
“Hər elin, hər rayonun, hər obanın öz adət ən-ənəsi var. Hər kəs öz adəti ilə həm toy edir, həm də yas mərasimini yola verir. Bakılıların əksəriyyəti il mərasiminə qədər başdaşını qoyur. Çünki qəbir oturuşmalıdır, sürüşməməlidir. Başdaşını 40 mərasiminə qədər qoyanda bəzən çökmələr baş verir, daş çatlayır və s. problemlər ortaya çıxır. Mənim nənəm də, anam da rəhmətə gedəndə başdaşı il mərasiminə qədər götürülüb”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib.
O daha sonra “Rəngarəng” verilişində mərhum aktrisa Çimnaz Sultanovanın məzar daşının qoyulmamasını tənqid edənlərdən də danışıb.
“Efirlərdə Çimnazın məzarını müzakirəyə qoyub, “yazığım gəldi” sözlərindən istifadə etməyə ehtiyac yoxdur. Nə onun yaxınları, nə də dostları aciz deyil ki, Çimnaza bir başdaşı qoya bilməsinlər. Hamı bilirdi ki, Çimnazın heç sevmədiyi bir şey idi ki, kiminsə ona yazığı gəlsin. Çimnazı qınayanlara səslənirəm ki, ona yenə də bir parça kəfən, torpaq qismət oldu, bilmək olmaz ki, siz dünyanızı necə dəyişəcəksiz! Bəlkə elə olacaq ki, heç tikəmiz tapılmayacaq? Bir insan dünyasını dəyişibsə ona ancaq rəhmət oxuya bilərik. Durub onu sosial şəbəkələrdə, efirdə müzakirə etmək nə dərəcədə düzgündür? Çimnazı qınayanlar öz həyatlarına, etdiyi səhvələrə baxsınlar. Başqa sözünüz yoxdur danışasız? Üstəlik də orada deyilir ki, Manaf bəy, dəfnində sizdən başqa tanınmış görmədik. Niyə olmadı ki? Manaf Ağayev həmin verilişdə qonaq idi. O da çox gözəl gördü ki, mən də, Samirə Yusifqızı da, Mətanət Eres də orada idik. Əgər tanınmış deyildiksə niyə onda verilişinə dəvət edirdin? Çimnaz haqq dünyasındadır, biz nahaq dünyadayıq. Görüntüyə baxıb nəsə demək çox asandır. Amma insanın iç dünyasını bilmək lazımdır. İmkan verin məzarında rahat uyusun. Niyə ruhunu narahat edirsiz? Bunu efirdə müzakirə etmək cahillikdir. Bu söhbətlərlə onun atasına bilirsinizmi nə qədər zərbə vurulur? Heç olmasa təkcə atasına görə susun. Lazım deyil. Bu hərəkəti Zaura yaşadırmadım. Nələrisə bilmirsənsə əvvəl maraqlan, sonra onu efirdə danış. Orada vurğulayırsan ki, mən Çimnazı heç vaxt görməmişəm. Heç vaxt görmədiyin insan haqqında ümumiyyətlə danışma, xahiş edirəm” deyə aktrisa bildirib.