ƏLÖVSƏT OSMANLI MİSİR MƏRDANOVU “SÖKDÜ”
Tarix: 7-09-2012, 13:51 | Çap et
“BU İL DƏ TƏHSİLİMİZDƏN HEÇ NƏ GÖZLƏMİRƏM”
DİA.AZ: - Bir neçə gün öncə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının mətbuatda geniş müsahibəsi dərc olundu. Müsahibəsində o, hər il yaşanan dərslik problemindən tutmuş kurikulumun tətbiqinədək bir çox məsələlərə toxunmuşdu. Bununla bağlı bəzi məsələlərə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının da münasibətini öyrəndik.
– 2008-ci ildə yeni kurikulumların tətbiqinə start verildi və indiyədək onlar əsasında yalnız 1-4-cü siniflərin dərslikləri hazırlanmışdı. Bu ildən isə 5-ci siniflər üçün yeni dərsliklərin istifadəsinə başlanılacaq. Bu haqda nə deyə bilərsiniz? – Sualınızın cavabına bir az uzaqdan gəlmək istərdim. Qeyd etdiniz ki, bu dərsliklər yeni kurikulumlar əsasında hazırlanıb. Əvvəla gəlin görək, kurikulumların özləri necədir, yəni onlar tənqidə nə dərəcədə davamlıdır, sonra keçərik dərsliklərə. Yəqin ki, kurikulumların hansı abırda olması barədə çap olunan silsilə yazıları və cild-cild kitabları oxumusunuz. Təhsilimizi xar edən bu eybəcər sənədlər haqqında indiyədək nə qalıb deyilməsin: “yalançı kurikulumlarla təhsilimizin məzmunu dağıdıldı”; “hazırkı kurikulumlar sınıq-salxaq şeylərdir, yoluq cücəyə bənzəyir”; “bugünkü kurikulumlar təhsilimizə qarayaradır”; “onlar müəlimlərimiz üçün əngəl-kələfə çevrilib” və s. Kurikulumlar bu gündə olanda, indi təsəvvür edin, onlar əsasında “hazırlanmış” dərsliklər nə gündədir. Üstəgəl dərslik müəlliflərimizin spektrinə nəzər salın, görün onlar kimlərdir. Bir çoxunun savadsızlığı, naşılığı və ya səriştəsizliyi onların cızmaqaralarının ilk 3-4 səhifəsindən açıq-aşkar görünür. Bir sözlə, bizim ibtidai sinif dərsliklərinin səviyyəsini postulat şəklində belə ifadə etmək olar: Dünyanın heç bir ölkəsində bu dərəcədə bədnam dərsliklər yoxdur! Bu gün 5-ci siniflərin yeni dərslikləri haqqında nazirlik yetkililəri çox danışırlar, guya onlar, əvvəlkilərdən fərqli olaraq, görənək olacaq. Nə qalıb, bir neçə gündən sonra bu dərslikləri də görəcəyik. Bəlli olacaq ki, onlar daha betər vəziyyətdədir. Digər tərəfdən, bədbəxtçiliyin dərəcəsinə baxın, 5-ci sinif dərslikləri rəsmi kurikulumlar ortalıqda olmadan hazırlanıb. Belə olan təqdirdə görülən işin ciddiliyindən necə danışmaq olar?!
– Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə deyir ki, kurikulumlar təsdiq olunub, amma toplu halında çap olunmayıb... – Məsələ də elə bundadır, guya kurikulumlar təsdiq olunub, sadəcə olaraq, onları çap edə bilməyiblər. Əgər kurikulumlar kitab halında deyilsə, onlara necə rəsmi sənəd statusu vermək olar?! Onlar haqqında necə rəy bildirmək olar?! Elektron variantı haqqında tənqidi bir fikir söyləyəcəksən, götürüb dəyişdirəcəklər, heç nəyi də sübut edə bilməyəcəksən. Amma onlar kitab şəklində çap olunsa, bunu edə bilməyəcəklər. Siz özünüz deyin, diskdəki, yaxud fləşdəki hər hansı materialı rəsmi sənəd saymaq olarmı? Şahbazlıdan soruşsaq ki, müsabiqəyə dərsliklərin çap yox, elektron versiyasını təqdim etsələr, onları qəbul edərsinizmi, yəqin deyəcək: əlbəttə yox! Yaxşı onda niyə kurikulum kimi ciddi sənəd cəmiyyət arasında kitab halında yox, disklərdə və fləşlərdə “əl-əl” gəzir.
– Bəs onda kurikulumların çap olunmamasının əsas səbəbi nədir? – Əsas səbəb onların alayarımçıq olmasıdır. Daha doğrusu, kurikulumları başa gətirə bilmədiklərindən çap edə bilmirlər. Yalandan dövlətə və hökumətə hesabat verirlər ki, guya 5-11-ci siniflərin kurikulumları hazırdır və 02.06.2011-ci il tarixində nazirin 963 saylı əmrilə təsdiq olunub. Ortada isə kurikulumların məzmun standartlarının layihəsindən başqa bir şey yoxdur. Vəziyyətin həddən artıq kritik olması nazirin həmin əmrinin 6-cı bəndindən də açıq-aydın görünür: “Nəzərə alınsın ki, mahiyyət etibarı ilə ümumi orta və tam orta təhsil səviyyələri üçün fənn proqramları (kurikulumları) ilk dəfə hazırlandığından onlar tətbiq edilənədək həmin sənədlərdə redaktə xarakterli və digər aidiyyəti düzəlişlər oluna bilər”. Necə yəni “redaktə xarakterli və digər aidiyyəti düzəlişlər (?!) oluna bilər”? Axı, bu deyilənlər də daxil, bütün prosedurları keçib gəldikdən sonra kurikulumlar təsdiq edilə bilər. Burada bir şeyi də deyim: Yalandan da olsa, məzmun standartlarının layihələri uydurma kurikulum layihəsi adı ilə “Azərbaycan müəllimi” qəzetində dərc olundu, riyaziyyatdan heç bunu da etmədilər. Belə çıxır, cənab nazir yarımçıq sənədləri təsdiqləməklə öz imzasına hörmət etməyib... Sizi əmin edirəm, bundan sonra hələ bir il də keçəcək, yenə 5-11-ci siniflərin kurikulumları çap olunmayacaq. Buna dəqiq inanmaq istəyirsinizsə, maraqlı bir araşdırma da apara bilərsiniz. Yüz bəhanə gətirəcəklər. Yəqin əsas bəhanələri də bu olacaq ki, maliyyə vəsaitimiz çatışmır, ona görə də çap edə bilmirik. Halbuki buna o qədər də maliyyə gərək deyil. Onda sual verin: Necə olur ki, boş-boş şeylərə vəsait tapa bilirsiniz, amma təlimin təməlini təşkil edən kurikulumların çapına tapa bilmirsiniz? Əgər buna da bir söz tapsalar, onda şəstlə deyə bilərsiniz: Təsdiq etdiyiniz kurikulumların elektron variantını on günə redaksiyamıza təqdim edin, bir təşkilat var, onları kitab halında çap etmək istəyir. Görək onda nə deyəcəklər...
– Faiq müəllim həm də dərsliklərin məzmununun yenilənməsindən, onların keyfiyyətinin yaxşılaşmasından danışır... – Faiq Şahbazlı və onun təmsil etdiyi qurum dediklərindən arxayın olsaydı, böyük bir təqdimat törəni keçirər, “keyfiyyətli dərsliklərini” ictimaiyyətə təqdim edər, biz də sizinlə birlikdə onların yaxşı və ya pis cəhətlərinin nədən ibarət olduğunu görərdik. Adam “dərsliklər hazırdır, məktəblərə çatdırılıb” – deyir, amma onları ictimaiyyətə təqdim etmək istəmir. Yanğından mal qaçırırmış kimi, onları gizlətməyin məntiqi nədir?! Onsuz da beş-altı gündən sonra hər şey ortada olacaq...
– Amma dərsliklərin keyfiyyətinə nəzarət üçün müstəqil Dərslikləri Qiymətləndirmə Şurası var, deyir... – Bu da təhsil məmurlarının quyruqlu yalanlarından biridir. Əgər bir qurumun üzvləri, ekspertləri nazirlik tərəfindən seçilib təsdiq və ya azad edilir, əsasnaməsinə görə nazirlik qarşısında hər il hesabat verirsə, onun nəyi müstəqildir? Müstəqil təşkilat da başqa qurum qarşısında hesabat verərmi? Həmin qurumun üzvləri ölkədə tanınmış və çoxlu sayda dövlət işləri olan şəxslərdir. Onların bir neçə günün içərisində minlərlə səhifə dərsliyi saf-çürük edib düzgün qiymətləndirməsi haqqında cəfəngiyyata qarğalar da gülər.
– Bəs onda bu şəxslərin orada təmsil olunmasının məntiqi nədir?! – Məntiqi çox sadədir. Nazirlik onların gur-gur guruldayan adlarından və titullarından istifadə edir, dərsliklərin qiymətləndirilməsi sahəsindəki zibillərini süpürərək xalça altına yığır. Onlar da bunun qarşılğında yeni vəzifələr və dərslik müəllifliyi əldə etmək şansı “qazanırlar”.
– Belə görünür, ölkədə dərslik müəllifliyi məsələsi hələ də həll olunmayıb... – Mən dəfələrlə dediyim bir fikri yenə təkrar edirəm: Misir Mərdanov nazir olduğu müddətdə Azərbaycan təhsilində nəinki dərslik problemi, heç bir problem həll olunmayacaq. Onun komandası problemləri həll etməklə yox, problem yaradıb ondan “bəhrələnməklə” məşğuldur. Baxın, indiyədək, nazir və Faiq Şahbazlı başda olmaqla, nazirliyin şöbə müdirləri, onların qohum-əqrəbaları, DQŞ üzvləri dərslik müəllifi olurdularsa, indi övladlarını da bu işə “qoşublar”. Ötən il Faiq Şahbazlının qızının iki dərsliyi çap olundu. Görək o, bu il şapkasından daha nələri çıxaracaq...
– Yeni dərs ilinin başlanmasına sanılı günlər qalır. Təhsil sahəsində bu ildən nə gözləntiləriniz var?.. – Qovut bilirsinizmi nədir? İndini bilmirəm, əvvəllər qovrulmuş buğdanı kirkirədə çəkib un halına salardılar, adına da deyərdilər: qovut. Molla Nəsrəddinin məşhur lətifəsi var. “Bir gün Molla torbasındakı qovutu yemək istəyirmiş. Möhkəm də külək əsirmiş. O, qovutu ovcunda ağzına yaxınlaşdırarkən külək sovurub aparırmış. Görənlər soruşurlar: – Molla, yediyin nədir? Molla cavabında deyir: – Külək belə əssə, heç nə!” Sizin bu sualınızı da eyni cür cavablandırardım: İşlər belə davam edərsə, təhsilimizdən builki gözləntim: “heç nə!”...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
|