YUNANISTAN ANCAQ YUNANLAR ÜÇÜNDÜR
Tarix: 29-10-2011, 16:21 | Çap et
QƏRBİ TRAKYA TÜRKLƏRİNİN LİDERİ ŞOK FAKTLARI AÇIQLAYIR
Yunanıstanda fəaliyyət göstərən Qərbi Trakya (Frakiya) Türkləri Araşdırma Mərkəzinin sədri Özkan Hüseynin APA-ya müsahibəsi.
- Yunanıstanın Qərbi Trakya (Frakiya) bölgəsində yaşayan türklərin sayı ilə bağlı müxtəlif rəqəmlər deyilir. Bu ərazidə türklərin sayı nə qədərdir?
- Rəsmi rəqəmlərdə fərqli göstərilsə də, Yunanıstandan türklərin sayı 150 min nəfərə qədərdir. Bu, bizim qoruya bildiyimiz əhalidir. Əslində Qərbi Trakya türklərinin sayı 800 minə yaxın olmalı idi. Sayın bu qədər aşağı olması türklərin bir çoxunun həmin əraziləri tərk etməsi ilə bağlıdır. Bu gün Avropa, ABŞ və Türkiyəyə köçən çoxlu sayda Trakya türkü var.
- Bu mühacirətin səbəbi nədir?
- Mühacirətin bir səbəbi var, o da təzyiqlərdir. Bəziləri tutularaq işgəncəyə məruz qalıb, bir qisim iş adamlarına isə süni şəkildə təzyiqlər edilib. Nəticədə bu insanlar öz torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Hətta vəziyyət elə gətirib ki, türklər vaxtilə sıx yaşadıqları bölgələrin bir hissəsindən də çıxmaq məcburiyyətində qalıblar.
- Belə anlaşılır ki, vəziyyət heç də yaxşı deyil.
- Bəli. Bu barədə dünya mətbuatı susur. Bu gün Yunanıstanda – Qərbi Trakyada yaşayan türklərin vəziyyəti ürəkaçan deyil. Məsələyə fərdi yanaşsaq, türklərin sosial-iqtisadi vəziyyətlərinin pis olmadığını görərik. Bu da türklərin böyük əksəriyyətinin torpaqla bağlı işlərlə məşğul olması ilə əlaqədardır. Yəni kənd təsərrüfatına üstünlük verirlər. Amma insan haqları baxımından hüquqları təmin olunmur. Yunanıstan Konstitusiyasının 5-ci maddəsində qeyd olunub ki, Yunanıstanda din, dil və irqi ayrı-seçkiliyə yol vermək qadağandır. Yəni bütün vətəndaşların hüquqları qanunla təmin edilir və qorunur. Ana digər toplumların – xristianların, yunanların hüquqları təmin olunsa da, Qərbi Trakya türklərinin haqları tanınmır. Bizim problemimiz budur. Yunanıstan öz Konstitusiyası ilə təsbit etdiyi haqlarımızı inkar edir. Beləcə, Yunanıstanda türklər təzyiq altında yaşayır. Bu, Yunanıstan üçün utandırıcı bir hal olmalıdır.
- Bu vəziyyətə qarşı mübarizə edirsinizmi?
- Əlbəttə, mübarizə aparırıq. Mətbuat orqanlarımız fəaliyyət göstərir. Lakin bunlar da davamlı olaraq hökumətin təzyiqləri ilə üzləşirlər. Bu qəzetlər demək olar ki, tez-tez hökumətə yaxın qüvvələr tərəfindən məhkəmə çəkişmələrinə cəlb olunur, cərimə edilir və ya fəaliyyətlərinə xitam verilir.
- Türklərin ana dilində təhsil alması ilə bağlı vəziyyət necədir?
- Ciddi problemlərimizdən biri də təhsillə bağlıdır. Məqsədli şəkildə orta məktəblərin yeni dərsliklərlə təmin olunmasına imkan verilmir. Məktəblərə 20 il əvvəl tərtib olunan köhnə dərsliklər paylanır. Baxmayaraq ki, Türkiyə ilə Yunanıstan arasında təhsillə bağlı saziş var və bu sazişdə dərsliklərin Türkiyədən gətirilməsi nəzərdə tutulub. Ancaq Yunanıstan hökuməti buna da məhdudiyyət qoyub. Yunanıstan qanunlarına görə məcburi təhsil 9 il olsa da, Qərbi Trakya türkləri üçün bu müddət 6 ildir.
- Etirazlarınız nəzərə alınırmı?
- Yunanıstan parlamentində 2 millət vəkili ilə təmsil olunuruq. Onlar mütəmadi olaraq, bu vəziyyətlə bağlı parlamentə sənədlər təqdim edirlər. Lakin müsbət nəticə əldə edə bilmirik. Bizə olan münasibətin kökündə irqçilik siyasəti dayanır. Halbuki Yunanıstandakı türklər bu bölgə üçün zənginlikdir.
- Problemin dünya miqyasına çıxarılması üçün türk dünyasına müraciət etmək niyyətiniz varmı?
- Biz türk dünyasının mətbuatının imkanlarından yararlanmaq istəyirik. Çünki Yunanıstan beynəlxalq media qurumlarında yer alan məsələlərə diqqətlə yanaşır. İstəyirik ki, türkdilli dövlətlərin mediası dünyada yaşayan bütün türk toplumlarının problemlərinə diqqətlə yanaşsın. Bununla dünya Yunanıstanın hansı səviyyədə demokrat olduğunu öyrənmək imkanı əldə edəcək və problemlərin həllinə qismən nail olacağıq. Təəssüf ki, bütün dövlətlərin şəxsi maraqları hər şeydən öndə gəlir. Aydındır ki, heç bir türk dövləti Yunanıstana “türklərə qarşı irqçi münasibət bəsləyirsiniz” sözünü deməz və təzyiq də etməz. Başa düşürük ki, siyasətin öz standartları var. Bizim istəyimiz budur ki, türk dövlətlərində fəaliyyət göstərən media bu problemə diqqət yetirsin. Əvvəllər dünya bu qədər qloballaşmamışdı. Yunanıstan özünü istədiyi kimi təqdim edə bilirdi. Bu gün isə ölkədaxili problemləri ortaya çıxarmaq mümkündür. Son sözüm budur ki, Yunanıstanda mədəniyyət və demokratiya yalnız yunanlar üçündür.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
|