Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 27 milyard 477,7 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ayda bankların kredit portfeli 0,4% və ya 109,5 milyon manat artıb.
Qeyd edək ki, bankların kredit portfelinin strukturu aşağıdakı kimi olub:
Biznes kreditləri – 53,8% (14 milyard 787,2 milyon manat);
İstehlak (əhali) kreditləri – 30,7% (8 milyard 445 milyon manat);
İpoteka kreditləri – 15,5% (4 milyard 245,5 milyon manat).
Onu da bildirək ki, ötən il ərzində bankların kredit portfeli 4 milyard 294,7 milyon manat, o cümlədən, biznes kreditləri 2 milyard 170,4 milyon, istehlak kreditləri 1 milyard 508 milyon, ipoteka kreditləri 616,4 milyon manat artıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,5% təşkil edib.