Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                 

“Bu səfər İran-İsrail və Türkiyə-İsrail münasibətlərinin yoluna qoyulmasında önəmli rol oynaya bilərdi” - Sərdar Cəlaloğlu
Tarix: 6-05-2025, 14:10 | Çap et
“Bu səfər İran-İsrail və Türkiyə-İsrail münasibətlərinin yoluna qoyulmasında önəmli rol oynaya bilərdi”
İsrailin Baş naziri Benyamin Netanyahunun 7-11 may tarixlərində Azərbaycana planlaşdırılan səfəri təxirə salındı. İsrail mediasının məlumatına görə, səfərin təxirə salınmasının səbəbi bölgədəki son vəziyyətdir.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Benyamin Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə qeyd olunub.

Yəməndəki husilərin “Ənsar Allah” hərəkatının İsrailə zərbələr endirməsi, İsrailin cavab tədbirləri Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirmiş oldu. Eyni zamanda, İsrail Suriyadakı hədəfləri atəşə tutub ki, o hədəflər arasında Türkiyənin dəstək verdiyi qüvvələr də var. Bu amillər ekspertlərin qənaətincə, Netanyahunun səfərinin təxirə salınması səbəblərindən biri kimi göstərilir.

Eyni zamanda, başqa bir məlumata görə, mayın 2-də Suriya hava məkanında Türkiyə və İsrail hərbi hava qüvvələri arasında gərgin anlar yaşanıb. Bildirilir ki, Türkiyəyə məxsus F-16 qırıcıları ilk dəfə olaraq İsrail hərbi təyyarələri ilə üz-üzə gəlib. Hadisə İsrailin Suriyaya qarşı apardığı genişmiqyaslı hava hücumları zamanı baş verib. Məlumata görə, Türkiyə təyyarələri Suriya hava məkanına daxil olaraq İsrail qırıcılarına xəbərdarlıq siqnalları göndərib.

"Sözçü" qəzetinin məlumatına görə, eyni zamanda, İsrailin hava hücumları zamanı Türkiyə ilə əlaqəli olan “Sultan Murad” və “Süleyman Şah” kimi silahlı qruplaşmaların bazalarına da zərbələr endirilib.

Bu hadisə Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətlərin daha da sərtləşəcəyi ehtimalını artırır və regionda potensial hərbi qarşıdurma gözləntilərini gücləndirir.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran siyasətçi, Azərbaycan Dermokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Netanyahunun Bakıya səfəri zamanı yaxşı razılaşmalar olacağına ümidlər böyük idi:

- Azərbaycan İsrail-İran və İsrail-Türkiyə arasında vasitəçi rolunu üzərinə götürə bilər. Uzun illərdir ki, bu ölkələr arasında zaman-zaman gərginliklər, diplomatik savaşlar gedir. Azərbaycan İsrail-Türkiyə, İsrail-İran arasında diplomatik münasibətlərdə vasitəçi kimi böyük töhfələr verə bilər. Mən demirəm ki, Netanyahunun səfəri ilə İsrailin İran və Türkiyə ilə arasında olan problemləri tam həll olunacaqdı, amma Bakının töhfələr verəcəyi bəlli idi. Hətta bundan əvvəl də Azərbaycanın vasitəçilik etdiyi, həmin ölkələrin nümayəndələrinin Bakıda görüşlərinin keçirildiyi barədə qeyri-rəsmi məlumatlar var. Hansı ki, həmin məlumatlar təkzib edilməyib.

Amma bu günlərdə İranın Yəməndəki proksi qüvvəsi sayılan “Ənsar Allah” (husilər) təşkilatı İsrailin hava limanına hücum edib. Belə bir vəziyyətdə əlbəttə, dövlət başçısı ölkəni tərk edə bilməz. Netanyahunun ofisi Baş nazirin səfərinin təxirə salındırığı bildirib və eyni zamanda, bu hücumun arxasında hansı dövlətin dayandığını bildiklərini bəyan edib. Burada hamımız bilirik ki, israil İranı nəzərdə tutur. Ola bilsin ki, bəzi qüvvələr İranın proksisinin İsrailə hücum etməsini istədi, gərginliyin yaranmasında maraqlı oldu. Əslində bu gərginlik İrananın özünə də lazım deyil. Tehran çalışırdı ki, münaqişəli vəziyyət aradan qalxsın, müəyyən qədər münasibətlərdə yaxşılaşma olsun. Amma hansısa qüvvə buna imkan vermir. Bu onu göstərir ki, Yaxın Şərqdə gərginliyin qalmasında hansısa qüvvə maraqlıdır.

- Həmin qüvvələr hansılardır?

- Mən onu dəqiqliklə deyə bilmərəm. Amma məsələn, bu günlərdə Fransa, ABŞ və İraq Kürd Muxtar Vilayətinin Baş naziri Necirvan Bərzani yığışıb Suriya ərazisində yeni bir kürd muxtariyyətinin yaradılmasını müzakirə ediblər. Bu o deməkdir ki, yenidən Yaxın Şərqdə, Suriyada etnik münaqişə alovlanacaq. Halbuki Suriyadakı kürdlər hakimiyyətə bağlı olduqları barədə bəyanat verdilər, silahları təhvil verdilər. Suriyadakı proseslərin əsas hərəkətverici qüvvəsi, Suriyada sabitliyi təmin etməyə çalışan Türkiyənin bir şərti var: burada hansısa muxtariyyətdən söhbət gedə bilməz. Amma baxın, yenidən ABŞ, Fransa və bir də İraqdakı muxtariyyətin başçısı Suriyada da muxtariyyətin yaradılması haqqında danışırlar. Beləliklə, məncə, Yaxın Şərqdə gərginliyin qalmasında, sabitliyin yaranmamasında maraqlı olan qüvvələrin kim olması ehtimalı güclənir.

- İsrailin Suriyaya müdaxiləsi Türkiyə tərəfindən sərt qarşılandı. Məlumata görə, mayın 2-də Suriya hava məkanında Türkiyə və İsrail hərbi hava qüvvələri arasında gərgin anlar yaşanıb. Bütün bunlar nələrə səbəb ola bilər?

- Yenə də qayıdırıq Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasına. Hesab edirəm ki, bu səfər İsrail-Azərbaycan əlaqələrinin inkişafında nə qədər önəmli rol oynayacaqdısa, İran-İsrail və Türkiyə-israil münasibətlərinin yoluna qoyulmasında da bir o qədər önəmli rol oynaya bilərdi. Amma dediyim kimi, buna qarşı olan qüvvələr Yaxın Şərqdə gərginliyin artmasında maraqlı oldular. Təbii ki, İsrailin də, Türkiyənin də Suriyada maraqları var. Türkiyə Azərbaycanın qardaşı və müttəfiqidir. İsrail də Azərbaycan üçün dost və tərəfdaş ölkədir. Biz istəmirik ki, bu iki dövlət arasında gərginlik olsun. Məhz Netanyahunun Bakıya səfərində bu məsələlər müzakirə olunacaqdı. Dediyim odur ki, Bakının Ankara və Təkl-Əviv arasında vasitəçiliyi problemlərin həllində önəmli olacaqdı. Hesab edirəm ki, Suriyada stabilliyin bərqərar olmamasında maraqlı qüvvələr gərginliyə səbəb olan addımlar atdılar və nəticədə yenidən qarışıqlıq yaranmış oldu. Amma Türkiyənin də, İsrail də səbr nümayiş etdirməklərində fayda var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru