ABŞ-də Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qeyri-adi xərcləri aşkar edilib.
“Cebheinfo.az” xəbər verir ki, minlərlə amerikalı vergi ödəyicisinin pulunun Kolumbiyada "transgender" operasının təşkilinə və Peruda eyni mövzuda komiks hazırlanmasına sərf olunduğunu bildirilib.
İrlandiyada isə müxtəliflik, bərabərlik və inklüzivlik ideyalarını təşviq edən bir muzikal üçün 70 min dollar xərclənib.
Afqanıstanda isə yüz milyonlarla dollar heroin istehsalını inkişaf etdirməyə sərf edilib. Digər qəribə xərclərə Qvatemalada cinsiyyət dəyişdirmə əməliyyatlarının maliyyələşdirilməsi, inkişaf etməkdə olan ölkələrdə "şəxsi" kontraseptivlərin hazırlanması və Suriyada terrorçulara rasion ödənilməsi daxildir.
Agentlik on illərlə belə layihələri maliyyələşdirib. Bəzi ABŞ vətəndaşları USAID-ı dövlət çevrilişlərini, o cümlədən Ukraynadakı “Avromaydan”ı dəstəkləmək üçün CIA-nın gizli qanadı kimi görürlər.