Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                 

"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Tarix: 13-02-2025, 09:04 | Çap et
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..."
Rusiya mətbuatında, o cümlədən Kremlə yaxın KİV-lərdə Azərbaycan əleyhinə antitəbliğat kampaniyası səngimir. Son günlər bu ölkənin media məkanında ümumən postsovet türk dövlətləri vaxtaşırı hədəfə alınır, onların ünvanına şər-böhtan, təhdidlər yağdırılır.

Bu yöndə imperiya təfəkkürlü media resursu “Tsarqrad” xüsusi fərqlənir. Bu günlərdə o, Tokayevin hakimiyyətini “rejim” adlandırmış, Qazaxıstanın suverenliyini təhdid edən, növbəti hədələyici fikirlər səsləndirmişdi.

Bəs Türk dövlətlərinin əks-tədbirləri nə olmalıdır?

Qazax publisist Arman Şorayevə görə, türk xalqları rus təcavüzünə müqavimət göstərmək üçün birləşməlidir: “Təəssüf ki, Rusiyanın çox sayda sakini rus şovinizminin və imperializminin təsiri altındadır, ondan qurtulmaq istəmir. Bu atavizmin sonu gəlmir ki, gəlmir”.

O bu cür materialın “Tsarqrad” resursunda dərc olunmasını təsadüfi saymır: “Çünki onun yaradıcısı Konstantin Malofeyev keçmiş imperiya üçün nostaljisi keçirən pravoslav oliqarx və monarxistdir”.

Anti-Azərbaycan kampaniyasına toxunan analitik bildirir ki, bu minvalla Putin qazana biləcəyindən on dəfə çox itirəcək: “Ona görə ki, Rusiyaya həqiqi dost ölkələrin sayı getdikcə azalır. Belə getsə, onların Belarus, Şimali Koreya və İrandan başqa dostu qalmayacaq”.

Qazax publisist türk dövlətlərini vəziyyətdən zəruri nəticələr çıxarmağa çağırıb: “Hesab edirəm ki, biz, siz və digər türklər birləşmə haqqında bir daha düşünməliyik. Çünki biz birlikdə ortaq türk dili və adət-ənənələri ilə birləşmiş çoxmilyonlu xalqı təmsil edirik. Kollektiv təhlükəsizliklə bağlı ümumi müqavilələrimiz, ümumi ordumuz, qarşılıqlı müdafiə ilə bağlı öhdəliklərimiz olmalıdır. Biz birləşməliyik. Bu, Rusiyanın təcavüzünə, müstəmləkə və imperiya siyasətinə qarşı yeganə güclü antidot olacaq”.

Bəlkə doğrudan da Türkiyə və Azərbaycanın moderatorluğu ilə “Türk NATO-su” və ya “Turan” hərbi birliyini qurmaq zamanı çatıb?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov qeyd edib ki, Rusiya imperiya olaraq ətrafında olan bütün xalqları əzib, istismar edib: "Bu, çar Rusiyası dövründə də belə olub, Sovet İttifaqı adlı, bir qədər fərqli imperiya dövründə də. SSRİ dağılandan sonra, 1991-ci ildə Rusiya bir dövlət kimi tam çökmüş bir duruma gəlsə də, Qərb onun dağılmasından qorxdu. Rusiya Qərbin maliyyə dəstəyindən sonra özünə gəlib ayaq üstə dura bildi. Bu gün Rusiya bütün dünyanı, Avropa Birliyini təhdid edir, Sovet İttifaqını bərpa etməyin yolları üzərində çalışır. Ətrafında olan bütün xalqlara yuxarıdan aşağı, “ağa” təfəkkürü ilə baxan Rusiya bu gün türk dövlətləri üçün də təhlükədir. Bu təhlükədən xilas olmağın yeganə yolu isə türk dövlətlərinin bir araya gəlməsindən və müxtəlif platformalarda bir müstəvidən çıxış etməsindən keçir.

Bu gün Rusiyanın daxilində muxtariyyət formasında çoxsaylı türk respublikaları və vilayətləri mövcuddur. Mərkəzi Asiyanın türk dövlətləri, Azərbaycan və Türkiyə kimi dövlətlərin bir araya gəlməsi, Rusiya Federasiyasına daxil olan türk muxtar dövlətlərinin və vilayətlərinin gələcəkdə bir arada olmaq şansları Rusiya hökumətini ciddi əndişələndirir".

Deputat Azər Badamov hesab edir ki, türkdilli ölkələr arasında hərbi əməkdaşlığın yeni bir formasının yaradılmasının zamanı yetişib: “Rusiyada hər hansı ölkəyə qarşı informasiya kampaniyasının başlanması ilə bağlı bir tapşırıq gələrsə, bu dərhal genişlənir və kütləvi hal alır. Təbii ki, münasibətlərin gərgiləşməsi və dərinləşməsində maraqlı dairələr var. Bu da Türk dünyasında əməkdaşlıq formatlarının dərinləşdirilməsi ilə bağlı yeni platformaları aktuallaşdırır. Bu gün Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi, mədəni, humanitar əməkdaşlığı genişləndirir. Amma hərbi əməkdaşlığın yeni bir formasının da yaradılmasının zamanı yetişib. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır. Başqa bir yerdə bizi gözləmirlər. Əgər biz vahid bir hərbi gücə çevrilə bilsək, ölkələrimizə ayrı-ayrılıqda baş verən təhdidlər də azalacaq”.

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Rusiya son dövrlər təkcə Azərbaycana qarşı yox, bütün Türk dünyasına qarşı kin püskürür: “Qazaxıstana və Azərbaycana qarşı şimal qonşumuzun kəskin mövqeyi başadüşüləndir. Çünki həm Astana, həm də Bakı müstəqil və balanslı siyasət yürüdür. Kremldəki imperialist düşüncə məhkumları isə bunu həzm edə bilmirlər. Bu baxımdan, düşünürəm ki, Azərbaycan da daxil olmaqla, bütün türk dövlətləri TDT-ni üçüncü qütbə çevirmək üçün daha da genişmiqyaslı addımlar atmalıdırlar ki, Rusiya, İran kimi anti-türk düşərgələr öz hədlərini bilsinlər. Bunun üçün hərbi və iqtisadi birliklərin yaxınlaşması daha da intensivləşdirilməli və birgə təhlükəsizlik konsepsiyaları işlənilməlidir. Mövcud baza əsasında hərbi gücümüz daha da şaxələndirilməlidir. Bu istiqamətdə son illərdə çox böyük işlər görülür və bu türk dövlət başçılarının liderlik keyfiyyətlərinin əyani təzahürüdür. İmperiya təfəkkürü daha da aqressiv hal aldıqca, Rusiya Orta Asiya və Cənubi Qafqazı itirəcək. Regionda daha da təklənəcək. Bu, birmənalıdır. Fikrimcə, indi bütün türk dövlətləri Rusiyadan uzaqlaşma yolunda çoxşaxəli addımlar silsiləsini yaxın aylarda daha da sürətləndirəcəklər və bu KTMT-nin, Avrasiya Gömrük İttifaqının süqutu ilə nəticələnəcək”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru