Bu ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 29 milyon dollar və ya 0,3% artaraq 10 milyard 988,5 milyon dollara yüksəlib. Yeniavaz.com xəbər verir ki, ötən bir il ərzində valyuta ehtiyatları 648,5 milyon dollar və ya 5,6% azalıb. Qeyd edək ki, 2024-cü ilin fevral ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 637 milyon dollar həddində olub. Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.