
“Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.
"DİA-AZ" xəbər verir ki, bu məlumat media qrup tərəfindən sosial şəbəkədə paylaşılıb.
Məlumatın davamında aşağıdakılar bildirilir:
"Məlumat verdiyimiz kimi bunun nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, "Caliber.az" və “Baku.ws” saytlarının fəaliyyətində müvəqqəti problemlər yaranmışdı.
Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.
Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur. Bu müddət ərzində oxucularımız bütün yenilikləri sosial media platformalarımız vasitəsilə əldə edə bilərlər".