
Ermənistan Baş naziri Nikol Paşinyan təkcə konstitusiyasını dəyişməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan Konstitusiya Məhkəməsinin qapalı iclaslarında bununla bağlı mesajlarını verib.
“Baş nazir deyib ki, indiki zaman yeni ideologiya tələb edir. Paşinyan təkcə konstitusiyaya deyil, himn, bayraq və digər dövlət rəmzlərinə də yenidən baxılmasını nəzərdə tutduğunu əlavə edib”, – deyə nəşr bildirib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi rəsmi Bakının sülh müqaviləsi üçün əsas şərtlərindən biridir. Çünki hazırkı qanunda Azərbaycanın ərazilərinə iddialar əks olunub.