qoparmaq cəhdində ittiham olunur. Cinayət işinin qaldırılmasına səbəb deputat Gülər Əhmədovanın ərizəsidir. KORRUPSİYA, YOXSA SİYASİ İTTİHAM? Oktyabrın 31-də hüquq müdafiəçiləri ilə bir yerdə toplanan Redaktorlar Birliyinin iclasında da əsas fikir bu oldu: «Bu korrupsiya yox, siyasi ittihamdır».
«Bütün işimiz-gücümüz, cəhdlərimiz bu olmalıdır ki, bütün cəmiyyət, bütün dünya inansın: bu saxta və qurama işdir». «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid toplantıda belə dedi və əlavə etdi: «Ortalıqda cinayət yoxdur. Hətta cinayət niyyəti də yoxdur. Bircə niyyət var. O da bir insanı şərləyib tutmaqdır». SƏS YAZISI SÜBUT SAYILA BİLƏRMİ? Əvəz Zeynallının vəkili Elçin Sadıqov isə deyir ki, istintaqın sübut kimi əlində bircə dənə səs yazısı var. Ancaq ondan da sübut kimi yararlanmaq Konstitusiyanın 33-cü maddəsinə görə yolverilməzdir. Vəkilin dediyinə görə, söhbət Gülər Əhmədovanın ərizəsinə əlavə etdiyi diskdən gedir. «Orda Əvəz Zeynallının rüşvət tələb etməsi eşidilirmi?» AzadlıqRadiosunun sualına vəkilin cavabı belə oldu: «Onu biz hələ eşitməmişik. Bu haqda ekspert arayışı var. Yəqin ki, ekspertiza təyin olunacaq. Amma yenə deyirəm ki, bu qanunsuz yolla əldə olunmuş sübutdur. İstənilən şəxsin səsini, son 6 aydakı danışıqlarını götürüb istənilən halda montaj etmək olar. Hətta yeni texnologiyalar əsasında şəxsin səsindən istifadə edərək istənilən ifadəni əldə etmək olur. Bütün hallarda bu şübhəli məsələdir. O məhkəmə qərarı ilə əldə olunsaydı, biz onu real sübut kimi qəbul edərdik. Mən düşünürəm ki, həbsi jurnalist fəaliyyəti ilə bağlıdır və bunu təxribat sayıram». «ŞÜBHƏLİ MƏQAMLARA GÜLƏR ƏHMƏDOVA AYDINLIQ GƏTİRƏ BİLƏR, AMMA O DA SUSUR» «Femida 007» qəzetinin redaktoru Əyyub Kərimov belə deyir. Onun fikrincə, Gülər Əhmədova danışmasa belə, onun Əvəz Zeynallı ilə üzləşməsi qaçılmazdır. Və bu, hüquqşünaslara fikir deməyə imkan yaradacaq. «İndiliksə suallar çoxdur, danışansa bir tərəfdir». Redaktor ona da diqqət çəkir ki, istintaqı Korrupsiyaya qarşı Mübarizə İdarəsi kimi ciddi qurum aparır. Və idarə ciddi dəlil-sübut olmadan çətin həbs aparsın: «Guya hansısa yazının getməməsi üçün pul tələbi qoyulub. Mən deyə bilmərəm Gülər Əhmədovanın əlində nələr var. Ancaq beləydisə pul niyə götürülmürdü? Adətən pul tələb edən daha çox zəng edir. Biz hələ də bilmirik söhbət hansı şantajdan gedir. Gülər Əhmədova deputatdır. Onun şəxsi həyatı da cəmiyyətə maraqlıdır. Bu da sual doğurur». Deputat Gülər Əhmədovanın Kiprdə olduğu bildirilir. O, oktyabrın 31-də «Facebook» səhifəsində yazıb ki, suallara bir qədər sonra ona yaxın olan «merkez.az» saytında cavab veriləcək. Hələ ki, cavab yoxdur...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
|