
Bazar günü gecə Ukraynaya 267 pilotsuz təyyarə hücum edib.
Bu, 2022-ci ilin fevralından bəri rekord göstəricidir.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib. Onun sözlərinə görə, ümumilikdə 138 “Şahed” tipli hücum PUA-ları, eləcə də pilotsuz təyyarələrin imitatorları istifadə edilib.
Krivoy Roqda 5, Odessa vilayətində 3 nəfər xəsarət alıb. Kiyev, Poltava və Zaporojye vilayətlərində də yaşayış binalarına və infrastruktura ziyan dəyib.
Dağıntılar nəticəsində Kiyevin bir neçə bölgəsində yanğınlar baş verib.