
Türkiyəli model-aparıcı Çağla Şıkel gənc qalma sirrini açıqlayıb.
Axşam.az xəbər verir ki, 46 yaşlı model yediyi qidalar diqqət edir. O, bildirib ki, gənc qalmağını hər gün keçi sütü, zəncəfil, bal və kokos qarışımından hazırlanmış "qızıl süd" içməyə borcludur.
Çağla əlavə edib ki, gənc qalmasının bir digər sirri isə kəllə-paça (xaş) supu içməsidir. O, hər axşam bu şorbadan içdiyini vurğulayıb.
O, həmçinin dərisinin sallanmasının qarşısını almaq üçün düyü suyundan hazırlanmış buzlarından istifadə edir. Bunun üçün yarım stəkan düyünü su ilə yuyur. Daha sonra düyünün üzərinə su əlavə edib 15-30 dəqiqə gözləyir. Düyünü süzüb həmin suyu buz qablarına töküb buzxanaya qoyun. Həmin buzlarla üzünüzü, dərinizi masaj edin.
Model gün ərzində bol su içir və meyvə-tərəvəzlə qidalanır. Çağla gün ərzində yüngül makiyajı edərək dərisinin nəfəs almasına şərait yaradır.
Qeyd edək ki, Çağlanın atası Qarsdan olan azərbaycanlıdır.