Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                 

"20-30 ildir deputat nişanı taxırlar" - AMİP yetkilisi
Tarix: 27-04-2025, 00:16 | Çap et
"20-30 ildir deputat nişanı taxırlar"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin majoritar və proporsional seçki sistemi ilə bağlı sözləri müzakirələrə səbəb olub. Bəzi partiya funksionerləri komitə rəhbərinin açıqlaması ilə razılaşmayıblar. Qeyd edək ki, Əli Hüseynli majoritar seçki sisteminin seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaratdığını deyib. O bildirib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi.

AMİP Siyasi Şurasının üzvü Əli Oruclu Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə qəbul olunarkən parlamentə seçkilər qarışıq seçki sistemi ilə nəzərdə tutulmuşdu. Siyasi şərhçi vurğulayıb ki, 2002-ci ildə Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı keçirilən referendumda həmin sistemin aradan qaldırılması və mojaritar seçki sisteminin tətbiqi qərarlaşdırıldı:

"Referendumadək parlament seçkiləri qarışıq sistem əsasında keçirildi. Yəni 125 deputat yerindən 100 deputat təkmandatlı dairələrdən mojaritar qaydada, 25 deputat isə proporsional qaydada seçildi. Əgər təhlillər aparılarsa, hər seçki sisteminin müsbət və mənfi tərəfləri üzə çıxar. Ancaq hazırda dünyanın 80 ölkəsində seçkilər proporsional, 20 ölkəsində isə qarışıq seçki sistemində keçirilir. Dünyanın əsas inkişaf etmiş ölkələri proporsional seçkilərlə parlamentlərini formalaşdırır. Qonşularımız - Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə proporsional seçki sisteminə üstünlük verir. Deməli, proporsional seçki sistemi daha mütərəqqi və ədalətli sayılır ki, bu seçki sistemi geniş yayılıb, böyük arealda tətbiq edilir. Ona görə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin səsləndirdiyi fikirləri bölüşmürəm. Onun sözlərindən belə çıxır ki, proporsional qaydada seçilən deputat seçiciləri ilə əlaqə və məsuliyyət yarada bilmir. Əgər belədirsə, dünyanın 100 dövləti öz seçki sistemini proporsionalla deyil, mojaritar əsaslarla keçirərdi. Yaxud kimsə bir neçə dəfə seçiləcəksə, bunu yenə də xalq seçəcək. Parlamentdə elə deputatlar var ki, əksər çağırışlarda onlara mandat verilib, 20-30 ildir deputat nişanı taxırlar".

Ə.Oruclunun fikrincə, proporsional seçki sistemi o səbəbdən yığışdırıldı ki, partiyaların ictimai-siyasi həyata rolu azalsın:
"Partiya daxilində və partiyalar arasında rəqabət yoxa çıxdı. Partiyaların gücünün və nüfuzunun barometri seçkilərdə qazandığı səsləridir. Bu, həm də həmin partiyaların yaşama və ayaqda qalma şansının təbii üsulla müəyyən edilməsidir. Kollektiv idarəetmənin, fikir plüralizminin inkişaf etdirilməsi baxımından da proporsional seçki sistemi əvəzsiz vasitədir. Milli Məclisin siyasi palitrasına baxsanız, aydın görərsiniz ki, keyfiyyət və rentabellilik, təşəbbüskarlıq sıfıra yaxındır. Partiyaların gələcək taleyi və inkişafı parlamentə düşən rəhbərlərindən, sədrlərindən birbaşa asılı haldadır. Həmin sədr də bunu anladığından rəhbərlik etdiyi partiyanı təkbaşına idarə etməyə və öz şəxsi maraqlarına xidmətə kökləməyə meyillənir. Partiya daxilində avtoritar mühit yaradılır. Partiyadaxili fikir müxtəlifliyi və rəqabət tədricən boğulur. Sosial sorğu aparılsa, aydın olar ki, bəzi deputatlar seçiciləri üçün əlçatmazdır və seçicilərinə, yaxud mandat aldığı dairəyə yaddır. Neçə deputat deyə bilər ki, nə qədər seçicisinin problemini həll edə bilib? Əksər hallarda keçirilən görüşlər də formal və hesabat xarakterlidir. Çünki Azərbaycanda siyasi sistem elə formalaşdırılıb ki, seçki institutları və seçkilər əhəmiyyətli rola malik deyil. Deputat hansısa icra qurumuna sorğu göndərməklə işini bitmiş sayır və seçicisinə kömək etdiyini düşünür. Deputat ondan artığını istəsə belə, etmək gücündə və səlahiyyətində deyil".

AMİP rəsmisi qeyd edib ki, 1995-ci il parlamentində ciddi rəqabət və mübarizə var idi:
"Müzakirəyə çıxarılan qanun layihələri ilə bağlı iqtidar-müxalifət arasında ciddi müzakirələr aparılırdı. Parlament qanunverici hakimiyyət qolu olsa da, siyasi institudur və siyasi mübarizə meydanıdır. İnkişaf etmiş ölkələrdə partiyalar siyasi mübarizəni küçələrdə deyil, məhz parlamentdə aparırlar. Türkiyə parlamentində hakim partiyadan başqa 6 böyük deputat qrupu var, hələ kiçik qrupları nəzərə almıram. Rusiyanın Dövlət Dümasında bir neçə partiyanı özündə birləşdirən 3 böyük və güclü fraksiya var. Gürcüstanda da onun kimi. Doğrudur, son parlament seçkilərində müxalifət parlamenti boykot etdi. Azərbaycan Konstitusiyasında fraksiya yaratmaq üçün 25 deputatın olması tələb olunur. Hazırkı tərkibdə özünü müxalifət sayan partiyaların təmsilçilərini də hesablasaq, heç 20 deputat etmir".
Analitik qeyd edib ki, deputatın vəzifəsi seçicilərin problemləri ilə fərdi qaydada məşğul olmaq yox, həmin problemləri yaradan səbəbləri aradan qaldırmaqdan ibarət olmalıdır: "Seçicini 5 dəqiqə dinləyib yola salmaq məsuliyyətli olmaq demək deyil. Məsuliyyət xalqdan mandatını alıb xalqa keyfiyyətli xidmət göstərmək, onun səsini və iradəsini yüksək tribunada ifadə etməkdir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru