PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                 

"Bu agentlik birbaşa SEPAH-ın maliyyələşdirdiyi bir agentlikdir" - deputat
Tarix: 18-04-2025, 08:36 | Çap et
"Bu agentlik birbaşa SEPAH-ın maliyyələşdirdiyi bir agentlikdir"
Məsud Pezeşkianın Bakıya səfəri ərəfəsində İranın tanınmış agentliklərindən olan “Tasnim” Azərbaycan əleyhinə yazı dərc edib. Yazı İsrailin uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin (İİDA) fəaliyyətindən bəhs edir. (mənbə: Tribuna.info)

Qeyd edək ki, SEPAH-ın birbaşa maliyyələşdirdiyi agentlik bu dəfə də fermalarda “kəşfiyyatçı” axtarmağa başlayıb. Yazıda iddia olunur ki, İİDA Azərbaycanda guya İrana qarşı fəaliyyət göstərmək üçün mövcuddur: “İİDA Azərbaycanda inkişaf layihələri adı altında İslam dünyasında ictimai rəyi çaşdırmaq, eyni zamanda İranın təhlükəsizliyini təhdid etmək və onun gələcəkdə regionda gənc nəslin formalaşması düşüncəsini təhdid etmək üçün fəaliyyətə başlayıb”.

“Tasnim” daha sonra onu da iddia edib ki, İİDA Azərbaycanda “siyasi təhdid” vasitəsi kimi nəzərdə tutulub: “Onlar sionist rejimin cinayətkar imicini təmizləmək, şiə çoxluğu olan bir islam ölkəsi ilə əməkdaşlıq yolu ilə özünü legitimləşdirmək, son nəticədə isə İrana siyasi, hərbi və insani təhdidlərə qarşı siyasi təhdid yaratmaq məqsədilə Azərbaycana daxil olub”.

SEPAH-ın agentliyi “xoruz banı eşitməmiş” bir yalanı da gündəmə gətirməyə çalışıb. Bir vaxtlar Zəngilandakı camış fermasında “İsrail cəsus”ları axtaran İran indi də bütün kənd təsərrüfatı sahəsini hədəfə alıb: “Kənd təsərrüfatı iqtisadi əhəmiyyətinə və İranla sərhəd torpaqlarına çıxışına görə sızma və casusluq üçün ideal platformadır. 2019-cu ildə İİDA suvarma avadanlığı ilə təmin etməklə Gəncə bölgəsində fermerlərin hazırlanması layihəsini həyata keçirib. Bu hərəkətlər "Netafim" kimi sionist şirkətlərin sızması və ola bilsin ki, İranla həssas sərhəd bölgələrdən kəşfiyyat məlumatlarının toplanması üçün pərdə kimi qiymətləndirilə bilər”.

İsraillə Azərbaycanın əlaqələrini təftiş edən Tehran rejimi Ermənistanla strateji münasibətlərə dair sənədin imzalanmasının vacibliyini gündəmə gətirib. Bu barədə İran Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Məcid Taxt Rəvançi müsahibəsində bildirib.

İranın yüksək səviyyəli diplomatı “Ermənistanla İran arasında strateji münasibətlərə dair sənəd imzalamaq olarmı” sualına cavabında deyib: “Yaxşı məzmunlu sənəd üzərində işləmək lazımdır ki, bu da strateji münasibətlərin formalaşması üçün daha əlverişli başlanğıc nöqtəsinə çevrilməlidir. Bəlkə də belə bir sənədin hazırlanması üçün vaxt lazım olacaq”.

Milli Məclisin deputatı Elman Nəsirov bu yazının indiki vaxtda çıxmasını təsadüfi saymır: “İran Prezidentinin Bakıya səfəri ərəfəsində "Tasnim" agentliyində ölkəmiz əleyhinə yazı dərc olunmasını təsadüf hesab etmək olmaz. Onu da nəzərdən qaçırmayaq ki, bu agentlik birbaşa SEPAH-ın maliyyələşdirdiyi bir agentlikdir. Dəfələrlə anti-Azərbaycan mövqeyi ifadə edib. Sual yaranır: niyə məhz indi? Axı ikitərəfli münasibətlərdə pozitiv bir dinamika var. Cənab Prezident ADA Universitetində keçirilən beynəlxalq forumda qeyd etdi ki, biz istəyirik ki, İranla aramızda olan o anlaşılmaz münasibətlər aradan qalxsın və münasibətlərimiz inkişaf etsin, bu bizim üçün də, İran üçün də strateji əhəmiyyətli məsələdir. Yəni biz bu siyasətə sadiqik. Eyni zamanda dövlətimizin başçısı vurğuladı ki, İrandakı prezident seçkisinin nəticələri bizi çox məmnun etdi. Bu ay İran prezidentinin ölkəmizə səfəri gözlənilir. Bu, Bakı və Tehranın maraqlarına tam uyğun gələn bir siyasətdir. Belə bir məqamda isə agentlik Azərbaycan əleyhinə yazı dərc edir, bizi İsraillə əməkdaşlıqda ittiham edir. Agentlik iddia edir ki, guya Azərbaycanda İsrailin mövcudluğu təkcə İrana qarşı deyil, bütövlükdə müsəlman dünyasının birliyinə qarşı yönəlib, həm də İranın təhlükəsizliyi üçün ciddi təhdiddir, guya gənc nəslin beynini yumaq üçün bir missiya həyata keçirilir. Onu da iddia edirlər ki, qeyd olunan təşkilat Azərbaycanda həm də təhdid vasitəsi kimi nəzərdə tutulub".

Deputat dedi ki, rəsmi Bakı ərazisindən İrana qarşı istifadəyə qarşıdır: “Əgər Azərbaycan ABŞ kimi fövqəlgücə "yox" deyibsə, 19 ildir də sözünün ağasıdırsa, necə ola bildi ki, Amerikadan dəfələrlə kiçik olan İsrail kimi dövlətin təzyiqi altında İrana qarşı təxribatçı planda yer aldıq? Bu məntiqi bir düşünsünlər. Azacıq ağlı, analitik düşüncəsi olan şəxs dərk edə bilər ki, bu mümkün deyil. Bəli, İran bizim üçün qonşu ölkədir. Bizi tarix bağlar, din, mədəniyyət birləşdirir. Orada bizim 40 milyonluq azərbaycanlımız yaşayır. Eyni zamanda biz İsraillə də dostluq münasibətindəyik. İranda oturan həmin anti-Azərbaycan dairələrə üzümü tutub deyirəm ki, ağıllı olun, gəlin fürsətdən istifadə edin. Bəli, sizin ABŞ-la, eləcə də, İsraillə münasibətləriniz çox gərgindir. Bunu yaxşı bilirik. Amma siz ağıllı olub, Azərbaycan dövlətinin imkanlarından faydalana bilərsiniz. O baxımdan faydalanın ki, Azərbaycan İranla İsrail arasındakı gərginliyin aradan qaldırılmasına öz töhfələrini verə bilər. Ağlınızı başınıza yığın, bir az düşüncəniz olsun, bir az burnunuzdan uzağa baxın. Azərbaycanla elə münasibətlər qurun ki, dövlətimiz İsraillə aranızda yaranan düşmən münasibətlərin aradan qaldırılmasına öz töhfələrini versin".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, Azərbaycan-İsrail münasibətləri hər zaman İranın hədəfində olub: “Uzun illər ərzində biz İran mediasında bu istiqamətdə yazılara da, molla rejiminin ayrı-ayrı təmsilçiləri tərəfindən verilən bəyanatlara da şahidlik etmişik.

Məlumdur ki, rejim bununla təkcə Azərbaycanı deyil, eyni şəkildə İranda Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini ortaya qoyan rəsmi şəxslərin mövqelərini də hədəfə alır. İndi də Məsud Pezeşkianın Bakıya səfəri ərəfəsində SEPAH-ın nəzarətində olan “Tasnim” agentliyinin ölkəmizin İsraillə əlaqələrini bəhanə gətirərək Azərbaycan əleyhinə yazı dərc etməsi bunun əyani sübutudur. İranda məlum kəsim bütün imkanları ilə Azərbaycan-İran münasibətlərində hər hansı yaxınlaşmanı qəbul etmək istəmir. Azərbaycanda İsrail casuslarının axtarışına çıxan molla rejimi unudur ki, uzun illər ərzində ölkəmizdə özünün ən böyük casus şəbəkəsini formalaşdıran ölkə məhz elə İran olub. İsraildən fərqli olaraq uzun illər ərzində Ermənistana hər cür dəstək verən, hətta İkinci Qarabağ savaşında öz ərazisindən ermənilərə silah-sursat göndərən də İran olub. İran tərəfi nəhayətdə anlamalıdır ki, Azərbaycanla İsrail arasında əməkdaşlıq qarşılıqlı maraqlara söykənir. Azərbaycan neftinin böyük bir hissəsini İsrailə satır, eyni zamanda İsraildən müasir silahlar alır ki, bu da həm ordumuzun güclənməsinə, həm də ölkəmizin müdafiə qabiliyyətinin artmasına səbəb olur. Azərbaycanla İsrail təhlükəsizlik sahəsində də səmərəli əməkdaşlıq edirlər. Üstəgəl, İsrail İrandan fərqli olaraq uzun illər ərzində Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həmişə Azərbaycanın yanında olub. Və ən nəhayət, Azərbaycanla İsrail arasında əməkdaşlıq heç vaxt üçüncü ölkəyə qarşı yönəlməyib. Odur ki, Azərbaycan-İsrail münasibətlərindən narahat olmaq əvəzinə yaxşı olardı ki, İran ərazilərimizin 20 faizini işğal edən Ermənistanla olan xoş münasibətlərinə, məscidləri təhqir edib tövləyə çevirən Ermənistana verdiyi dəstəyə aydınlıq gətirsin. Ona aydınlıq gətirsin ki, İslam ölkəsi ilə əməkdaşlıq yolu ilə İsrailin özünü legitimləşdirməyə cəhd etdiyini iddia etdikləri halda özləri hansı məqsədlə İslam düşməni olan Ermənistanla strateji müttəfiqlik münasibəti qurmağı hədəfləyirlər?"

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru