Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                 

“Amnesty İnternational” Azərbaycandan əl çəkmir - AÇIQLAMA
Tarix: 7-05-2025, 08:43 | Çap et
“Amnesty İnternational” Azərbaycandan əl çəkmir
Azərbaycan “Amnesty İnternational”ın 2025-ci il hesabatında insan hüquqlarının pozulmasına görə tənqid olunub. “Hakimiyyətin qadağaları ölkədə insan hüquqlarına hörməti azaldıb, jurnalistlər, hüquq müdafiəçiləri və fəallar qanuni fəaliyyətlərinə görə həbs olunublar. İşgəncə və digər pis rəftar halları geniş yayılıb”, - hesabatda deyilir.

Hesabatda iddia olunub ki, Qarabağ münaqişəsi ilə bağlı “baş vermiş qanun pozuntularına görə kimsə məsuliyyətə cəlb edilməyib”. Söhbət hansı qanun pozuntularından gedir, bəlli deyil. Hesabata görə, “LGBT fərdləri ədalətli yanaşmadan məhrum edilib”.

Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva hesabatı həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli sayıb. Səbinə Əliyeva təşkilatın rəhbərinə etiraz məktubu yazaraq bildirib ki, hesabatda Ermənistandan qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsi yer almayıb.

O bildirib ki, hesabatda azərbaycanlıların üzləşdiyi mina təhlükəsi və Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı da məlumat verilməyib. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı ünvanına səslənən ittihamları rədd edir və ölkədə heç kəsin fikir ayrılığına görə təqib olunmadığını bəyan edir.

“Amnesty İnternational” indiyə qədər Azərbaycan haqda pozitiv bir detalı qeyd etməyib. Təkcə bu qeyri-hökumət təşkilatı deyil, “Human Rights Watch” və digərləri də eyni qərəzli hesabatlarla çıxış edir. Xüsusən də Qarabağ məsələsi və LGBT mövzusunda tamamilə absurd ittihamlar səsləndirilir. Maraqlıdır ki, Azərbaycan bu təşkilatların hesabatlarına etiraz etsə də, yanaşma dəyişmir. Qərb ölkələri uzun illər ölkələrin daxili işlərinə müdaxilə, öz maraqlarını təmin etmək üçün fərqli adlar altında çoxsaylı təşkilatlar yaradaraq dövriyyəyə buraxıblar. Bu bədnam siyahıya USAİD, NED, "Soros" Fondu ilə yanaşı, “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House”, “Transparency İnternational” və s. daxildir.

Adları yuxarıda qeyd olunan təşkilatlar sırasında “Amnesty İnternational” Azərbaycanla bağlı xüsusi qərəzi və ikili yanaşması ilə seçilib. Erməni lobbisinin təsiri altında olan təşkilat işğal dövründə hüquqları pozulan Azərbaycan vətəndaşları ilə bağlı heç bir hesabatla çıxış etməyib. Azərbaycan işğala son qoyduqdan sonra isə Qarabağdan könüllü çıxan erməniəsilli insanların müdafiəçisi qismində çıxış etməyə başlayıb.

Bəlkə bu təşkilatlarla əməkdaşlıq əlaqələri düzgün qurulmayıb? Niyə hesabat hazırlayarkən, Azərbaycan sənədlərlə tanış olmağı tələb etmir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, bu təşkilatlar artıq qərəzli hesabatlarla çıxış etməyi ənənəyə çevirib. Bunu bir təzyiq aləti kimi qiymətləndirən hüquq müdafiəçisi qeyd etdi ki, dəfələrlə etiraz məktubu yollanıb, amma yenə də böhtan atmaqdan əl çəkmirlər. Onun fikrincə, Azərbaycanda işgəncə hallarının geniş yayılması haqda ittihamlar əsassızdır və sözügedən təşkilat hər hansı fakta istinad etməyib: “Biz insan haqlarının vəziyyətinin ideal olduğunu iddia edə bilmərik. Sözsüz ki, qanun pozuntuları, həbs-qətimkan tədbirinin seçilməsi və s. hallarla bağlı şikayətlər olur. Ancaq bu müraciətlər araşdırılır, istintaq altında olan şəxslə görüş keçirilir, onların saxlanma şəraitindən məmnunluğu öyrənilir. Yəni bu təşkilatın yaydığı hesabatlar sübut-dəlilsiz, başdan-ayağa yalan, böhtan üzərində qurulub. Əgər obyektivlik olsaydı, rəsmi qurumların mövqeyinə də hesabatda yer verilərdi”.

Ç.Qənizadə xatırlatdı ki, “Amnesty İnternational” 2023-cü ilin sentyabrında Qarabağda silahlı separatçılara qarşı həyata keçirilən hərbi əməliyyata qarşı da çıxıb: “Biz bu faktı da unutmuruq. Belə təşkilatdan bundan sonra da obyektiv hesabat gözləməyə dəyməz. Bir neçə ay sonra yenə Azərbaycanı ittiham edəcəklər. Çünki vərdişə çevrilib və ölkənin məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları görməzdən gəlirlər. Bu məsələdə bəzi anti-Azərbaycan dairələrin də rolu danılmazdır. Onlar hesabatların hazırlanmasında adıçəkilən təşkilata dəstək verirlər”.

Hüquq müdafiəçisi əlavə etdi ki, Azərbaycanı LGBT və Qarabağla bağlı günahlandırmaq isə biabırçılıqdır, açıq şəkildə qara yaxmaq cəhdidir. Ç.Qənizadə dedi ki, bu bədnam təşkilatın anti-Azərbaycan fəaliyyəti COP29-da da özünü büruzə verib.

Xatırladaq ki, Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bu təşkilatların fəaliyyətinə toxunmuşdu.

Sitat: “Xoş xəbərdir ki, "AzadlıqRadiosu", “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru