“Musiqiçilər mənə deyir ki, sənətimizi ucuzlaşdırırsan, alçaldırsan” .....                     "Azərşəkər", "Ticarət limanı", "Azgranata", "Astaraçay" və Azərbaycan təhsili... - .....                     Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir .....                     Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? .....                     Efirlərimiz məişət mövzularının meydanına çevrilib .....                     Millət vəkili Məşhur Məmmədovun şirkəti bu xəstəxanaya 119 min manatlıq mal satdı .....                     "Onun əsl anası ilə maraqlanıram ki, kimdir..." .....                     Sərdar Cəlaloğludan Bəhram Bağırzadəyə ağır ittiham .....                     Məryəm Ələkbərli dünyasını dəyişdi .....                     Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? .....                     Putinin 18 il əvvəl müharibəni başladan mesajı: .....                     Paşinyan Bərzani ilə görüşdü .....                     Şirvanda 138 milyon manatlıq zavodun .....                     “Putin-Tramp görüşünü keçirməyə hazırıq” .....                     Ceyms Vens hər şeyi .....                     Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb .....                     Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər .....                     Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib .....                     Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır .....                     “Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” .....                     Qurultayda Özələ səs verənlər pul alıb? .....                     Bələdiyyə sədrləri nə vaxt seçiləcək? .....                     “Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” .....                     30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" .....                     ABŞ Konqresində Azərbaycan müzakirələri .....                     Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə .....                     Ağır avtoqəza törətmiş məmur övladları .....                     Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb .....                     AZƏRİQAZ-da ibtidai icma quruluşudur? .....                     Trampın hədəfindəki əsas ölkə hansıdır? .....                     Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... .....                     “Rusiya buna görə inciyirsə, getsin su içsin...” .....                     "Kağız üzərində hər şey gözəl görünür..." .....                     İraqın bu şəhərində türk dili rəsmi dil oldu .....                     Azərbaycanda Ramazan .....                     Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir .....                     Paşinyanın istefası prosesinə başlayırlar .....                     Amerikalılar Orta Asiyadan qovulur? .....                     Bakının qoşulduğu dəhliz bloklana bilər? .....                     Seçkilərdə qalib gəldi, bir gün sonra öldü .....                 

1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Tarix: 4-02-2025, 15:45 | Çap et
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR
2010-cu ildə valideynləri tərəfindən 3 uşaq Nizami rayonundan yerləşən 1 saylı uşaq evinə verilib. Həmin gündən bir çox kimsəsizlər kimi, bu uşaqların da qara günləri başlayıb. Valideyn himayəsindən məhrum olmaları bir yana, onlar üstəlik də uşaq evinin müəllimləri tərəfindən təhqir və təhdidlərə məruz qalıb.

Adının açıqlanmasını istəməyən xanım deyir ki, hələ də burada gördüklərinin, eşitdiklərinin, o cümlədən də direktorun və müəllimlərin hədə-qorxusunun təsirindədir. Amma bacısı hələ də orda olduğundan, başlarına gələnləri tam danışmaqdan çəkinir. Xanımın əməkdaşımıza verdiyi açıqlamaları olduğu kimi dərc edirik:

"Biz, 3 uşaq çox əziyyət çəkmişik. Hazırda mənim 20, bacımın isə 18 yaşı var. Bildiyimə görə, qardaşım əsgərlikdədir. Amma harada olduğu, necə olduğu haqqında ətraflı məlumatım yoxdur. Sığınacağım, bacımı və qardaşımı yanıma alacağım bir komam belə, yoxdur. Məni uşaq evinin rəhbəri Nərminə Zöhrabova çıxarıb çölə atdı ki, böyük qızsan, get işlə, harada da qalırsan qal, burada səni və sənin yaşında olanları saxlaya bilmərik. Halbuki, orada hazırda təhsil alan mənimlə yaşıd bir nəfər saxlanılır. Həmin şəxsin ata-anası da var. Amma hansı səbəbə görə olduğunu bilmirəm, onu indi də orada saxlayır.

Buradan sizin qəzet vasitəsilə valideynlərə yalvarıram, baxa bilməyəcəyiniz uşaqları dünyaya gətirməyin. Bunun əziyyətini biz çəkirik. Əlimizdə oyuncaq olmalı olduğu halda biz uşaq evində soyuq suda yağlı qabları yumağa məcbur edilmiş, yuya bilməyəndə isə çubuqla heydən düşənə qədər döyülmüşük. Siz valideynlər bunu bilməssiniz. Çünki uşağı dünyaya gətirsəniz də, o uşağın gələcəyini düşünmürsünüz.

Sizə 2010-cu ildən başımıza gələnlərdən danışım. Həyat nədir, çətinlik nədir, uşaq evində tanış oldum. Uşaq idik, başqaları kimi biz də nadinclik edib oynamaq, səs-küy salıb qışqırmaq, uşaqlığımızı yaşamaq istəmişik. Amma uşaq evinə qoyulan gündən bunların hamısı əlimizdən alınıb. Mən o zülmləri görmüş bir uşaq kimi təklif edirəm ki, uşaq evlərinə direktor və müəllimlərin bilmədikləri yerə səsli kameralar quraşdırılsın. O zaman müəllim heyətinin əsl üzünü görə bilərsiniz.

Maşınlarda təzə çörək, ərzaqlar gətirilirdi. Lakin biz orada olduğumuz müddətdə bir dəfə də təzə çörək yeməmişik. Quru və kifli çörəklər verilirdi. Yedimiz ancaq borş və "qreçka" olub. Öz gözümüzlə görürdük ki, şirniyyatlar da gəlir. Hər birimizin ürəyi istəyirdi, amma vermirdilər. Müəllimlər və direktor evə gedəndə neçə-neşə paketləri özüləri ilə aparırdılar.

Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva uşaq evinə gələndə bizə deyirdilər ki, tərifləməsən, ağzından nəsə çıxsa, axşam bilirik nə edəcəyik. Qorxumuzdan heç nə deyə bilmirdik. Dəfələrlə Leyla xanımın yanına yığılıb nəsə demək istəmişik, amma dərhal müəllimələr müdaxilə ediblər, imkan verməyiblər. Özümüzdə də qorxu var idi, axşam nələr edə bilərlər deyə fikirləşirdik.

Uşaq vaxtı müəllimlərdən biri başımı armatur qırığı ilə vurub yaralamışdı. Direktora isə "yıxılıb" dedilər. Amma direktor da yaxşı bilirdi ki, müəllimələr bizə işgəncə verir. Döyülən zaman onlara müqavimət göstərdikdə isə bizdən böyük uşaqlara tapşırırdılar ki, onu möhkəm döyün. Onlar da bizi döyürdülər. Bizi döyən uşaqlarla bizim aramızda fərq var idi. Onları müəllim heç vaxt döymürdü.

18 yaşım tamam olmuşdu. Nərminə xanım məni və bir neçə uşağı tək-tək orağına dəvət edərək, bir çox sənədlərə qol çəkdirdi. Səhəri gün bizə dedilər ki, siz öz razılığınızla buradan çıxıb gedirsiniz, burada sizə yer yoxdur. Deyəndə k, getmirik, bizə qol çəkdiyimiz sənədləri göstərdilər. Bundan sonra məni və bir neçə nəfəri qovub çölə çıxardılar. Çöllərdə qaldıq, günlərlə əziyyət çəkdik. Daha sonra bir neçə nəfər yığılıb, ev tutduq. Bacıma isə tapşırdım ki, qəti heç bir sənədə qol çəkmə. Çünki onun çöllərdə qalmağı mənim üçün daha da fəlakət olardı.

Oradan çıxan qızlardan biri hazırda 19 yaşında ana olub, yoldaşı isə yanında yoxdur. Başqa tanıdığım Əfsanə adlı qız isə "Neftçilər" metrostansiyası yaxınlığında dilənib, narkotik üçün pul yığır.

Uşaq evində çox pis hadisələrin şahidi olmuşam. Orada uşaqların dünya görüşlərini inkişaf etdirmirlər. Bizə əşya kimi baxırlar, gələcəyimizi düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Təhqir edib, bizi alçaldırlar.

Biz uşaq evində ət üzü görmürdük. Ətlər bükülüb paketlərdə müəllimlərin evlərinə gedirdi. Sanki o müəllimlələr aclıqdan çıxıb.

Prezidentin qərarına əsasən uşaq evindən çıxan uşaqlara ev verilməlidir. Ona da mane olurlar. Sənədlərimizi nazirliyə göndərməyimizə mane yaradırlar. Deyirlər ki, öz ana-atanız yiyə durmayıb, dövlət sizə niyə ev verməlidir?!

Məsələ ilə bağlı deputat Könül Nurullayeva və köməkçi Sabit bəylə görüşdüm ki, ev almağıma köməklik etsin. Dedim ki, ev ala bilməsəm də, heç olmasa müvəqqəti yaşamaq üçün bir yer versinlər. Könül xanım mənə bir bəy tapmağımı, ailə qurmağımı məsləhət bildi. Bir də dediki, Milli Məclisə məktub yaz göndər. Onun dediyini də etdim. Amma mənə heç bir yol göstərmədilər.

Mən səlahiyyətli qurumlardan xahiş edirəm, uşaq evlərini güclü nəzarətdə saxlasınlar. Mənim kimi bir çox uşaqların da çöllərə atılmağına imkan verməyin. Bizim tufeyli həyat yaşamağımıza səbəb olanları cəzalandırın".

Sonxeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Musiqiçilər mənə deyir ki, sənətimizi ucuzlaşdırırsan, alçaldırsan” - yağ qabından gitara düzəldən Natiq
Bu gün, 02:29
"Azərşəkər", "Ticarət limanı", "Azgranata", "Astaraçay" və Azərbaycan təhsili... - - Sabiq deputat Emin Əmrullayevin təyinatları haqda elə faktları açıqladı ki...
Bu gün, 02:25
Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:17
Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? - AKTUAL
Bu gün, 02:14
Efirlərimiz məişət mövzularının meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 01:02
Millət vəkili Məşhur Məmmədovun şirkəti bu xəstəxanaya 119 min manatlıq mal satdı - TƏFƏRRÜAT
Bu gün, 00:57
"Onun əsl anası ilə maraqlanıram ki, kimdir..."
Bu gün, 00:50
Sərdar Cəlaloğludan Bəhram Bağırzadəyə ağır ittiham - "Rusiyanın təsir agentidir"
Bu gün, 00:47
Məryəm Ələkbərli dünyasını dəyişdi
Bu gün, 00:44
Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? - AKTUAL
Dünən, 18:07
Putinin 18 il əvvəl müharibəni başladan mesajı: - Eyni məkanda təkrarlandı
Dünən, 18:03
Paşinyan Bərzani ilə görüşdü
Dünən, 18:02
Şirvanda 138 milyon manatlıq zavodun - 22 MİLYON MANATDAN ÇOX VERGİ BORCU VAR
Dünən, 17:31
“Putin-Tramp görüşünü keçirməyə hazırıq” – Səudiyyə Ərəbistanı
Dünən, 17:29
Ceyms Vens hər şeyi İZAH ETDİ
Dünən, 17:22
Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb - RƏY
Dünən, 14:00
Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər – Bakı həlledici addıma gedir?
Dünən, 13:58
Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib
Dünən, 13:35
Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır - FOTO
Dünən, 13:02
“Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA
Dünən, 13:00
Qurultayda Özələ səs verənlər pul alıb? - CHP-də ŞOK
Dünən, 12:58
Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA
Dünən, 12:30
“Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” - “Hraparak”
Dünən, 12:13
30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" - ŞOK OLAY
Dünən, 12:06
ABŞ Konqresində Azərbaycan müzakirələri - Bakıdan reaksiya
Dünən, 12:00
Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə REAKSİYA
Dünən, 11:55
Ağır avtoqəza törətmiş məmur övladları – ADLAR
Dünən, 11:52
Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb - DİQQƏT!
Dünən, 11:42
AZƏRİQAZ-da ibtidai icma quruluşudur? - "Yorucu və riskli əməliyyatdır..."
Dünən, 11:41
Trampın hədəfindəki əsas ölkə hansıdır? - İNCƏLƏMƏ
Dünən, 11:32
Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... - Elçin Alıoğlu yazır...
Dünən, 11:29
“Rusiya buna görə inciyirsə, getsin su içsin...” - ŞƏRH
Dünən, 11:17
"Kağız üzərində hər şey gözəl görünür..." - Camaat naziri TOPA TUTDU
Dünən, 11:13
İraqın bu şəhərində türk dili rəsmi dil oldu
Dünən, 11:09
Azərbaycanda Ramazan nə vaxt BAŞLAYIR?
Dünən, 11:06
Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir - Fuad Abbasov
Dünən, 11:03
Paşinyanın istefası prosesinə başlayırlar - “Yenidən baş nazir olmağa qoymayacağıq”
Dünən, 11:01
Amerikalılar Orta Asiyadan qovulur? – 33 ildən sonra…
Dünən, 10:59
Bakının qoşulduğu dəhliz bloklana bilər? - AKTUAL
Dünən, 10:09
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü - FOTO
Dünən, 10:04
Kremlin Güney Qafqaz xiffəti - Satanovskidən inanılmaz sözlər...
Dünən, 10:01
"Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" - ÇAĞIRIŞ
Dünən, 09:53
“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb - TƏFƏRRÜAT
Dünən, 09:47
Rektorun istefa səbəbi MƏLUM OLDU
Dünən, 09:33
İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır - "Nazirliyə deyin"
Dünən, 09:29
Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı - Simonyan əslində o mesajı verir ki...
Dünən, 09:26
Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub
Dünən, 09:24
Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… - Ekstrasens
Dünən, 09:23
Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? - ARAŞDIRMA
Dünən, 09:21
İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib? - İLGİNC...
Dünən, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru